26 Sentyabr 2026 12:15
204
Səfərlər
A- A+
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub

“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və “Global Textile Group”un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basdılar.

Qeyd edək ki, ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilən “Textile Horizon” MMC-nin təsisçiləri “Azərşəkər” MMC, “Global Textile” LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur. Layihə çərçivəsində pambıq əkinindən başlayaraq, mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Müəssisə Mingəçevir Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Sahəsi 11,2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsalı nəzərdə tutulur. Məhsulların daxili bazarla yanaşı, ixracı da planlaşdırılır.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonunda “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

Prezident İlham Əliyev və Türkiyənin “Demirören Holdinq”inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basdılar.

Qeyd edək ki, dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihəyə daxil olan “Minkənd” Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.

Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir. Ümumi dəyəri 53,2 milyon manat olan layihəyə “Minkənd”, “Qalaca-1”, “Qalaca-2”, “Malıbəy” və “Tərtər-1” kiçik su elektrik stansiyaları daxildir. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44,1 milyon kVt/saatdır. Layihəyə işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib.

Layihə ilə bağlı fəaliyyət göstərən “Green Karabakh Energy” MMC-də “Demirören Holdinq” və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Etimadın real kapitala çevrildiyi məkan: Bakı investorları bir araya gətirib

13:22
26 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB

12:39
26 Sentyabr

“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub

12:15
26 Sentyabr

Bilmək istəyirəm

11:10
26 Sentyabr

Dövlət Duması seçkilərinin nəticələri açıqlandı

11:05
26 Sentyabr

İran ABŞ-yə Hörmüz boğazının yenidən açılması planını təklif edib

11:00
26 Sentyabr

"İlk üçlükdə yer almaq məni çox sevindirir"

10:55
26 Sentyabr

"Bura Bakıdır və trasda hər an hər şey dəyişə bilər"

10:50
26 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisində sürət daha da artır

10:45
26 Sentyabr

Şəhərlərin abadlığı həyətlərin səliqəsindən və yaşıllığından başlayır

10:40
26 Sentyabr

Xahiş etdim, əməl olundu

10:35
26 Sentyabr

Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib

10:30
26 Sentyabr

"Abidələrimizdə yaşayan tariximiz"

10:25
26 Sentyabr

Şəhərin tıxacını yalnız dövlət qurumları yox, hamılıqla həll etməliyik

10:20
26 Sentyabr

Ailəmiz dövlət qayğısı ilə əhatə olunub

10:15
26 Sentyabr

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib YENİLƏNƏCƏK

10:14
26 Sentyabr

Şəhidlər heç vaxt unudulmur

10:10
26 Sentyabr

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

10:05
26 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

10:00
26 Sentyabr

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

09:55
26 Sentyabr

"Sən mənimlə həmişə fəxr edəcəksən"

09:50
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!