19 Yanvar 2026 17:47
419
İQTİSADİYYAT
A- A+
Ötən il yük və sərnişin daşımalarının həcmi artıb  

Ötən il yük və sərnişin daşımalarının həcmi artıb  


2025-ci ildə yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə müvafiq olaraq 1,8 faiz və 6,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 243,2 milyon ton yük daşınıb. Yüklərin 3,7 faizi dəniz, 6,9 faizi dəmir yolu, 0,2 faizi hava, 62,4 faizi avtomobil nəqliyyatı ilə həyata keçirilib.

Qeyd edilib ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,2 faiz artıb. Daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80,4 faiz təşkil edib.

Bundan başqa, 2025-ci ildə nəqliyyatçılar 2 milyard 215,1 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 89,1 faizi avtomobil nəqliyyatı, 10,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Dəmir yolu nəqliyyatı ilə 2025-ci ildə 16,8 milyon ton yük, 10 milyon 267 min sərnişin daşınıb.

2024-cü illə müqayisədə yük daşınmasında 9,4 faiz azalma, sərnişin daşınmasında isə 20,4 faiz artım müşahidə olunub. Dəniz nəqliyyatı ilə 2025-ci ildə daşınmış yüklərin həcmi 9 milyon 89,6 min ton təşkil edib və əvvəlki ilə nisbətən 5,4 faiz artıb. Yüklərin 47,5 faizini neft yükləri təşkil edib. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilə nisbətən 10,2 faiz azalaraq 25,5 min nəfər olub. Dəniz limanları tərəfindən 12 milyon 959,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 10 milyon 246,3 min tonunu və ya 79,1 faizini tranzit yüklər təşkil edib.

Qeyd edilib ki, 2026-cı il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 441,3 min ton olub.

“Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 151,7 milyon ton yük, 1 milyard 973,8 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 5,7 faiz və 6,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7 faiz, sərnişin dövriyyəsi isə 9,3 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz azalaraq 226,8 milyon nəfər olub. Hava nəqliyyatı ilə 4 milyon 162,1 min və ya əvvəlki ilə nisbətən 2,9 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,6 faiz azalaraq 391,2 min ton olub”,- deyə Dövlət Statistika Komitəsindən bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!