19 Sentyabr 2024 08:00
988
SİYASƏT
A- A+
“DƏMİR YUMRUĞ"UN ÜÇÜNCÜ ZƏRBƏSİ

“DƏMİR YUMRUĞ"UN ÜÇÜNCÜ ZƏRBƏSİ


Nəhayət, Azərbaycanda erməni separatizminin kökü birdəfəlik kəsildi


Maraqlı bir rəvayət var:

Bir gün mömin insanlardan biri yuxuda şeytanı görür.

 Şeytan gözəl-göyçək qız qiyafəsində olur.

 Mömin bəndə bundan təəccüblənərək sual edir:

- Həmişə səni buynuzlu, tüklü, uzun qulaqlı və eybəcər birisi kimi təsvir ediblər. Amma sən belə gözəlsənmiş?

 Şeytan gülə-gülə mənalı cavab verir:

- Çünki qələm düşmən əlində olur!

30 il səbir edərək qüdrətli ordu yaradan Azərbaycan Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə 44 gündə möhtəşəm zəfərə imza atdı! 

Hərbi ekspertlər, tanınmış mütəxəssislər bu müharibəni "XXI əsrin ən yeni müharibəsi", "müharibələr tarixində yeni səhifə" kimi qiymətləndirdilər.

Dünyanın ən güclü dövlətləri belə, bu müharibədə Azərbaycanın tətbiq etdiyi strategiya və taktikanı öyrənərək ondan nümunə kimi bəhrələndilər, öz ordularında islahatlar apararaq bu taktikanı tətbiq etməyə başladılar.

Hətta dünyanın bir çox hərbi məktəblərində Şuşanın alınması əməliyyatı dərsliklərə salınaraq ayrıca öyrənilməyə başladı!

Bizim üçün qürurverici bir haldır!

Müstəqil dövlət kimi ilk dəfə müharibə edəsən, o da dünya üçün nümunəyə çevrilə!

Bu, "dəmir yumruğ"un ilk zərbəsi idi və nəticədə Azərbaycan torpaqları erməni işğalından azad edildi!

***

Ermənilər həmişəki kimi sözlərinə və imzalarına naxələf çıxdılar:

Paşinyan kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata və sonrakı dövrlərdə dəfələrlə verdiyi vədlərə əməl etməmək üçün müxtəlif oyunbazlıqlara başladı.

Nə Azərbaycan ərazisindəki Ermənistana məxsus qeyri-qanuni hərbi birləşmələrini çıxardı, nə Zəngəzur dəhlizini açdı, nə də qondarma quruma maddi və mənəvi dəstəyini dayandırdı.

Əksinə, Rusiya sülhməramlılarının riyakarlığından istifadə edərək ərazimizə silah-sursat, mina daşınmasını davam etdirdi, revanşizm niyyətlərini alovlandırdı.

Hətta iş o yerə çatdı ki, separatçı qurum yenidən "prezident seçki"ləri keçirdi, Paşinyan isə onlara "təbrik məktubu" ünvanladı.

"Dəmir yumruğ"un yenidən işə salınmasına ehtiyac yarandı!

***

2023-cü il sentyabrın 19-dan 20-nə keçən gün cəmi 23 saat çəkən antiterror tədbirləri də müharibələr tarixinə yazılacaq, nümunə sayılacaq bir əməliyyat oldu!

Lakin bu barədə hamı susdu!

Çünki "qələm düşmən əlində idi!" 

Nə Ermənistandakı hayların, nə dünya erməniliyinin, nə də ermənilərin havadarlarının və müdafiəçilərinin yuxularında belə görə bilməyəcəyi hadisə baş verdi:

Bir nəfərin belə burnu qanamadan, bir mülki obyektə, bir evə belə ziyan toxunmadan yüz minədək separatçı yaşadığı ölkənin vətəndaşlığını qəbul etmək istəmədiyindən dinməz-söyləməz, xoşluqla ərazimizi tərk etdi!

Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri və terrorçu dəstələri isə "dəmir yumruğ"un zərbəsindən qorxaraq dərhal təslim oldular, silah-sursatlarını, hərbi texnikalarını təhvil verərək qorxaqcasına qaçdılar!

Bu bir həqiqətdir ki, əgər antiterror tədbirləri zamanı bir erməni dığasının və ya haxçiğinin burnu azacıq qanasaydı:

HƏMİN QANI:

* Dünyanın bütün ermənipərəst KİV-i "al bayrağa" çevirəcəkdi.

* Qəzetlər "həmin qana" boyanacaqdı.

* Saytların manşetləri "həmin qanla" yazılacaqdı.

