31 Yanvar 2023 02:56
1411
İQTİSADİYYAT
A- A+
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatıb

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatıb

 

Dənli və dənli paxlalı bitkilərin istehsalı azalıb

 

Aqrar sahədə məhsul yığımı artıq yekunlaşıb. Ancaq "kəndlinin işi sona çatıb" demək olmaz. Çünki onun bir əli il boyu, yəni məhsul yetişdirilib toplanandan sonra da torpağın üstündədir. Əkinçinin qayğıları qışın bu oğlan çağında da bitib-tükənmir. Bu fəsildə, adətən, payızlıq bitkilərin səpini aparılır. Heyvandarlar isə mal-qaranı yaza salamat çıxarmaq üçün çalışırlar. Belə baxanda heç yaza da bir o qədər qalmayıb.
Dövlət Statistika Komitəsi məlumat verir ki, 2022-ci il üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 10 milyard 984,2 milyon manatdır. Bunun 5 milyard 446,2 milyon manatlığı heyvandarlıq, 5 milyard 538 milyon manatlığı bitkiçilik məhsullarının payına düşür. 
2021-ci illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,4, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4, bitkiçilik məhsulları üzrə isə 3,3 faiz artıb. 2022-ci ildə qarğıdalı da daxil olmaqla, 985,7 min hektar sahədən (hər hektardan orta hesabla 31,3 sentner olmaqla) ilkin çəkidə 3 milyon 161,3 min ton dənlilər və dənli paxlalı bitkilər toplanıb ki, bu da 2021-ci illə müqayisədə 6 faiz azdır.
Ötən il istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 1 milyon 736,1 min tonunu (54,9 faizini) buğda təşkil edib. Buğdanın məhsuldarlığı 31,9 sentner olub. Bundan əlavə, 1 milyon 74,3 min ton və ya 2021-ci ilə nisbətən 1,2 faiz çox kartof, 1 milyon 823,3 min ton (0,4 faiz çox) tərəvəz, 469,3 min ton (2 faiz çox) bostan məhsulları, 1 milyon 253,1 min ton (4 faiz çox) meyvə və giləmeyvə, 212,6 min ton (1,3 faiz çox) üzüm, 1 min ton (15 faiz az) yaşıl çay yarpağı, 29,4 min ton (13,8 faiz çox) günəbaxan, 321,8 min ton (12,1 faiz çox) pambıq, 222,7 min ton (15,3 faiz çox) şəkər çuğunduru və 5,1 min ton (21 faiz az) tütün yığılıb. Ölkədə 2023-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir: 2022-ci il dekabrın 24-ü vəziyyətinə 1 milyard 54,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 98,7 faizini və yaxud 1 milyon 41,1 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Bunun da 646,2 min hektarı buğda, 394,8 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
2021-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,5, o cümlədən buğdanın səpin sahəsi 7,3 faiz artıb, arpanın səpin sahəsi 4,6 faiz azalıb.
Heyvandarlığa gəldikdə, ötən il 2021-ci illə müqayisədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 628 min ton, süd istehsalı 1,9 faiz artaraq 2 milyon 264,7 min ton, yumurta istehsalı 9,8 faiz artaraq 2 milyon 18,1 milyon ədəd, yun istehsalı 2,3 faiz azalaraq 15,8 min ton, barama istehsalı 31,4 faiz azalaraq 341,4 ton olub. Keçən il hər inək və çamışdan orta hesabla 1731 kiloqram (2021-ci ildə 1709 kiloqram) süd sağılıb.
İlkin məlumata görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 7 milyon 772,1 min baş qoyun və keçi, 2 milyon 628,6 min baş iribaşlı mal-qara, o cümlədən 1 milyon 288,7 min baş inək və camış olub. İribaşlı mal-qaranın 49 faizini inək və camışlar təşkil edib. 
Ötən il quşçuluq müəssisələrində diri çəkidə 78,6 min ton quş əti və 880 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10 milyon 886,6 min baş olub.       

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
11 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında

01:13
11 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:12
11 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:11
11 İyul

İqtisadi Şuranın iclası keçirilib

21:55
10 İyul

Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub 

21:52
10 İyul

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib

20:57
10 İyul

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib

20:54
10 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib

19:53
10 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyə yeni münasibətlər sisteminin qütblərindən birinə çevrilməyi hədəfləyir

19:49
10 İyul

Hüseyn Cavidin ev-muzeyində ədibin həyat və yaradıcılığına aid 10 mindən çox eksponat qorunur

19:27
10 İyul

Tramp: İran bizdən danışıqları davam etdirməyimizi istəyib

19:24
10 İyul

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

19:21
10 İyul

Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişlənir

18:43
10 İyul

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları ölkələrinə təhvil veriliblər

18:30
10 İyul

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:28
10 İyul

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında səkkiz məsələyə baxılıb

18:25
10 İyul

Bu ilin 6 ayında Azərbaycan kinoteatrlarında 18 yerli film nümayiş olunub

18:23
10 İyul

Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığmalarının heyəti açıqlanıb

18:20
10 İyul

Bakıda və İsmayıllıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

18:17
10 İyul

İqtisadiyyat nazirinin birinci müavini Balakəndə vətəndaşların müraciətlərini dinləyib

18:15
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!