24 Dekabr 2020 02:08
2711
SİYASƏT
A- A+
Neftçilərin böyük dostu

Neftçilərin böyük dostu


Azərbaycan neftçisinin fədakar əməyi həmişə, necə deyərlər, dillərdə dastan olub. Dənizin qoynunda da, qurudakı yataqlarda da çalışsa, çətin, bənzərsiz peşəsi ondan böyük zəhmət, hünər, məsuliyyət tələb edir. Odur ki, gərəkli əməyi xalq tərəfindən daim dəstəklənir, dövlət tərəfindən həmişə yüksək qiymətləndirilir. Ulu Öndər Heydər Əliyev neftçi əməyinə böyük dəyər verirdi. Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirir, neftçilər daim dövlət başçısının diqqət mərkəzindədir.

Ölkəmizin öz tərəfdaşları ilə birlikdə həyata keçirdiyi neft, qaz və ixrac layihələri dünyaya səs salıb. Bu layihələr Azərbaycanın iqtisadi qüdrətini artırmaqla, insanların güzəranını yaxşılaşdırmaqla yanaşı, bir sıra digər ölkələrin enerji təhlükəsizliyinin təminatına da mühüm töhfə verib. Biz həmin layihələrlə Avropanın enerji xəritəsini dəyişdirmişik. Və bu məsələlərə həsr olunan elə bir mötəbər tədbir yoxdur ki, orada Prezident İlham Əliyev "qara qızıl”ı və mavi yanacağı yerin təkindən və dənizin dibindən çıxaran, hünər yiyəsi, şan-şöhrət sahibi olan fədakar Azərbaycan neftçisinin əməyini, rəşadətini qeyd etməsin.

"Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır” - çıxışlarının birində Prezident belə deyib.

Digər bir tədbirdə dövlət başçısı yenə də vurğulayıb: "Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə olunmuş nailyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir... Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi”.

Bu cür sitatlar onlarladır. Həm də Azərbaycan Prezidentinin dediyi söz heç zaman söz olaraq qalmır, öz real nəticəsini həyatda, işdə, əməldə tapır.

Neft, qaz böyük sərvətdir. İlham Əliyev onları hasil edən insanların daha böyük sərvət olduğunu deyir:” 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu... Bu gün "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir”.

Prezident İlham Əliyev neftçilərə böyük qayğı və dəstək göstərir, mübaliğəsiz desək, onların əsl dostudur. Bu dostluğun nəticələri Azərbaycan neftçisinin iş və məişət şəraitindən dolanışığınadək hər tərəfdə görünür. Hətta onun nə vaxtsa iş zamanı əyninə geyindiyi mazutlu pencəyi əvəz edən müasir kombinezonunda da...

Bunları əyani görmək üçün bircə dəfə neftçilərin çalışdığı hansısa məkana, məsələn, Neft Daşlarına səfər etmək kifayətdir. Bu gün Neft Daşlarının başqa bir cəlalı var. Dəniz-şəhərin özü də büsbütün dəyişib, neftçilərin işlədiyi və yaşadığı şərait də. Yaxın keçmişdə isə heç də belə deyildi. Prezident bu il sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edərkən həmin vaxtı belə xatırladı: "Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu... "Neft Daşları” hansı vəziyyətdə idi o vaxt. Mən xatırlayıram, "Neft Daşları”na Prezident kimi ilk dəfə 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı”.

İndi isə 71 yaşlı Neft Daşları ildən-ilə cavanlaşır, müasirləşir.

2020-ci il xalqımızı və dövlətimizi çox sınağa çəkdi. Pandemiya, müharibə... İşinin, qayğılarının aşıb-daşdığı bu mürəkkəb dövrdə də neftçilərin böyük dostu onları unutmadı. Belə ki, avqustun 10-da Prezident İlham Əliyev BDÖZ-də "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak etdi. Bu nəhəng və mürəkkəb konstruksiyanın Azərbaycan mütəxəssisləri və fəhlələri tərəfindən inşa edildiyi üçün şad olduğunu bildirdi. Həmçinin neft-qaz layihələri üçün qurğuların tikilməsi sayəsində hazırda zavodda 5 minə yaxın insanın çalışdığını və yüksək əməkhaqqı aldığını məmnunluqla qeyd etdi.

BDÖZ-də "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edərkən də dövlət başçısı həmişə olduğu kimi, yenə də vurğuladı: "Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır”.

Prezident ölkəmizin inkişafında neftçilərin əhəmiyyətli rolunu qeyd etməklə yanaşı, Azərbaycanın uğurlu gələcəyinin də onların peşəsindən, nailiyyətlərindən böyük dərəcədə asılı olacağını dedi.

Əlavə edək ki, dövlət başçısı qocaman, dünyasını dəyişmiş neftçilərin xidmətlərini də unutmur, həmçinin vaxtilə Azərbaycanın neft maqnatlarının xalq üçün gördüyü xeyirxah işlərə yüksək dəyər verir. Çox uzağa getməyək, elə bu il paytaxtın Əmircan qəsəbəsində Murtuza Muxtarovun adına parkın istifadəyə verilməsində iştirak etməsi və onun büstü qarşısına gül dəstəsi qoyması deyilənlərə əyani misaldır. Prezident BDÖZ-də də Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun xeyirxah əməllərini bir daha yada saldı. Vaxtilə SOCAR-da əfsanəvi Neftçi Qurban - Qurban Abbasovla, görkəmli neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadə ilə birlikdə işlədiyindən qürur duyduğunu bildirdi.

Azərbaycan neftçilərinin böyük dostu Prezident İlham Əliyev həm də fəxrlə onların həmkarı olduğunu deyir. Sentyabr ayında, neftçilərin peşə bayramı ərəfəsində BDÖZ-də olarkən bunu bir daha bəyan etdi: "Şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir... Bu gün neftçilər də görürlər ki, onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, bu gün və bundan sonra ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir. Belə olan halda, bu, onları daha da ruhlandırır. Bir daha demək istəyirəm, mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və neftçilərin həmkarı kimi onları ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram”.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!