07 Oktyabr 2026 15:10
188
CƏMİYYƏT
A- A+
Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır  

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır  


İnsan ləyaqətinin, ağrının, həqiqəti bilmək hüququnun milliyyəti yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovinanın insan hüquqları və qaçqınlar üzrə naziri Sevlid Hurtiç Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın plenar sessiyasında çıxışı zamanı deyib.

Sevlid Hurtiç bildirib ki, itkin düşmüş şəxslər məsələsi yalnız statistika, hesabatlar və beynəlxalq sənədlərdən ibarət deyil. Bu məsələnin arxasında ailə süfrələrindəki boş stullar, ailələrin qoruyub saxladıqları fotoşəkillər, cavab gözləyə-gözləyə qocalan analar və valideynləri olmadan böyüyən uşaqlar dayanır. O vurğulayıb ki, ailənin itkin düşmüş üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, zamanın keçməsindən, dövlətlər arasındakı sərhədlərdən və ayrı-ayrı şəxslərin maraqlarından asılı olmamalıdır.

Nazir qeyd edib ki, Bosniya və Herseqovina müharibənin ağır nəticələrinə baxmayaraq, itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası prosesində mühüm addımlar atıb. Onun sözlərinə görə, beynəlxalq dəstək, məhkəmə-tibbi metodlar, DNT analizi, məlumat mübadiləsi və axtarışları davam etdirmək əzmi mühüm əhəmiyyət daşıyır. Lakin texnologiyanın özü kifayət deyil. “DNT şəxsiyyəti təsdiq edə bilər, amma yalnız insan ailəyə ləyaqətini qaytara bilər”, – deyə o bildirib.

Sevlid Hurtiç etimadın vacibliyini xüsusi vurğulayıb. “Etimad olmadan zəruri əməkdaşlıq yoxdur, əməkdaşlıq olmadan məlumat mübadiləsi yoxdur, məlumat olmadan yeni izlər yoxdur, yeni izlər olmadan isə ailələr qeyri-müəyyənlik içində qalırlar”, – deyə nazir bildirib. O, itkin düşmüş şəxslərin ailələrinin prosesin mərkəzində olmasının, onların dinlənilməsinin, həqiqətin onlara çatdırılmasının və məlumatlara çıxış imkanlarının təmin edilməsinin vacibliyini qeyd edib.

Nazir beynəlxalq və regional əməkdaşlığın həlledici əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, qurumlar əməkdaşlıq etməli, məlumatlar mübadilə olunmalı, işlər bir-biri ilə əlaqələndirilməli və dövlətlər birgə fəaliyyət üçün imkan yaratmağa hazır olmalıdır. “Onları axtaraq, nə qədər ki, bir iz var. Onların adlarını qoruyaq, nə qədər ki, yaddaş var. Həqiqəti danışaq, nə qədər ki, sual var və hər bir ailə cavab alana qədər dayanmayaq”, – deyə Sevlid Hurtiç vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Suverenlik missiyası  

16:17
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi  

16:16
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib  

16:11
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

Ov mövsümü açıq elan edilir

15:13
07 Oktyabr

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək  

15:13
07 Oktyabr

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır  

15:10
07 Oktyabr

Yeni dövrün milli təhlükəsizlik və ideoloji doktrinası  

15:00
07 Oktyabr

Azərbaycan bütün siyasi qütblərlə təmasda olan nadir ölkədir  

14:43
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!