Milli Məclis sədrinin müavini: Mədəniyyət paytaxtımız ən böyük mədəniyyət tədbirlərinə ev sahibliyi edir
Şuşa şəhəri həm ölkəmizdə, həm də İslam və Türk dünyasında xüsusi ağırlığı olan tarixi gerçəklikləri və zəngin mədəniyyət elementlərini özündə birləşdirən tarixi şəhərdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
“Uzun illər boyunca Şuşa şəhəri xalqımızın qəlbində daim sızıldayan itki, işğal altında olan ərazilərimizdən biri idi. Hər il mayın 8-də Şuşanın işğal tarixini dərin hüznlə yad edirdik. Nəhayət, tarixi ədalət bərqərar olundu və Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz işğal altında olan digər ərazilərimizlə birlikdə Şuşa şəhərini də düşmən tapdağından azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Əzəli və əbədi torpaqlarımızın işğaldan azad edilməsi ilə hər bir azərbaycanlı fəxr edir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi barədə Azərbaycan Prezidentinin verdiyi xəbər şanlı Zəfər tariximizin ən parlaq səhifəsi oldu”, - deyə Milli Məclis sədrinin müavini bildirib.
A.Əliyev deyib: “Şuşanın işğaldan azad edilməsini özünə mənəvi borc bilən Prezident İlham Əliyev bu qədim Azərbaycan şəhərinin işğaldan azad olunmasının Vətən müharibəsində xüsusi rolu olduğunu hər zaman qeyd edir. Sözsüz ki, Şuşa qalasının düşmən işğalından azad edilməsi xüsusi düşünülmüş taktika, relyefə uyğun qurulmuş və yüksək səviyyədə hazırlanmış döyüş planı, ən əsası isə qəhrəman oğullarımızın canı-qanı bahasına göstərdikləri böyük şücaət sayəsində mümkün olub.
Vətən müharibəsində qazanılan Zəfərdən qısa müddət sonra ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez işğaldan azad edilmiş ərazilərimizə səfərlər edirlər. Orada aparılan abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni təməlatmalarda iştirak edir, tikintilərin icrasına dair tövsiyələr verirlər. Ölkə başçısı həmin səfərlərdən birində növbəti tarixi hadisənin anonsunu verdi, Şuşaya öz tarixi kimliyini qaytararaq bu gözəl şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və qısa müddət ərzində Şuşada “Xarıbülbül” musiqi festivalının keçiriləcəyini bildirdi.
Ölkə başçısının tapşırığı Heydər Əliyev Fondu tərəfindən qısa müddətdə, həm də böyük uğurla icra edildi və mayın 12-13-də, düz 32 ildən sonra mədəniyyət paytaxtımız olan Şuşada “Xarıbülbül” musiqi festivalı çox yüksək səviyyədə baş tutdu. Bu musiqi festivalının təşkili, yüksək səviyyədə keçirilməsi, habelə festivalın Vətən uğrunda həlak olan şəhidlərimizə həsr olunması hamımızın qəlbində böyük iftixar doğurdu. İnamla deyə bilərik ki, Zəfərimizin qəhrəmanlarına həsr olunan festival Vətən müharibəsində qazandığımız Qələbənin bütün sahələrdə uğurla davam edəcəyinin əyani təcəssümü oldu”.
A.Əliyev qeyd edib ki, Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının bizim üçün bir neçə cəhətdən xüsusi önəmi var. Biz bütün dünyaya Azərbaycanın gücünü göstərdik və bildirdik ki, əgər bir sıra ölkələr erməni faşizminə göz yumur və susursa; Ermənistanın atdığı addımlarda beynəlxalq hüququn normaları pozulsa da, bunun qarşısı alınmırsa, biz öz gücümüzlə tarixi ədaləti bərpa etmək iqtidarındayıq və bərpa etdik.
Keçirilən musiqi festivalı qazanılmış Zəfərin bölgə üçün əhəmiyyətini bir daha göstərdi, eyni zamanda, işğalçıdan fərqli olaraq Azərbaycanın mədəniyyətə, tarixə, dinə və digər dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi. Biz barbarların 30 il boyunca hər addımda məhv etdikləri tariximizi bərpa etdik”.
“Tədbirdə ölkəmizdəki bütün etnik və dini icmaların nümayəndələrinin birgə iştirakı isə bizim vahid amal uğrunda birləşdiyimizi dünyaya nümayiş etdirdi. Bu festival böyük mədəniyyət hadisəsi olmaqla yanaşı, ölkəmizin Azərbaycanda yaşayan bütün xalqların doğma ocağı, öz evi olduğunu göstərdi. Dünya ictimaiyyətinə göstərdi ki, dinlərimiz müxtəlif olsa da, vahid Vətənimizi qorumağa hər an hazırıq. Vətən müharibəsi günlərində dünya bu birliyimizi görmüşdü, indi bir daha əmin oldu. Qazanılmış Zəfərdə Azərbaycanda yaşayan bütün icmaların payı var. Ermənistandan və onun himayədarlarından fərqli olaraq ölkəmizdə ksenofobiya yoxdur. Azərbaycan multikulturalizmi, tolerantlığı həyat tərzi olaraq seçmiş bir ölkədir və “Xarıbülbül” festivalı multikulturalizmin simvoluna çevrildi”, - deyə A.Əliyev bildirib.
Milli Məclis sədrinin müavini onu da qeyd edib ki, Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması, “Xan qızı Natəvan” bulağından suyun gəlməsi Şuşa şəhərinin tarixi kimliyinin bərpası idi.
Hər il keçirilməsi nəzərdə tutulan “Xarıbülbül” festivalı ilə yanaşı, gələn il Şuşa şəhərinin 270 illik yubileyinin qeyd olunacağı da onu deməyə əsas verir ki, Qarabağımıza uzun müddətdən bəri həsrətində olduğumuz nəfəs gəlir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!