07 Noyabr 2025 16:36
781
CƏMİYYƏT
A- A+
Nazirlik: Pensiya təminatı üzrə illik xərclər 2018-ci illə müqayisədə 2 dəfə artıb  

Nazirlik: Pensiya təminatı üzrə illik xərclər 2018-ci illə müqayisədə 2 dəfə artıb  

Prezident İlham Əliyevin tapşırıqları əsasında 2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi reallaşdırılıb. Bu islahatların əhatə dairəsi 4 milyon nəfərdir. Ardıcıl sosial islahatlar nəticəsində 2018-2025-ci illərdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 3 dəfəyədək, orta aylıq əməkhaqqı 2 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı 2,2 dəfə artırılıb. Orta aylıq pensiya 2,6 dəfə, yaşa görə orta aylıq pensiya 2,5 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait 5 dəfə, ünvanlı sosial yardımın orta məbləği 2,7 dəfə artıb. 2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi üçün ayrılan illik əlavə vəsait isə 7,6 milyard manat təşkil edir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 1 milyon 100 min nəfərini əhatə edən pensiya təminatı üzrə illik xərclər 2018-ci illə müqayisədə 2 dəfə artaraq 2025-ci il üzrə 7,2 milyard manatdan çox olub. Bu da pensiyaçıların sosial müdafiəsinin daim diqqət mərkəzində olduğunu təsdiq edir. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu vəsaitin 96,6 faizi və ya 8 milyard 196 milyon manatının əhaliyə ödənişlərin payına düşəcəyi gözlənilir. Ümumilikdə, gələn il üzrə pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin bu ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz çox olması nəzərdə tutulub. Eyni zamanda, proqnoz göstəricilərə əsasən 2026-cı ildə orta pensiyanın 9,2 faiz artaraq 590 manata, yaşa görə orta pensiyanın isə 629 manata çatması proqnoz edilir.

İndeksləşdirmə əsasında pensiya artımına gəldikdə isə, bildirilib ki, qanunvericilik əsasında hər il bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, əvvəlki ilin orta aylıq əməkhaqqı artımı ilə bağlı rəsmi statistik göstərici əsasında indeksləşdirilərək artırılır. Bu artım ilin əvvəlindən hesablanır. Həmçinin hər ilin əvvəlində dövlət tərəfindən vətəndaşların fərdi hesablarındakı pensiya kapitalları da artırılır, yəni pensiya kapitalında artım təkcə onların əməkhaqqından ayırmalar hesabına baş vermir, bu artıma dövlət tərəfindən də hər il dəstək verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB

18:33
11 İyul

Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib 

18:17
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 

18:16
11 İyul

Bu gün Bakının 544 küçəsi yuyulub

17:57
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!