* Fransa prezidenti Makron "həmin qanı" BMT-nin Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxaracaqdı.

* Avropa İttifaqı "qanlı bəyanat" verəcəkdi.

* Avropa Şurası "qanlı iclas" keçirəcəkdi.

Lakin "həmin qan" tökülmədiyinə görə bütün ermənipərəstlər hirslərini boğaraq yalnız dodaqlarını çeynəməli oldular.

Amma ənənəvi erməni vay-şüvənliyi, erməni yalanları, şər və böhtanları işə salındı.

Erməniyə "züy" tutanlar həmişəki kimi şər-şəbədəyə dəstək verməyə başladılar.

GUYA:

* Qarabağda "erməniləri qırıblar".

* Etnik zəmində "təmizləmə" aparılıb;

* "Milli ayrı-seçkiliyə görə" hayları Azərbaycandan qovub çıxarıblar;

* Yeni "soyqırımı" törədilib və sair və ilaxır.

Amma bir dənə də fakt tapıb ortaya qoya bilmədilər.

Sərhədi öz maşınlarında sərbəst keçənlərin hamısı Azərbaycan televiziyasının əməkdaşlarının suallarını cavablandırarkən birmənalı şəkildə söylədilər ki, öz xoşları ilə Ermənistana gedirlər.

Bir nəfər belə döyüldüyünü, söyüldüyünü, zorakılığa məruz qaldığını demədi, bədənindəki əzilən, qanayan yerini göstərmədi.

Halbuki 1990-cı illərdə ermənilər azərbaycanlıları doğma yurdlarından soyqırımına məruz qoyaraq, döyüb, söyüb, fiziki təzyiq və işgəncələr verərək qovmuşdular.

***

Qarabağda yaşayan ermənilər öz xoşları ilə Azərbaycan ərazisini tərk edib getdilər.

Hamısı da çoxdan Ermənistan pasportunu daşıyırdı.

Bu gün isə Azərbaycan vətəndaşlığını qəbul etməklə geri qayıtmaq istəmirlər. 

Çox gözəl və çox pakizə!

Çünki öz əməllərini, Azərbaycan dövlətinə və Azərbaycan xalqına etdikləri xəyanətləri, murdarlıqları, pislikləri yaxşı bilirlər və xatırlayırlar.

Biz də heç nəyi unutmamışıq!

* 366-cı motoatıcı alayın köməyi ilə Xocalı soyqırımını törətdilər...

* Qaradağlıda, Başlıbeldə, Bağanıs Ayrımda kütləvi qırğınlar törətdilər...

* Girov götürdükləri mülki vətəndaşların - qadınların, qocaların, uşaqların başına olmazın müsibətlərini gətirdilər, işgəncə verərək öldürdülər...

* Şuşa həbsxanasını işgəncəxanaya çevirdilər...

* Dinc əhalini kütləvi şəkildə öldürərək kütləvi məzarlıqlar yaratdılar, sonra yerini hamıdan gizlətdilər...

* Məscidlərimizi tövləyə çevirdilər, donuz, mal-qara saxlayaraq təhqir etdilər!

* Dolu qoyub gəldiyimiz evlərimizi fars qardaşları ilə talan etdilər, söküb tikinti materialına çevirərək daşını, dəmirini, taxtasını, darvazalarını, içərisinin xalçalarını, mebellərini İran bazarlarında satdılar...

* Mədəniyyət abidələrimizi, tarixi abidələrimizi yerlə yeksan etdilər...

* Qəbiristanlıqlarımızı dağıdaraq başdaşlarını oğurladılar, goreşənlər kimi qəbirləri eşərək ölülərin qızıl dişlərini çıxardılar...

* Meşələri, bağları qırdılar, çayları zəhərlədilər, təbiətə, ekologiyaya düşmən kəsildilər...

*Faydalı qazıntı yataqlarını avropalı dostları ilə birlikdə talayıb daşıdılar, qızıl, mis, molibden, mərmər mədənlərini otuz il ərzində oğurluqla, qeyri-qanuni şəkildə istismar etdilər...

* Bütün əməlləri ilə "məzlum, zavallı" yox, barbar, vəhşi, oğru və çapqınçı millət olduqlarını göstərdilər.

Bütün bunlardan sonra hansı üzlə geri qayıda bilərlər?!

Həm də bilirlər ki, biz də etdiklərini heç zaman unutmayacağıq!

***

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nı sürətlə icra edən Azərbaycan təkcə tikib qurmur!

Ən əvvəl ermənilərin miras qoyub getdikləri minalı sahələr "ölüm tələləri"ndən təmizlənməlidir.

Bu, çox ağır, böyük vaxt və vəsait tələb edən təhlükəli prosesdir.

