15 Yanvar 2026 11:09
119
İQTİSADİYYAT
A- A+
Neftin qiyməti 75 dollara kimi arta bilər  

Neftin qiyməti 75 dollara kimi arta bilər  


İran-ABŞ münasibətlərinin gərginləşməsi fonunda dünya bazarında “Brent” markalı neftin bir barelinin qiyməti 64,28 dollar olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Departamentinin ABŞ vətəndaşlarına müraciət edərək onlara tez bir zamanda İranı tərk etmək barədə tövsiyəsi və Prezident Donald Trampın İran rəsmiləri ilə danışıqlardan birdəfəlik imtina etməsi hərbi əməliyyatların olacağı ehtimalını yaratdı. Bunlara cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava qüvvələrinin komandanı general Məcid Müsəvinin ABŞ-ın hərbi təcavüzü zamanı Yaxın Şərq ölkələrində, o cümlədən Türkiyədə yerləşən ABŞ hərbi bazalarını raket zərbələri ilə vurmaqla hədələməsi neft treyderlərini qorxuya saldı və onlar qiyməti artırdılar.

“Onyx Capital Group” (Qlobal neft və enerji bazarında ixtisaslaşmış Londonda yerləşən ticarət və analitika şirkətidir) şirkətinin icraçı direktoru Xorxe Montepeke “Reuters” agentliyinə bildirib ki, geosiyasi cəhətdən qeyri-sabitlik dövrdür: “Neftin dünya bazarına nəqli və daşınması potensial olaraq təhlükə altındadır. İrandakı kütləvi aksiyalar ciddi faktordur və ABŞ-ın hərbi müdaxilə ehtimalı var”.

Dünən Rusiyanın Krasnodar vilayətində Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft nasos stansiyasına PUA hücumu olub. Bununla əlaqədar olaraq Qazaxıstan Avropa dövlətlərinə müraciət edərək kömək istəyib. CPC Xəzər regionundan neftin dünya bazarlarına ixracını təmin edən ən böyük neft nəqli sistemidir. Marşrut Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir. Kəmərin gücü ildə 60 milyon tondan artıq xam nefti ötürməkdən ibarətdir. Son təyinat Novorossiyskdəki CPC dəniz terminalıdır, burada neft ixrac üçün tankerlərə yüklənir.

Treyderlər və birja iştirakçıları üçün daha bir həyəcanlı xəbər Qrenlandiyadan gəldi. ABŞ-ın bu adanı almaq istəyi Danimarka ilə aralarında gərginlik yaradıb. Rəsmi Kopenhagen adadakı hərbçilərin və hərbi texnikanın sayını artırması Prezident D. Trampı əsəbləşdirib və Danimarka haqqında ağır ifadələr işlədib, hərbi əməliyyatla hədə-qorxu gəlib. Bütün bu faktlar neftin hasilatından başlayaraq nəqli və daşınmasını çətinləşdirir ki, bu da öz növbəsində bazarın tələb və təklif qanununa təsir göstərir, qiymətlərdə dəyişiklik baş verir. Hazırda təklif azalıb və qiymətlər artıb.

Enerji resursları bazarı üzrə ekspert Vladimir Demidov qeyd edir ki, ABŞ-İran qarşıdurmasının neftin qiymətinə dəxli olmamalıdır. Məsələ burasındadır ki, İran sutkada 4 milyon barel neft hasil edir və onun 1,8 milyon barelini Çinə ixrac edir. Buna görə də ABŞ İrana raket zərbələri endirsə dünya neft bazarına yox, Çinin ucuz qiymətə aldığı həmin o 1,8 milyon barelə zərər dəyəcək. Ekspert qeyd edib ki, neft bazarının özünəməxsus spekulyativ xüsusiyyətləri var. Burada treyderlər yalnız qiymətin dəyişməsi ilə pul qazanırlar. Ona görə də onlar müxtəlif manipulyasiyalar edəcəklər ki, bu da təəccüblü deyil.

Analitik hesab edir ki, əgər münaqişələr qaynar fazaya keçsə qiymət 75 dollara kimi yüksələ bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran hakimiyyəti etirazçıya ölüm cəzası verilməsi barədə məlumatı təkzib edib  

14:32
15 Yanvar

Almaniya iqtisadiyyatında iki ildən sonra artım qeydə alınıb

14:30
15 Yanvar

Qlobal iş yerlərinin 40 faizinin süni intellektə dair dəyişikliklərə məruz qalması ixtisarlarla bağlı narahatlıqları artırır  

14:29
15 Yanvar

Türkiyə Müdafiə Nazirliyi İranla sərhəddə təhlükəsizliyə xüsusi diqqət yetirdiyini bildirib  

14:28
15 Yanvar

Rusiya Böyük Britaniya səfirliyi əməkdaşının akkreditasiyasını ləğv edib  

14:23
15 Yanvar

Britaniyalı diplomat Rusiyadan çıxarılır  

14:21
15 Yanvar

Bu il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 96, 6 faizi əhaliyə ödənişlərə sərf olunacaq  

14:20
15 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

14:19
15 Yanvar

Dövlət Komitəsi keçmiş məcburi köçkün Orxan Fətəliyevin müraciəti ilə bağlı açıqlama yayıb  

14:16
15 Yanvar

DSMF ötən il 10 milyard manata yaxın sosial ödənişlər həyata keçirib  

14:15
15 Yanvar

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir  

13:23
15 Yanvar

Prezident İlham Əliyev “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb  

13:20
15 Yanvar

Avropa ölkələrinin ilk hərbi personalı Qrenlandiyaya gəlib  

13:17
15 Yanvar

Pakistan həbsxanalarından 221 əfqan məhbus azad edilərək ölkələrinə qaytarılıb  

13:13
15 Yanvar

Ötən il 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib  

13:09
15 Yanvar

Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub 

13:01
15 Yanvar

İdarə Heyətinin sədri: Pensiyalardakı artım dinamikası bu il də davam edəcək  

12:49
15 Yanvar

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə üçün geoiqtisadi riskləri azaldacaq  

12:39
15 Yanvar

Bakı və Abşeron üzrə Dövlət Proqramı su idarəçiliyində sistemli dönüş yaradır 

12:39
15 Yanvar

Ötən il reallaşdırılan islahat zərfi çərçivəsində əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlər də artırılıb  

12:27
15 Yanvar

Trampı təhqir edən fəhlə 500 min dollar ianə toplayıb  

12:20
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!