30 Dekabr 2023 10:10
462
SİYASƏT
A- A+
Müstəmləkəçi Fransa Afrikadan əl çəkə bilmir

Müstəmləkəçi Fransa Afrikadan əl çəkə bilmir

 

Tarixən Afrikada Qərb ölkələri əsl yırtıcılar kimi davranmışlar. Onların arasında, məlum olduğu kimi, Fransa aparıcı yerlərdə qərarlaşıb. 1960-cı illərdə Qara qitənin rəsmi müstəmləkəsizləşdirilməsinə baxmayaraq, Paris o zaman artıq keçmiş koloniyaları üzərində qeyri-rəsmi kuratorluq sistemi qurub. "Françafrique" adlanan strategiya, əslində, bir sıra Afrika ölkələrini keçmiş "ağ ağalardan" iqtisadi, hərbi-siyasi asılı vəziyyətə salıb.
Bu təcrübəyə yaxşı bələd olan ekspertlərin fikrincə, Fransanın regionda hökmranlıq mexanizmi ənənəvi olaraq birbaşa hərbi iştirak (qitədə dörd daimi fransız bazası var - Cibuti, Fil Dişi Sahili, Seneqal və Qabonda), Qərbi Afrika CFA frankı zonası vasitəsilə maliyyə dominantlığı (2019-cu ildə ekoya çevrilib), korrupsiyalaşmış Afrika siyasətçilərinin rüşvətxorluğu və keçmiş metropoliyanın universitetlərində yerli frankofoniya isteblişmentinin "təlqin edilməsi"indən ibarətdir.
Parisin məqsədləri "asılı" ölkələrdə siyasi və iqtisadi proseslərə tam nəzarəti əldə etməkdən ibarət idi. Və faktiki olaraq müstəqil Afrika ölkələrinə sırınan müqavilələr, onların daxili işlərinə birbaşa müdaxilə, hərbi çevrilişlər və hakimiyyətin zorakılıqla fransız tərəfdarı rejimlərə dəyişdirilməsi onların neokolonial siyasətinin alətlərinə çevrilib.
Getdikcə daha çox afrikalıların gözündə nüfuzdan düşmüş Fransa kursu bu gün iflasa uğramaqdadır. Belə ki, Parisin Saheldə terrorun yayılmasına qarşı mübarizə üçün bəyan etdiyi səylərin səmərəsizliyi ilə üzləşən (bu ilin iyun ayında regionda kəskin eskalasiya fonunda Fransa prezidenti Emmanuel Makron 2014-cü ildən bəri davam edən "Barxan" əməliyyatının başa çatdığını və fransız hərbi varlığının kəskin azalmasını elan etmişdi) Mərkəzi Afrika Respublikası və Mali səlahiyyətliləri öz təhlükəsizliklərini təmin etmək üçün artıq alternativ variantlara müraciət ediblər. Belə sorğuların Rusiyanın özəl hərbi şirkəti (ÇVK) tərəfindən alınması faktını daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib.
Ancaq keçmiş Afrika koloniyalarının belə müstəqil hərəkətləri Yelisey çöllərində əsəbi reaksiyaya səbəb olub. Bangi və Bamakoya cavab olaraq, fransızlar bütün hərbi və iqtisadi yardımları tamamilə dayandıracaqları iıə bağlı birbaşa şantaj və hədə yolunu tutublar.
Hələ 2015-ci ilin aprelində "The Guardian" Fransa hərbçilərinin CAR-da yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq hallarında iştirak etdiyi barədə məlumat yayılmışdı. Düzdür, Parisdə  bunu xatırlamamağa üstünlük verirlər. Eynilə özlərinin Afrikadakı siyasi problemlərini həll etmək üçün Geos və Defence Conseil International  özəl hərbi şirkətlərinin imkanlarından fəal istifadə etmələri faktı kimi...
Qərbdə son vaxtlar irqi gərginliyin artması fonunda  fransız siyasətçiləri dəfələrlə öz ölkələrinin müstəmləkə keçmişini yenidən nəzərdən keçirmək və nəhayət, neokolonial qalıqlardan ayrılmaq niyyətlərini bəyan ediblər. Bununla belə, Parisin əməli hərəkətləri bunun əksini göstərir - Fransanın bir sıra Afrika ölkələrində onların suverenliyinə hörmət etmədən və afrikalıların milli maraqlarına məhəl qoymadan, iflasa uğrayan hegemonluğunu saxlamaq istəyindən xəbər verir.
Təəssüf ki, Fransa Qara qitəyə öz müstəmləkəçi yanaşmasından heç cür əl çəkə bilmir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Rusiyanın komanda məntəqələrinə, anbarlarına və logistika mərkəzlərinə zərbələr endirib  

20:17
12 May

Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

20:16
12 May

Nazir: Səhiyyə Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında birgə təşəbbüslər əhəmiyyətlidir

20:15
12 May

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib  

19:58
12 May

Prezident İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub

19:51
12 May

YAP nümayəndə heyəti Çində səfərdədir

19:48
12 May

ƏƏSMN və AİB arasında sosial sahədə yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib  

19:43
12 May

Küveyt dəniz yolu ilə ərazisinə daxil olan dörd İran vətəndaşını saxlayıb

19:39
12 May

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub  

19:34
12 May

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir  

19:21
12 May

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək  

19:13
12 May

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

19:07
12 May

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib  

19:01
12 May

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub 

18:56
12 May

Avropa İttifaqı təbiəti mühafizə qaydalarını yumşalda bilər

18:46
12 May

Finlandiya Prezidentindən Avropaya çağırış

18:23
12 May

Fransa Aİ-nin büdcə razılaşmasının sürətləndirilməsinə qarşı çıxır  

18:13
12 May

Norveç yenidən Avropa İttifaqı yolunda?

18:03
12 May

BMT Hörmüz boğazının bağlanmasının fəsadlarını vurğulayıb

17:54
12 May

WUF13 Festivalı Sumqayıtda

17:53
12 May

Almaniyada hər 12 şirkətdən biri iflas təhlükəsi ilə üzləşib

17:53
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!