Milli Məclisin komitə iclasında Niderlandla ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb
İyunun 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə əlaqədar komitə üzvlərini təbrik edib. Bəyannamənin Azərbaycan və Türkiyə əməkdaşlığında yeni səhifə açdığını, regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verəcəyini, ümumilikdə beynəlxalq mühitə ciddi təsir göstərəcəyini vurğulayıb. Səməd Seyidov regionda sülhün və əmin-amanlığın, iqtisadi yüksəlişin, kommunikasiyaların açılması ilə bağlı yaranan yeni imkanları dəstəkləmək əvəzinə, bölgəni yenidən xaosa, qarşıdurmaya sürükləyən addımlara təşəbbüs edən qüvvələrin də mövcud olduğunu təəssüflə bildirib. Qeyd edib ki, Niderland parlamenti, xüsusən onun Xarici əlaqələr komitəsi tərəfindən 2020-ci ilin yayından etibarən qəbul edilən qətnamələr beynəlxalq hüquqazidd, qərəzli və birtərəfli qaydada Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırmaqla bölgədə yaranan həssas sülhü və təhlükəsizliyi təhdid altına alır. Niderland parlamentinin sərgilədiyi mövqeyə ciddi cavab verilməsinin zəruriliyindən danışan komitə sədri deputatları bu istiqamətdə rəy və təkliflərini bildirməyə dəvət edib.
Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev çıxışında vurğulayıb ki, Milli Məclis tərəfindən məsələ ilə bağlı Niderland parlamentinə çoxsaylı müraciətlər, məktublar, dialoq təklifləri ünvanlanıb, lakin qarşı tərəf heç bir reaksiya verməyib, hər hansı bir fikir mübadiləsindən yayınıb.
Müzakirələrdə söz alan deputatlar Niderland parlamentinin az bir zaman kəsiyində Azərbaycana qarşı birtərəfli mövqe tutaraq çoxsaylı qətnamələr qəbul etməsinin artıq heç bir çərçivəyə sığmadığını, Azərbaycan və Niderland Krallığı arasında mövcud olan münasibətləri ciddi zədələdiyini bildiriblər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, komitə üzvləri Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov, Nigar Arpadarai, Sahib Alıyev, Nəsib Məhəməliyev, Kamran Bayramov, Azər Kərimli, Sevil Mikayılova Niderland parlamentinin Azərbaycana və Türkiyəyə qarşı bu ədavətini qınayıblar və buna qarşı müəyyən tədbirlərin görülməsi ilə bağlı fikirlərini diqqətə çatdırıblar.
Müzakirələrə yekun vuran Səməd Seyidov deputatların səsləndirdikləri fikirləri ümumiləşdirərək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi adından bir sənədin hazırlanmasını, müzakirələrdə səsləndirilən fikirlərin bu sənəddə əks olunaraq çağırış və tövsiyələr şəklində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, dünya dövlətlərinin, türk və İslam dünyasının, Niderland Parlamentinin və hökumətinin diqqətinə çatdırılmasını təklif edib. Təklif qəbul edilib.
Sonra komitə gündəlikdəki “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuşda) nəzərdən keçirib. Komitə üzvləri qanun layihəsini Milli Məclisin plenar iclasında üçüncü oxunuşda baxılmaq üçün tövsiyə ediblər.
Komitənin iclasında deputat Ramin Məmmədov, Xarici İşlər Nazirliyinin Birinci Avropa idarəsinin rəis müavini Nigar Hüseynova da iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!