Vaxtaşırı minalara düşən mülki əhali ömürlük əlilə çevrilir, şəhid olur.

Həqiqi mina xəritələrini təqdim etməyən düşmən isə bu minvalla hələ uzun müddət düşmənçiliyini davam etdirəcək, dinc əhaliyə ölüm və əlillik gətirəcəkdir.

Görünür yaddaşımızı "təzə" saxlamağımızı, bizə etdikləri pislikləri unutmamağımızı istəyirlər.

Yaddaşımızı iti saxlayan təkcə erməni vəhşiliyi və murdarlığı deyil, həm də bu barbarlığa qoyulan "abidə"lərdir.

* Bəli, 30 il işğala və erməni vandallığına məruz qalaraq xarabalıqlara çevrilən hər bir rayonda dövlət başçısının sərəncamı ilə "İşğal muzeyləri" yaradılacaqdır!

* Kütləvi məzarlıqlar da müqəddəs ziyarət yerinə çevriləcəkdir!

Daha sovet repressiya sistemi, "başqa cür düşünən"lər üçün həbsxana, sürgün, güllələnmə cəzası yoxdur!

Odur ki, yaddaşları silmək, oradakıları pozub başqa cür yazmaq mümkün deyil.

İndi reallıqlar dövrüdür!

Azərbaycanın yaratdığı reallıqla isə hamı barışmaq məcburiyyətindədir!

Çünki onu dəyişə biləcək qüvvə yoxdur!

***

Ermənistan dəvədən yıxılsa da, "höt-höt"ündən əl çəkmək istəmir...

Nə ordusu var, nə silahı, nə də bizimlə döyüşə biləcək canlı qüvvəsi...

İran təyyarələrinin və hava məkanının köməyi ilə Fransadan, Hindistandan köhnə-kürüş texnika, silah daşıyıb gətirir...

Həqiqət isə budur ki, ABŞ, Avropa İttifaqı Ermənistana arxa durub pul versələr də, hərbi cəhətdən müdafiə edəcəklərinə boyun olsalar da, heç zaman nə ABŞ, nə də Fransa əsgəri Ermənistan tərəfindən döyüşərək onların yerinə öləcəkdir!

Revanşist niyyətliləri, separatçıları Qarabağa, Qarabağı isə Ermənistana qaytarmaq cəhdi baş tutan xülya deyil!

Artıq Azərbaycan qüdrətli lideri, mahir sərkərdəsi, güclü ordusu, böyük imkanları və uzaqgörən siyasəti olan müstəqil dövlətdir!

Hər bir vətəndaşı isə əfsanəvi qəhrəman Antey kimi torpaqdan güc alaraq məğlubedilməz cəngavərə çevrilmiş döyüşçüdür!

Bu döyüşçüləri Vətən torpağı üzərində məğlub etmək mümkün deyil!

"Böyük Ermənistan" xülyası birdəfəlik tarixin qəbiristanlığında əbədi dəfn olundu!

Qarabağ isə dövlət suverenliyi və Konstitusiya əsasları bərpa olunmuş Azərbaycan torpağıdır!

"Dəmir yumruğ"un dördüncü zərbəsini gözləmədən sülhə gəlmək, ağıllanmaq vaxtıdır!

Müzəffər Ali Baş Komandan İlham Əliyev indiyədək dediklərinin hamısını həyata keçirib!

Bundan sonra da dediyini edəcəkdir!

Sülh və əməkdaşlıqdan başqa yol yoxdur!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir

23:58
08 Oktyabr

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

23:52
08 Oktyabr

Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

23:50
08 Oktyabr

Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər  

23:41
08 Oktyabr

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik 

22:57
08 Oktyabr

Norveç terror təhlükəsi səviyyəsini artırıb

22:53
08 Oktyabr

Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib

22:47
08 Oktyabr

BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər

22:31
08 Oktyabr

Rusiyalı idmançı Barselonada həlak olub

22:16
08 Oktyabr

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

21:57
08 Oktyabr

İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb

21:38
08 Oktyabr

Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

21:36
08 Oktyabr

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib

21:19
08 Oktyabr

Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur 

21:06
08 Oktyabr

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

20:58
08 Oktyabr

Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4

20:53
08 Oktyabr

Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

20:47
08 Oktyabr

Kamikadze məhv edildi  

20:31
08 Oktyabr

“Nobel”in favorit namizədləri açıqlandı

20:17
08 Oktyabr

Rusiyalı alpinistlərin cəsədləri tapıldı

20:13
08 Oktyabr

Tramp Ukraynaya yardım edənləri sərt tənqid etdi

20:07
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!