Parisdəki beynəlxalq sərgidə Azərbaycan guşəsi böyük maraq doğurmuşdur
Parisin "Port de Versay" sərgi salonunda turizmlə bağlı növbəti beynəlxalq sərgi açılmışdır. Sərgidə dünyanın 150 ölkəsindən 1200-dən artıq turizm şirkəti iştirak etmişdir. Belə mötəbər sərgidə Azərbaycan altı turizm şirkəti ilə təmsil olunmuşdur.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xarici turizm sektorunun müdiri Səbinə Zadiyeva beynəlxlaq sərgi ilə bağlı azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə demişdir: Ötən illə müqayisədə bu il keçirilən sərgidə "Geo travel", "İpək yolu", "Baktur", "Milenium turizm", "Reqena" və "SW travel" kimi şirkətlər ölkəmiz, onun turizm potensialı, bu sahəyə investiya yatırımı və digər sahələr barədə belə beynəlxalq tədbirə gələnlərdə ətraflı təsəvvür yaratmaq üçün çox işlər görmüşlər. Ölkəmiz üçün ayrılmış guşənin böyüklüyü bunu sübut edir.
Azərbaycan bu cür beynəlxlaq sərgidə üçüncü dəfə iştirak etməsinə baxmayaraq, ölkəmizə maraq göstərənlərin sayı ildən-ilə artır.
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Sərgi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçiriləcəkdir. Təqdimat zamanı ölkəmizin tarixi, zəngin mədəniyyəti, turizm imkanları və onun inkişafı haqqında ətraflı məlumat veriləcəkdir. Eyni zamanda, beynəlxalq turizm bazarına yeni turizm marşrutları vasitəsilə inteqrasiya edirik. Biz tədbir zamanı üç yeni beynəlxalq turizm marşrutu təqdim etməyi planlaşdırmışıq: "Aleksandr Düma Qafqazda", "Şərab yolu" və bizim üçün yeni, amma dünyada artıq populyar olan "Bir Mariya" kimi marşrutlar bu qəbildəndir.
Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov söhbət əsnasında bildirmişdir ki, Azərbaycan Mədəniyyət və Turzim Nazirliyinin apardığı əməli işlərin nəticəsidir ki, son zamanlar ölkəmizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Nazirlik daha çox əcnəbi turist cəlb etmək məqsədilə müxtəlif ölkələrin müvafiq nazirlikləri, turizm şirkətləri ilə danışıqlar aparır, müqavilələr bağlayır. Parisə bu səfərimiz, beynəlxalq sərgidə iştirakımız uğurlu olmuşdur. Mərkəzimizlə Fransa Turizm İnstitutu arasında beynəlxalq əlaqələrin qurulması barədə müqavilə imzalanmışdır. Tərəflər arasında əldə edilmiş razılığa görə, əməkdaşlıq qurulması, ölkəmizdə turizmin inkişafı ilə bağlı proqramların həyata keçirilməsində Fransa Turizm İnstitutunun əldə etdiyi qabaqcıl təcrübədən istifadə edilməsi imkanları nəzərdən keçirilmişdir.
Fransa Turizm İnstitutu ilə bağlanmış müqavilə nəinki ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək, eyni zamanda, fransız turistlərin Azərbaycana səfərlərinə müsbər təsir göstərəcəkdir.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizə dair müxtəlif bukletlər, onun tarixi və mədəniyyətini, zəngin abidələrini, gözəl təbiətini əks etdirən kitabçalar və digər əyani vəsaitlər sərgiyə gələnlərin diqqətini daha çox cəlb edir, onlarda böyük maraq oyadır.
Azərbaycan muğamı və milli rəqslərimizin ifası sərgiyə gələnlərdə xoş təəssürat yaradırdı. Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!