Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Müzəffər Ordumuzun memarı!” adlı onlayn tədbir keçirilib.
Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə qurulan müstəqil Azərbaycan Respublikasının bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək məharətlə gerçəkləşdirdiyi müdrik daxili və xarici siyasəti nəticəsində hərtərəfli inkişaf edərək modern dövlətə çevrilərək, parlaq tərəqqi və qüdrətli dövlətçilik dövrünü yaşamasından danışıb. Bildirib ki, Ulu Öndərin gərgin əmək və zəhməti bahasına əsası qoyulmuş, tətbiq etdiyi döyüş taktikası dünyanın aparıcı ölkələri tərəfindən bu gün diqqətlə öyrənilən rəşadətli Milli Ordumuz yüksək döyüş qabiliyyəti və ən müasir silahları ilə XXI əsrdə tarix yazdı. Müzəffər Ali Baş Komandan kimi cənab Prezidentin cəsur sərkərdəliyi altında ötən il 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusu tamamilə darmadağın edildi. Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Böyük Zəfərlə nəticələndi.
Xidmətin idarə rəisi, mayor Füzuli İsmayılov ölkəmizin dinamik inkişafının, o cümlədən müasir silahlarla təmin edilmiş, yüksək döyüş hazırlıqlı Silahlı Qüvvələrimizin möhkəm təməlinin dahi şəxsiyyət Heydər Əliyevin prezidentliyi dövründə qoyulduğunu vurğulayıb.
Tədbir hərbi ekspert, KİV nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları ilə davam etdirilib. Çıxış edənlər Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatlar, müasir Silahlı Qüvvələrimizin dünyanın
50 qüdrətli orduları sırasında olması diqqətə çatdırılıb. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyasının alternativsizliyi bir daha vurğulanıb.
“Azərbaycan”
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Xəzər Dəniz Neft Donanmasına tələb olunan işlənmiş aviatəkərlərin satın alınması məqsədilə müsabiqə elan edir
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
İLHAM ƏLİYEV: "Hər bir addımın son məqsədi 20 sentyabr idi" VİDEO
İtaliyalı ekspert: Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir
Misli Premyer Liqası: "Qarabağ" derbidə "Neftçi"ni məğlub edib
Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
BP və SOCAR Xəzər dənizində iki neft yatağı üzrə anlaşma memorandumu imzalayıb
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb
Siandan Budapeştə Orta Dəhliz vasitəsilə konteyner qatarı yola salınıb
Türkiyəli ekspert: “Əsrin müqaviləsi” Bakı üçün meqalayihələrin başlanmasında mühüm rol oynayıb
Səudiyyə İnkişaf Fondu ilə investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub
DGK sədri Qobustanda vətəndaşlarla görüşüb
Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Şamaxıda vətəndaşların icbari tibbi sığorta ilə bağlı müraciətləri dinlənilib
Fransada polis zorakılığı: Peruəsilli şəxsi bölmədə döyüblər
Laçın 2025-ci ildə MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının növbəti Forumuna ev sahibliyi edəcək
Firudin Qurbanov Yevlax şəhəri Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbin kollektivi ilə görüşüb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!