Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryolu Səyyar Klinikası aprelin 26-da Balakən rayonu sakinləri üçün tibbi aksiyaya start verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək aksiyanın məqsədi rayon sakinlərinin gözlərini erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərinin həllinə kömək göstərməkdir.
Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi nəticələr əldə edilərək həkim kollektivinin müzakirəsinə verilir. Eyni zamanda, mərkəzin yüksəkixtisaslı həkimləri tərəfindən aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan və ya çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.
Səyyar Klinikanın baş həkimi Elçin Həsənovun sözlərinə görə, Səhiyyə Nazirliyi və Milli Oftalmologiya Mərkəzi tərəfindən davamlı olaraq respublikanın müxtəlif regionlarında, ucqar şəhər və rayonlarda təşkil edilən belə humanitar aksiyaların əsas məqsədi erkən diaqnostika və müayinələr aparmaqla korluğa səbəb olan göz xəstəliklərini öncədən müəyyənləşdirib müalicə etmək, korluğun qarşısını almaqdır.
Humanitar aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən Balakən rayonunun İtitala kənd sakini, şəhid anası Zalxa Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Bir ildən çoxdur ki, gözümdə problem yaranıb. Sol gözüm zəif görür. Bakıya gedib yoxlatmağa vaxt tapa bilmirdim. Yaxşı oldu ki, həkimlər özləri Balakənə gəldilər. Məni diqqətlə müayinə etdikdən sonra müalicə təyin etdilər, eynək taxmağımı məsləhət gördülər”.
Rayon sakini, 88 yaşlı Şirin baba isə 2 il əvvəl gözündən əməliyyat olunub. “Eşidəndə ki, Milli Oftalmologiya Mərkəzinin həkimləri Balakənə gələcək çox sevindim. Səyyar klinikaya müraciət etdim, məni müayinədən keçirdilər. Belə aksiyaların davamlı olmasını arzulayıram”, - deyə o qeyd edib.
Müayinələrdə iştirak edən şəhid qardaşı Xəlil Ağayev və digər vətəndaşlar da onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Həkim-oftalmoloq Elsevər Həmidov AZƏRTAC-ın bölgə müxbirinə açılqmasında bildirib ki, müraciətlər bütün göz xəstəlikləri ilə bağlı olur. Aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan pasiyentlərə müalicələrin davam etdirilməsi üçün tövsiyələr verilir. Həkimin sözlərinə görə, erkən diaqnostika və müayinələr aparmaqla korluğun qarşısını almaq mümkündür.
Qeyd edək ki, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə respublika rayonlarının əhalisinə xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən isə Mərkəzin Səyyar Qatarı fəaliyyətə başlayıb. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi pasiyentlərin vaxtında müayinə olunaraq səhətlərindəki problemlərin yerindəcə müalicə edilməsidir. Klinikanın təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqları bütün bu prosesləri yerinə yetirmək bacarığına sahibdirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Everestə qalxmaq icazə ilə olacaq
06 May
"Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
06 May
Təbriz stadionunda Azərbaycan bayrağı qaldıranlar həbs edilib
06 May
“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb
06 May
Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiriri...
06 May
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur ...
06 May
Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib ...
06 May
BMT-nin Meşə Forumunun sessiyası keçirilir
06 May
ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür
06 May
Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək
06 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!