08 May 2026 15:38
152
SİYASƏT
A- A+
Müdafiə nazirinin müavini “SAHA EXPO 2026” sərgisində iştirak edib  

Müdafiə nazirinin müavini “SAHA EXPO 2026” sərgisində iştirak edib  


Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA EXPO 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nazir müavini Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə görüşüb.

Keçirilən görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti sərgidə dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsalı olan hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlara aid nümunələrlə tanış olub.

Baş direktor Almaniya, Sudan, Birləşmiş Krallıq, Vyetnam və İtaliya müdafiə nazirliklərini və hərbi sənayə komplekslərini təmsil edən nümayəndə heyətlərinin, eləcə də “Aselsan”, “Baykar”, “Roketsan”, "TUSAŞ" və "ARCA Savunma" şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ölkəmizi stendlə təmsil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob 

17:03
08 May

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

16:53
08 May

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

16:41
08 May

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır  

16:38
08 May

Şabranda vətəndaşların müraciətləri dinlənilib

16:27
08 May

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

16:26
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!