25 Oktyabr 2024 15:40
31068
Turizm
A- A+
Moskvada Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılıb

Moskvada Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılıb

Moskvada Azərbaycan Turizm Bürosu nümayəndəliyinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya və Azərbaycanın turizm sənayesinin aparıcı nümayəndələri, həmçinin tanınmış dövlət məmurları və sektor üzrə tərəfdaşlar iştirak ediblər. İştirakçılar arasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov, Moskva şəhər meriyasının Xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Vyaçeslav Manuylov, tanınmış iş adamı və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov da olublar.

Moskva ofisinin açılmasında əsas məqsəd Rusiyanın turizm təşkilatları ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını populyarlaşdırmaq, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.

Yeni nümayəndəlik marketinq və media kampaniyalarının koordinasiyasını həyata keçirəcək, tədbirlər təşkil edəcək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə olacaq. Bu turizm ofisinin müvafiq şirkətlər və dövlət idarələri ilə qarşılıqlı əlaqə yaratmaq üçün mühüm platformaya çevriləcəyi gözlənilir və bu, öz növbəsində, Rusiyadan Azərbaycana turist axınının artmasına kömək edəcək.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesində ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından Moskva nümayəndəliyinin açılmasının vacibliyini vurğulayıb. O qeyd edib: “Əminəm ki, Moskvada nümayəndəliyimizin fəaliyyətə başlaması iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı olacaq.

Təbii ki, ölkələrimiz arasında turizm əlaqələri ənənəvi xarakter daşıyır və onların inkişafının əsas stimulu dövlət başçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətlə bağlıdır”.

Nümayəndəliyin açılması iki ölkə arasında turizmin inkişafında mühüm addım olub və bu, tədbir zamanı xüsusi vurğulanıb. Tədbirin təntənəli hissəsində Rusiya ilə Azərbaycan arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Açılış mərasiminin sonunda qonaqlar turizm sahəsində ikitərəfli əlaqələrin gələcək inkişafı perspektivlərini müzakirə ediblər.

Hazırda “Azərbaycan Hava Yolları” QSC və Rusiyanın aviadaşıyıcıları Azərbaycanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirərək, iki ölkə arasında sabit hava hərəkətini təmin edir. 2024-cü ilin 9 ayında Azərbaycana 564 008 rusiyalı turist gəlib ki, bu da 18 faiz artım deməkdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur. Vizasız rejim, müntəzəm uçuşlar və turist axınının müsbət dinamikası gələcəkdə turistlərin sayının daha da artacağından xəbər verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur  

18:11
12 Mart

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir  

18:06
12 Mart

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər  

18:01
12 Mart

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür

17:58
12 Mart

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

17:53
12 Mart

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

17:51
12 Mart

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

17:48
12 Mart

Sabiq Baş nazir: Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm  

17:43
12 Mart

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

17:41
12 Mart

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

17:37
12 Mart

Azərbaycan iqtisadiyyatı böyüyüb

17:31
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır

17:30
12 Mart

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

17:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!