Noyabrın 15-dək mənzil və müəssisələri nə ilə isidək?
Yaxud özü mövcud olmayan sovet dövlətinin “ölü” qanunu nə vaxtadək qüvvədə olacaq?
Hazırda dünya qlobal iqlim dəyişikliyi dövrünü yaşayır. Bunun nəticəsidir ki, hər fəsil alışdığımız hava şəraitinin bir qədər dəyişdiyini görürük.
Üstəlik, televiziya ekranlarından əvvəllər dünyanın yağışların az olduğu və qar yağmadığı yerlərində daşqınların baş verdiyini və qar düşdüyünü seyr edirik. Qlobal iqlim dəyişikliyi ilə bağlı alimlərin müxtəlif fikirlərini eşidirik. Kimin nə deməsindən, hansı səbəb göstərməsindən asılı olmayaraq iqlim dəyişikliyi həyatımızın bir parçası olub.
Dəyişməyən bircə bizim “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin iş prinsipidir.
Həmin cəmiyyət əski sovet dönəmindən qalma, yaşı 100 ilə yaxın olan bir qərar əsasında fəaliyyət göstərir. Yəni dünyada baş verən iqlim dəyişikliyinin yaratdığı yeni şərait həmin qurumu, necə deyərlər, qətiyyən maraqlandırmır. Məlum olduğu kimi, sovetlər dönəmində qış mövsümü noyabrın 15-dən başlanırdı. Bu o demək deyildi ki, həmin dövrdə Kamçatkada, Çukotkada, Murmanskda, Arxangelskdə və digər yerlərdə oturub noyabrın 15-nin gəlməsini gözləyirdilər. Saxalin adasında hərbi xidmətdə olduğum üçün bilirəm ki, bu, belə deyildi. Şimali Saxalində sentyabr ayının axırlarında yağan qarın hündürlüyü bir metrə çatırdı. Bu üzdən adada noyabrın 15-ni gözləmirdilər, soyuqlar düşən kimi istilik verilirdi. Yəni SSRİ-nin özündə həmin dövrdə hər yerdə standart şəkildə noyabrın
15-i tarixi qışın gəlməsi kimi qəbul edilmirdi. Ancaq bizdə hələ də bu günü “əldə bayraq edib” təhsil və səhiyyə müəssisələrinə, həmçinin mənzillərə istiliyin verilməsini noyabrın 15-nə saxlayırlar.
Yardımlıda, Qubadlıda, Lerikdə, Qusarda, Qubada, Kəlbəcərdə və digər dağ rayonlarında hava şəraiti aran bölgələri ilə eynidirmi? Artıq bir aydır dağlıq rayonlarda da məktəblilər dərsə gedirlər. Onların vəziyyətinin necə olmasını təsəvvür etmək çətin deyil. Paytaxt və bölgələrdə məktəb yaşlı uşaqların soyuqdəymədən kütləvi şəkildə xəstələnməsi də bununla bağlı deyilmi?
Bu vaxtadək dağlıq rayonlardakı təhsil və səhiyyə müəssisələrinə istiliyin verilməsi vacib idi. İndi isə ölkəmizin hər yerində, o cümlədən Bakıda da istiliyin verilməsinə ehtiyac var. Paytaxtdakı təhsil və səhiyyə müəssisələri ilə yanaşı, mənzillərdə də istilik olmalıdır. Ona görə ki, səhər və axşam havalar soyuq keçir. Təsəvvür edin ki, hər evdə uşaq, qoca var, xəstə də ola bilər. Sözsüz ki, istiliyin verilməməsi bu kateqoriyadan olan insanların səhhətinə mənfi təsir göstərir.
Kütləvi informasiya vasitələrində istiliyin noyabrın 15-də verilməsi geniş müzakirə olunur. İctimai rəy də istiliyin bu tarixdən tez verilməsinin tərəfindədir. Lakin bugünədək həmin məsələ ilə bağlı “Azəristiliktəchizat” tərəfindən ciddi reaksiya yoxdur. KİV nümayəndələrinin sorğularına səthi cavab verilir. Belə olan halda sual yaranır. Bu qaydaların qüvvədə qalmasında kimlər maraqlıdır? Hətta sovetlər dönəmində qəbul edilən bu qaydalar indikindən fərqli olaraq humanist xarakter daşıyırdı, yəni yerinə və iqlim şəraitinə uyğun dəyişirdi. Bizdə isə qaydalar standartdır, dağla aran bir tutulur. İkincisi, bu qaydalar mövcud olanda dünyada qlobal iqlim dəyişikliyi baş verməmişdi. Üçüncüsü və ən əsası isə budur ki, nə vaxtadək ölü bir dövlətin köhnə qanunundan istifadə olunacaq?
Dünya qış gəlmədən enerji böhranını yaşadı. Avropa qitəsində həyəcan təbili çalındı. Avropa Birliyi ölkələri toplanaraq qışda yaşana biləcək problemləri həll etmək üçün tədbirlər görürlər. Bəs “Azəristiliktəchizat”ın nə fikirdə olduğunu öyrənmək üçün oraya dəfələrlə zəng vurduq. Faksa qoşulmuş əlaqə telefonlarından təbii ki, heç bir cavab almadıq. “Azəristiliktəchizat”ın saytına daxil olduqda da qışa hazırlıqla bağlı görülən işlər barədə məlumat əldə edə bilmədik. Belə vəziyyət təkcə “Azəristiliktəchizat”damı müşahidə edilir? Digər xidmət göstərəcək qurumlarda da eyni mənzərə ilə rastlaşdıq. Əvvəllər əhaliyə xidmət göstərən bütün təşkilatlar yay aylarından qış mövsümünə hazırlaşdıqları barədə mətbuata vaxtaşırı informasiyalar ötürürdü. Amma nədənsə qışda biz bunun əksini görürdük. Qar yağıb şaxtalar düşən kimi işıqlar sönür, qaz təchizatı azalır və ya tamamilə kəsilir, istilik verilişi dayandırılırdı. Mətbuat paytaxtın müxtəlif yerlərində baş verən bu nöqsanları işıqlandırdıqda cavabları standart olurdu: “Qəza baş verib”. Bəs qışa hazırlıq qəzaların baş verilməməsi üçün deyilmi? Qəza baş verirsə, deməli, həmin qurumlar qışa hazır deyil...
Dövlət sosial infrastrukturun inkişaf etdirilməsi və əhaliyə yaxşı xidmət göstərilməsi üçün büdcədən milyonlarla manat vəsait ayırıb. İstədiyi təkcə bu qurumların əhaliyə yaxşı xidmət göstərməsidir. Xidməti qurumların rentabelliyini təmin etmək üçün vaxtaşırı qiymət artımına da rəvac verilir. Bir sözlə, həmin qurumlara dövlət tərəfindən verilən dəstəyin nəticəsini vətəndaş öz həyatında görmür. Belə hal nə vaxtadək davam edəcək? Sualı biz veririk, cavabı isə aidiyyəti qurumlar versin...
Rüstəm KAMAL,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!