14 Oktyabr 2025 12:20
4967
COP29
A- A+
Muxtar Babayev: COP29 Qlobal Yekun Qiymətləndirmənin icrası üçün zəmin yaratdı  

Muxtar Babayev: COP29 Qlobal Yekun Qiymətləndirmənin icrası üçün zəmin yaratdı  


Biz COP29-da iqlim prosesi tarixində mühüm mərhələlərə şahidlik etdik. Maliyyə məsələləri üzrə 6-cı Maddə və Bakı Maliyyə Məqsədi çərçivəsində yeni mexanizmlər yaratdıq. İtki və Zərərə cavab verən Fond, Bakı Qlobal İqlim Şəffaflığı Platforması fəaliyyətə başladı. Gender, yerli icmalar və yerli xalqlar, eləcə də cavab tədbirləri üzrə iş planlarını qəbul etdik. Bu qərarlar Paris Sazişinin icrasında yeni dövrün başlanğıcını qoydu – bu, sözdən işə keçid dövrüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Braziliyanın Beynəlxalq Konqres Mərkəzində (CICB) keçirilən Pre-COP tədbirinin açılış mərasimində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxışında səsləndirib.

Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi, Braziliya hökuməti və gələcək COP30 Sədrliyi ilə birgə çalışmaqdan məmnunluq ifadə edib. O, həmkarı – COP30-un Prezidenti Andre Korrea do Lago ilə bölüşdüyü baxışın COP30 ərəfəsində artan qlobal təşəbbüsləri daha da gücləndirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan COP30 Sədrliyini tam dəstəkləyir və Braziliyanın rəhbərliyi ilə ədalətli keçid, adaptasiya və Qlobal Yekun Qiymətləndirmənin nəticələrinin tam icrası istiqamətində irəliləyişin vacibliyini qeyd edir. “Ədalətli keçid yalnız bir şüar deyil, iqlim fəaliyyətinin bütün istiqamətlərində rəhbər prinsipə çevrilməlidir. Əgər bu keçid üçün aydın yol xəritəsi formalaşmasa, iqlim dəyişikliyi ilə ədalətli və səmərəli mübarizə mümkün olmayacaq”, – deyə M.Babayev qeyd edib.

COP29 Prezidenti, həmçinin adaptasiya məsələlərinin diqqət mərkəzində qalmasının vacibliyini bildirib: “Adaptasiya məqsədləri maliyyə təminatı olmadan sadəcə arzu olaraq qalır. Adaptasiya maliyyəsi yardım deyil, iqlim ədalətidir”.

M.Babayev Bakı Adaptasiya Yol Xəritəsinin irəlilədilməsinin və Qlobal Adaptasiya Məqsədinin Paris Sazişinin əsas sütunlarından biri kimi təsdiqlənməsinin vacibliyini vurğulayıb.

Çıxışında Muxtar Babayev BƏƏ Dialoqunun yekunlaşdırılmasının əhəmiyyətindən də danışıb: “Bu dialoq Qlobal Yekun Qiymətləndirmənin nəticələrinin icrası üçün vahid platforma rolunu oynaya bilər, koordinasiyanı artırar və milli siyasətlərin suverenliyinə xələl gətirmədən əməli əməkdaşlığı təşviq edə bilər”.

COP29 Prezidenti, həmçinin “Bakıdan Belemə” Yol Xəritəsi üzrə işlərin gedişatı barədə məlumat verəcəyini və bu istiqamətdə böyük beynəlxalq marağın müşahidə olunduğunu söyləyib.

Muxtar Babayev çıxışının sonunda əlavə edib ki, COP31-ə ev sahibliyi məsələsində Avstraliya və Türkiyə arasında aparılan danışıqlara Azərbaycan vasitəçilik edir: “Biz danışıqları sürətləndirmək və qeyri-müəyyənliyə son qoymaq üçün çalışırıq. Azərbaycan COP29-un təcrübəsini və potensialını növbəti sədrliyə dəstək üçün tam şəkildə səfərbər etməyə hazırdır. Belemdə keçiriləcək COP30 qarşıda duran vədləri yerinə yetirmək, razılaşmalardan əməli addımlara keçmək üçün mühüm fürsətdir. Biz Braziliyanı dəstəkləməli, əvvəlki öhdəliklərimizi yerinə yetirməli və birlikdə iqlim fəaliyyətinin yeni mərhələsinə qədəm qoymalıyıq”, - deyə Muxtar Babayev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

Altıillik fasilədən sonra Pekindən Pxenyana ilk qatar yola salınacaq

14:17
12 Mart

Ərəb Liqasının sabiq Baş katibi: XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir

14:15
12 Mart

Şarl Mişel: Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır  

14:14
12 Mart

Sabiq Kansler: Düşmənçilikdən uzaqlaşmaq və həll yolları barədə düşünmək vacibdir

14:12
12 Mart

Rusiya Azərbaycan vasitəsilə İrana tibbi ləvazimatlar göndərəcək  

14:12
12 Mart

İraqın neft limanları fəaliyyətini dayandırıb

14:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!