Multikultural və dinlərarası dialoqda dini kimlik
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə "Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans keçirilib.
Açılışda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğunun çox vacib amil olduğunu vurğulayaraq, bu cür görüşlərin təşkilinin vacibliyindən söz açıb. O, Azərbaycanda birgəyaşayış modelinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrdən ətraflı danışıb.
Belçika Krallığında fəaliyyət göstərən Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin dekanı professor Yohan Temmerman isə tədbirin mövcud əlaqələrin genişləndirilməsində və qarşılıqlı münasibətlərin formalaşmasında əhəmiyyətindən söz açıb.
Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin eksperti və məruzəçisi professor L.J.Parlevliet dini təhsilin əhəmiyyəti mövzusunda çıxış edib. Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan tolerantlığının sosial-tarixi və teoloji əsaslarından bəhs edən məruzə ilə çıxış edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən bəhs edərək, mədəniyyətlərarası və dinlərarası dialoq platformasının əhəmiyyətini vurğulayıb. Videokonfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Aİİ-nin Xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov məruzələrlə çıxış ediblər.
Konfransda Azərbaycan və Belçika modelləri başda olmaqla, tolerantlıq və multikulturalizmin müxtəlif modellərinin dərindən araşdırılması, bəşəri dəyərlər sisteminin daha da zənginləşdirilməsinə töhfə verəcək təcrübələrin sistemləşdirilməsi məqsədilə işçi platformanın yaradılması təklif edilib. Qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı konkret mexanizmin akademik səviyyədə işlənilməsinin zəruriliyi vurğulanıb, irqçilik, radikalizm, ksenofobiya, islamofobiya, diskriminasiya və dini dözümsüzlük əleyhinə, həmçinin mədəniyyətlərarası, dinlərarası dialoqun inkişaf etdirilməsinə dair müştərək seminar, "dəyimi masa” və konfransların təşkili imkanları müzakirə olunub. Sözügedən məsələlərin araşdırılması məqsədilə hər iki ali təhsil müəssisəsinin müvafiq sahə üzrə alim və mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması prioritet məsələ kimi razılaşdırılıb.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
Ekoloji problemlər bütün beynəlxalq tədbirlərin əsas mövzularından biri olur
04 May
Azərbaycanın güc strukturları müasir texnologiya əsasında istehsal edilən texnika, silah və döyüş su...
04 May
Azərbaycan Fransa zülmündən xilas olmaq istəyən xalqların himayədarıdır
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!