Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə verilib Prezident İlham Əliyev tədbirdə iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışında iştirak edib.
Dövlətimizin başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsdi.
Baş nazirin müavini Abid Şərifov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov görülən işlərlə bağlı Prezident İlham Əliyevə ətraflı məlumat verdilər. Qeyd edildi ki, “Nizami-Memar Əcəmi” buraxılış kompleksinə daxil olan “Elmlər Akademiyası” stansiyası bir çıxışla 1985-ci ildə istismara verilib. “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisinə qərar verilib və artıq inşaat işləri başa çatıb. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı layihəyə əsasən, dörd çıxışlı yeraltı vestibüldən, 70,4 metr uzunluğunda maili tuneldən, 37 metr piyada və 26 metr uzunluqlarında keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Kompleksin ümumi sahəsi 4,3 min kvadratmetrdir. Stansiyanın ikinci çıxışında 7 müasir eskalator, piyada tunelində təhlükəsizlik kameraları quraşdırılıb. Kassa otaqlarında və digər yardımçı sahələrdə də işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı “Elmlər Akademiyası” stansiyasının planına və görülən işləri əks etdirən fotostendə baxdı.
“Elmlər Akademiyası”nın ikinci giriş-çıxışının istismara verilməsi Bakı Metropoliteni üçün əhəmiyyətli hadisələrdəndir. İkinci çıxışın tikintisində əsas məqsəd sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsidir. Metronun dərin özüllü yeddi stansiyasından biri olan “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışla təmin edilməsi Dövlət Proqramında da xüsusi bəndlə qeyd olunub. Stansiyanın dörd çıxışından ikisi AMEA-nın İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşir, digəri isə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətindədir.
Sonuncu çıxış Bakı Dövlət Universitetinə istiqamətlənib.
Xatırladaq ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi 48 ildə böyük inkişaf yolu keçərək 23 stansiya və 34,6 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilib. Metropolitenin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu Öndərin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrədək Bakı Metropolitenində cəmi 6 stansiya vardısa, 1969-cu ildən sonra stansiyaların sayı 14-ə çatdırıldı, 21 kilometr metro xətti inşa edilərək istismara verildi. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə metro tikintisinə ayrılan vəsaitlər hesabına “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı istismara verilib. “İçərişəhər” və “Koroğlu” stansiyaları yenidən qurulub. Hazırda metronun yeni stansiyalarının tikintisi davam etdirilir. Bundan başqa, metropolitenin qatar parkı da yenilənir. Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də Diaqnostika Kompleksinin yaradılmasıdır.
Onu da deyək ki, “Elmlər Akademiyası” stansiyasının yeni giriş-çıxışlarının üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılıb, ərazidə yerüstü abadlaşdırma işləri həyata keçirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!