22 Yanvar 2026 17:41
1427
Səhiyyə
A- A+
“Onkoloji yardım haqqında” Qanuna edilən dəyişiklik birinci oxunuşda plenar iclasa tövsiyə edilib

“Onkoloji yardım haqqında” Qanuna edilən dəyişiklik birinci oxunuşda plenar iclasa tövsiyə edilib


Yanvarın 22-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Səhiyyə komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verən Əhliman Əmiraslanov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri müzakirə olunacaq və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.

Məsələlərlə bağlı müzakirələrdə komitə üzvləri çıxış edərək fikirlərini söyləyiblər, təkliflərini bildiriblər.

İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab edilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Daha sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, qanun layihələrinə edilən dəyişikliklər onkoloji yardımın göstərilməsi sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılmasını, bu xidmətlərin “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsini nəzərdə tutur. Dəyişikliklər onkoloji xəstələrin həkim və tibb müəssisəsi seçmək hüququnun genişləndirilməsinə və tibbi xidmətlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək.

Müzakirələrdə komitənin sədr müavini Rəşad Mahmudov və üzvü Pərvanə Vəliyeva çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, təkliflərini irəli sürüblər.

İclasın sonunda birinci oxunuşda olan qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!