18 Aprel 2024 12:18
118
CƏMİYYƏT
A- A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib  

 

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, cari ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov mərkəzi icra hakimiyyəti orqanlarının 2024-cü ilin I rübü ərzində həyata keçirdiyi işlərdən danışıb, qurumlar tərəfindən görülən işlər və mühüm əhəmiyyətli digər məsələlər ətraflı müzakirə edilib. Həmçinin qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün müvafiq tədbirlərin təşkil edilməsinin zəruriliyi aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırılıb.

Baş nazir Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verərək bildirib ki, Proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmaqla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu sənəd, ümumilikdə, iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan prioritetlərindən ibarətdir.

Müşavirədə mərkəzi icra hakimiyyəti və dövlət orqanlarının rəhbərlərinə işlərinə daha məsulliyyətli yanaşılması ilə bağlı bir sıra tapşırıqlar verilib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda 2023-cü ildə ayrılmış vəsait çərçivəsində həyata keçirilməli olan layihələrin qısa müddət ərzində yekunlaşdırılmasını və müqavilə üzrə öhdəliklərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Tapşırıq verilib ki, aidiyyəti dövlət orqanları Təfsilatlı Tədbirlər Planı üzrə 2024-cü ildə ayrılacaq vəsait çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuş tikinti layihələrinin, həmçinin infrastruktur və sosial layihələrin həyata keçirilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihələndirmə sənədlərinin hazırlanmasını, tender müsabiqələrinin keçirilməsinin sürətləndirilməsini təmin etsinlər. Müvafiq qurumlara mütəmadi olaraq görülmüş işlərin nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat və hesabat təqdim etmələri tapşırılıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video