Pandemiya və müharibə Ermənistanın iflasını sürətləndirir
Azərbaycanın qələbəsi işğalçı ölkədə bütün istiqamətlərdə tənəzzülü dərinləşdirib
Ermənistanda müharibə məğlubiyyəti və pandemiya fonunda baş verən son hadisələr bu ölkənin sosial-iqtisadi həyatında olduğu kimi, siyasi fonda da problemlərini dərinləşdirib. Xüsusən Paşinyan hakimiyyəti ilə keçmiş iqtidarların təmsilçiləri arasında kəskinləşən qarşıdurma yeni siyasi xaosun formalaşmasına səbəb olub, proseslər daha gərgin mərhələyə qədəm qoyub.
Məğlubiyyətlərə görə sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanşı isə vəziyyəti gündən-günə ağırlaşdırır. Ermənistanın "İravnuk” qəzeti yazır ki, müharibədə ərazilər itirilir, ölkənin daxili siyasi həyatında qarşıdurma dərinləşir və vətəndaşlar məyus vəziyyətdədirlər.
Etibarlı mənbələrə istinad edən qəzet bildirib ki, hazırda ölkənin əsas müxalif cəbhəsinin N.Paşinyana qarşı hələ tam olaraq ciddi işə keçməməsinin səbəbi davam edən müharibədə hökumətin daha çox səhvlər buraxmasını gözləmək və baş nazirə ilin sonunda sarsıdıcı sürpriz hazırlamaları ilə əlaqədardır.
Müxalif cəbhədə birləşib sürpriz hazırlayanlar təkcə Paşinyana görə istefaya məcbur edilən Serj Sarkisyan və onun Respublikaçılar Partiyası yox, həm də Robert Koçaryanın komandası və yeni hökumətin gəlməsindən sonra narazı qalan oliqarxlardır: "Əgər müharibə dayanmasa, koronavirus pandemiyası fonunda bərbad vəziyyətə düşən sosial-iqtisadi həyatda az da olsa nəzərəçarpan nəticələr olmasa, Nikol Paşinyan hakimiyyəti öz mövqelərini və sosial dayaqlarını tam itirəcək. Əvvəlki rəhbərliyin nümayəndələri - söhbət təkcə respublikaçılardan yox, həm də Koçaryan qanadından gedir - ilin sonunda Paşinyana ciddi sürprizlər etməyi planlaşdırırlar. Lakin bu sürprizin hansı formatda və növdə olacağını öyrənə bilmədik, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir”.
"4rd.am” saytı yazır ki, davam edən müharibə hakimiyyət dəyişikliyi nəticəsində hətta millət vəkili olmuş insanların belə siyasi təcrübəsinin olmadığını, onların böhran vəziyyətlərinə dözmədkilərini, emosiyalara tabe olduqlarını göstərdi: "Ermənistanda siyasi sistem hakimiyyət dəyişikliyindən sonra faktiki olaraq dağıldı və bu gün yalnız Nikol Paşinyan var. Müharibə isə onun siyasi çöküşünü sürətləndirir. Gedişat onu göstərir ki, hökumətdə və parlament fraksiyasında hamı ona qarşı çıxmağa başlayacaq”.
Ermənistandakı reallıq ondan ibarətdir ki, müharibə və koronavirus Paşinyan hakimiyyətinin reytinqini sıfıra endirib. Eyni zamanda dərin sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu genişləndirərək sosial gərginliyi də artırıb. Ölkənin sosial problemlərin aradan qaldırılması üçün kifayət qədər siyasi, iqtisadi resurslara malik olmaması da baş verən proseslər fonunda daha çox diqqəti çəkir.
Bu günlərdə sosial şəbəkələrin ermənidilli seqmentini insanların müharibədən yayınmaq üçün saxta COVID-19 arayışı almaları zəbt edib. Paylaşımlarda qeyd olunur ki, cəbhəyə gedib döyüşmək istəmədiklərinə görə imkanı olanlar 1000-2000 dollar arası pul ödəyərək saxta arayışlar alırlar.
Ermənistanda hər gün koronavirusa minlərlə yeni yoluxma qeydə alınır. Bu isə Qarabağda ölmək istəməyən ermənilərə əlverişli fürsət yaradıb. Belə ki, ölkədə koronavirusa yoluxma barədə saxta arayışlar alaraq ordudan yayınma halları baş verir. "4rd.am” saytı yazır ki, Ermənistan xüsusi xidmət orqanları koronavirusa yoluxma bəhanəsi ilə Qarabağda döyüşmək istəməyən bir nəfəri həbs edib. Məlumatda bildirilir ki, həmin vətəndaşın atası tibb müəssisəsinin həkimi və laborantı ilə dil taparaq oğlunun koronavirusa yoluxduğu barədə oktyabrın 23-də saxta arayış alıb. Arayış başqasının bioloji nümunəsi əsasında verilib. Bununla da həmin adam oğlunu bir müddət səfərbərlikdən yayındırıb.
Lakin Ermənistanda saxta arayış alanların sayı kifayət qədər çoxdur və onların hamısını həbs etmək ölkədəki dərin problemlər fonunda mümkün deyil. Onu da qeyd edək ki, Qarabağda döyüşmək üçün könüllülərin sayı da kəskin azalıb və indi hakimiyyət orqanları yerli administrasiyaların rəhbərləri qarşısında hərəyə bir batalyon təşkil etmək öhdəliyi qoyub.
Bu arada N.Paşinyan ermənilərə döyüşmələri üçün yalvarmağa başlayıb. O, sosial şəbəkədə qadınlara müraciət edərək deyib ki, onlar ərlərini və oğullarını saxlamamalıdırlar. Özünə gəldikdə isə, Paşinyan vəzifəsini bəhanə edib.
Ümumiyyətlə, cəbhədə gedən döyüşlər bu ölkənin ordusundakı acınacaqlı durumun hökm sürdüyünü ortaya çıxarıb. Ermənistanda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən mənbə kimi baxırlar. O da vurğulanır ki, ölkənin müdafiə nazirliyi heç də bütün itkilər haqda məlumat vermir və əksəriyyətini gizli saxlayır. Eyni zamanda müharibə fonunda hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində cinayətlər və fərarilik baş alıb gedir.
Beləliklə, Ermənistan işğalçı siyasətinin nəticəsi olaraq çox ciddi siyasi və iqtisadi tənəzzülə qədəm qoyub. Azərbaycan cəbhədəki qələbələri ilə yalnız işğal altındakı torpaqlarını azad etmir, həm də Ermənistanda cəmiyyət həyatının hər bir sahəsini tənəzzülə uğradır. Ona görə üfüqdə Ermənistan üçün ümidverici heç nə görünmür.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!