26 Yanvar 2025 08:15
555
CƏMİYYƏT
A- A+
Neftçala seçkilərə hazırdır

Neftçala seçkilərə hazırdır


Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Neftçala rayonunda tam başa çatıb. Bu barədə 70 saylı Neftçala dairə seçki komissiyasının sədri Ülvi Nəhmədzadə məlumat verib. O deyib ki, dairənin əhatə etdiyi ərazidə 48 seçki məntəqəsi var. Həmin məntəqələrdəki seçicilərin sayı 51 min 478 nəfərdir. 

Seçkilərə hazırlığın ilkin mərhələsində MSK-nın tərtib etdiyi Təqvim Planına əsasən, seçicilərin siyahısı dəqiqləşdirilərək məntəqələrdəki xüsusi lövhələrdən asılmışdır. Bu siyahılar həm də hər bir seçicinin hansı məntəqədə səs verməsini bildirir: "Çalışmışıq, Təqvim Planında nəzərdə tutulan bütün tədbirləri vaxtında yerinə yetirək. Deyə bilərəm ki, seçkilərin şəffaf, demokratik keçməsinə nail olacağıq. 

5 məntəqədə veb-kamera quraşdırılıb. Seçkilərin gedişini izləmək üçün 600 nəfərdən çox müşahidəçi qeydə alınıb", - deyə DSK sədri bildirdi. 

Dairə üzrə 7 bələdiyyəyə 169 namizəd qeydə alınıb. Onların 81 nəfəri YAP, 1 nəfəri Vətəndaş Həmrəyliyi, 1 nəfəri də Ümid partiyaları tərəfindən irəli sürülüb. Qalan 86 nəfər isə öz təşəbbüsləri ilə seçkiyə qatılıb.

Dairə sədrinin sözlərinə görə, seçki günü 2 seçicinin 18  yaşı tamam olacaq. 2 nəfər seçicinin isə yaşı 100-dən yuxarıdır. Onlar Həsənabad qəsəbə sakini İbrahim Əhmədov və Şirvanlı kənd sakini Sura Axundovadır. Seçkilərin qanunauyğun, yəni müvafiq təlimatlara əsaslanmaqla keçirilməsini təmin etmək üçün məntəqə üzvləri üçün treninqlər keçirildiyini deyən Ü.Nəhmədzadə artıq seçki bülletenlərinin MSK-dan gətirildiyini qeyd etdi. 

3 saylı seçki məntəqəsi Neftçala şəhərindəki Mədəniyyət və İncəsənət Mərkəzində yerləşir. Məntəqə seçki komissiyasının sədri Cahangir Abdullayev bizi məntəqə üzvləri ilə tanış etdi. Hamısı gənclərdir. Öhdələrinə düşən işi səylə yerinə yetirirlər. İstəyirlər ki, seçkilər yüksək vətəndaş fəallığı şəraitində keçsin. Bunun üçün hər bir küçəyə, dalana, evə, mənzilə baş çəkir, bildirişləri çatdırırlar. Onların fəallığı nəticəsində bu iş vaxtında yekunlaşmışdır. 

Söhbət zamanı C.Abdullayev bildirdi ki, məntəqə üzrə 1461 nəfər seçici qeydə alınıb. İlk dəfə səsverənlər 10 nəfər olacaq. Xəstə seçicilərə gəldikdə isə onlar 19 nəfərdir. Seçki günü məntəqə üzvlərindən bir nəfər müşahidəçi ilə birlikdə onların evlərində səs vermələrini təmin edəcəklər. Məntəqədə veb-kamera quraşdırılmış, müşahidəçilər və media nümayəndələri üçün  xüsusi yerlər ayrılmışdır. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

21:23
09 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib  

21:03
09 Fevral

Aleksandr Sırski: Ukraynanın zərbələri nəticəsində Rusiyada neft emalı 19 faiz azalıb  

20:53
09 Fevral

Prezident: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq  

20:37
09 Fevral

Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir  

20:33
09 Fevral

Vens: Tərəfdaşlarımız TRIPP layihəsinin çox məhsuldar investisiya imkanı olduğunu düşünürlər  

20:18
09 Fevral

ABŞ-ın vitse-prezidenti TRIPP fondunun yaradılacağını elan edib  

20:07
09 Fevral

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB 

20:07
09 Fevral

Vens: TRIPP layihəsi regiona tarixi transformasiya gətirəcək  

19:58
09 Fevral

Nikol Paşinyan: Prezident Trampın şəxsi iştirakı ilə regionda sülh bərqərar oldu  

19:47
09 Fevral

Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

19:31
09 Fevral

Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub  

19:07
09 Fevral

“Barselona”nın prezidenti istefa verib  

18:46
09 Fevral

Portuqaliyada prezident seçkilərində qalib müəyyənləşib

18:44
09 Fevral

Astronavtlar artıq kosmosa smartfon apara biləcək  

18:40
09 Fevral

MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib

18:38
09 Fevral

Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin 2025-ci ildəki fəaliyyəti müzakirə olunub  

18:34
09 Fevral

Qırğızıstan Çin və TDT-yə üzv ölkələrlə yükdaşımalar üçün “e-Permit” sistemini tətbiq edib  

18:31
09 Fevral

İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında nadir göstəriciyə imza atıb

18:05
09 Fevral

Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

18:04
09 Fevral

Əmək pensiyaları indeksləşdirilir - SƏRƏNCAM  

18:02
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!