21 Aprel 2026 16:21
420
SİYASƏT
A- A+
Milli Məclisin sədri: Qadınların gücləndirilməsi regional əməkdaşlığı möhkəmləndirir

Milli Məclisin sədri: Qadınların gücləndirilməsi regional əməkdaşlığı möhkəmləndirir

Aprelin 21-də Özbəkistan Ali Məclisi Senatının təşkilatçılığı ilə "Mərkəzi Asiya Qadınları: Prioritet vəzifələr və birgə fəaliyyət" mövzusunda Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu konfransın Mərkəzi Asiyada qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu platforması nisbətən qısa müddət ərzində regional qarşılıqlı fəaliyyətin tələb olunan və səmərəli formatı kimi özünü təsdiq edib. Bu dialoq etimadın möhkəmlənməsinə, dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına, habelə qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda rolunun genişləndirilməsi ilə bağlı aktual məsələlərin həllində əlaqələndirilmiş yanaşmaların formalaşmasına töhfə verir. Qeyd olunub ki, bugünkü görüş bu mühüm təşəbbüsün davamlılığını təmin etməklə yanaşı, həm də parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşıda duran vəzifələrin həlli üçün birgə yanaşmaların hazırlanmasına sadiqliyi təsdiq edir.

S.Qafarova bildirib ki, bu gün qadın hüquqlarının təmin edilməsi və gender bərabərliyi Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Azərbaycan qadınlarının fəaliyyətin bütün sahələrində aktiv iştirak etdiyi, qanunverici və icra hakimiyyətində, məhkəmə sistemində, diplomatik xidmətdə, elm və təhsil sahələrində yüksək vəzifələr tutduğunu qeyd edən S.Qafarova xüsusilə, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi genişmiqyaslı ictimai və siyasi fəaliyyətin qadınların cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi dəyərli töhfənin təcəssümü olduğunu vurğulayıb.

Milli Məclisin sədri Azərbaycanın qadın hüquqları sahəsində regional əməkdaşlığa da böyük əhəmiyyət verdiyini qeyd edərək, Mərkəzi Asiya qadınlarının dialoqunun parlament diplomatiyasının və qadın liderliyinin necə etimad, təcrübə mübadiləsi və birgə təşəbbüslər məkanı formalaşdıra biləcəyinin nümunəsi olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu proseslərdə fəal iştirak etməyə, öz təcrübəsini bölüşməyə və qadınların siyasətdə, iqtisadiyyatda və cəmiyyətdə rolunun artırılmasına yönəlmiş proqramları dəstəkləməyə hazırdır.

Konfransda, həmçinin Özbəkistan Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə BMT Regional Mərkəzinin rəhbəri Kaha İmnadze, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova, Qırğızıstan Joqorku Keneşinin sədr müavini Jıldız Taalaybek qızı, Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mövsuma Muini, Qazaxıstan Respublikası Parlamenti Senatının Qanunvericilik və məhkəmə-hüquq islahatı komitəsinin sədri Snejanna İmaşeva və digərləri çıxış edərək, qadın liderlərin rolunun gücləndirilməsi istiqamətində milli təcrübələr və ölkələrində bu sahədə görülən işlər haqqında məlumat verib, müzakirə olunan mövzu haqqında fikir və təkliflərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!