Mübariz İbrahimovun adını daşıyan küçənin gecələri də gündüz kimi işıqlıdır
Milli Qəhrəmanın adını daşıyan mərkəzi küçədə bir neçə ay bundan öncə başlanan quruculuq-abadlıq və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Burada vətəndaşların təşəbbüskarlığı və fəallığı nəticəsində hasarlar, giriş qapıları yenidən bərpa edilərək rənglənmiş, bordürlər səliqə-sahmana salınmış, küçə boyunca hər iki tərəfdə müasir elektrik dirəkləri ucaldılmış, öz görkəmini tamamilə dəyişmişdir. Bir neçə il bundan öncə başdan-başa gecələr zülmətə çevrilən küçə, indi nura qərq olur. Bu yeni üslubda çəkilən xətlər və eyni zamanda, əkilən ağaclar, gül-çiçək kolları, sözün əsl mənasında, nəinki sakinləri, o cümlədən həmin mərkəzi küçədən keçənləri də valeh edir.
Milli Qəhrəmanın adını daşıyan küçə onun adına layiqdir. Mərkəzi küçədə tez-tez rayonun səhiyyə, mədəniyyət, təhsil və eləcə də digər idarə, müəssisə və təşkilatların əmək kollektivləri iməciliklər keçirirlər.
Bu küçələrdə yaşayanlardan Vaqif Məlikov, Məhərrəm Kazımov, Afiq Hüseynov, Balabəy Cəbrayılov, Telman Şirinov və başqaları təmizlik işlərinə xüsusilə böyük diqqət yetirir, əkilən gül-çiçək kollarına və ağaclara qayğı göstərirlər. Şəhər sakinləri görkəmi ilə seçilən küçədə yaşayanlardan nümunə götürərək, abadlıq işlərini getdikcə artırırlar.
Gülmalı MUSTAFA OĞLU,
Heydər Əliyev məktəbinin direktoru,
Biləsuvar rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK
04 May
Everesti fəth etmək üçün icazələrin sayı azalacaq
04 May
Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
04 May
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!