Mərkəzi Klinikanın Gəncə xəstəxanasında ürək cərrahiyyəsi şöbəsi açılmış və açıq ürək əməliyyatları aparılmışdır
Bu gün Azərbaycan səhiyyəsində atılan hər bir uğurlu addım insanların sağlamlığına xidmət edir. Dövlət başçısının diqqət və qayğısı sayəsində bölgələrdə yaradılan yeni tibb ocaqları ən müasir avadanlıqlarla, eləcə də ixtisaslı mütəxəssislərlə təmin edilir ki, bu da hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması istiqamətində aparılan dövlət siyasətinin tərkib hissəsidir.
Belə səhiyyə ocaqlarından biri də 5 il əvvəl fəaliyyətə başlamış Gəncə Diaqnostika Mərkəzidir. Mərkəzi Klinikanın Gəncə xəstəxanasına çevrilən bu səhiyyə ocağında aparılan yenidənqurma işlərindən sonra burada urologiya, ümumi cərrahiyyə, travmatologiya, neocərrahiyyə, radialogiya, müasir ümumi reanimasiya, kardio-cərrahiyyə, invazit kardiologiya, təcili yardım şöbələri, eləcə də müasir laboratoriya fəaliyyət göstərir. Bu günlərdə isə respublikamızın qərb regionu üçün əlamətdar olan daha iki şöbə, ürək-damar cərrahiyyəsi və invazit şöbələri fəaliyyətə başlamışdır. Ürək cərrahiyyəsinin bütün sahələrindən, istər karonar cərrahiyyəsi, istər qapaq cərrahiyyəsi, istər böyük aorta damarlarında, eləcə də digər periferik damarlarda əməliyyatların icrası demək olar bölgə üçün əlamətdar hadisədir. Kardialogiya şöbəsinə müraciət edən xəstələrə angioqrafiya tətbiq edildikdən sonra xəstənin əməliyyat, yaxud invazit müdaxilələr edilməsi müəyyənləşdirilir. 150 nəfərlik tibb heyətinə həm Bakıdan ezam olunan, həm də xarici ölkələrdə təcrübə keçmiş həkimlər daxildir.
Region üçün belə bir xəstəxananın, eləcə də şöbələrin fəaliyyət göstərməsi söz yox ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionlarda əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün verdiyi tapşırıqların nəticəsidir. Yeni şöbələrin açılışı bölgədə yaşayan insanların vaxt itirərək paytaxt Bakıya getmələrinin qarşısını almaqla yanaşı, eyni zamanda, onların əlavə vəsait xərcləmələrinə də son qoymuşdur.
Mərkəzi Klinikanın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin AzərTAc-a müsahibəsində ölkəmizdə ürək-damar xəstəlikləri cərrahiyyəsi ilə bağlı dediyi fikirlər bizdə böyük nikbinlik yaratdı. Tanınmış cərrah qeyd etdi ki, dövlət başçısının diqqət və qayğısı sayəsində yaradılan şərait heç də xarici xəstəxanalardan geri qalmır. Mərkəzi Klinikanın uğurları artıq bölgələrə də ayaq açır. Bu gün Gəncədə belə bir şöbənin açılması bu sahədə həyata keçirilən islahatların bəhrəsidir. Qarşıya qoyulan əsas məqsəd 7 gün, 24 saat fasiləsiz olaraq ürək cərrahiyyəsi və invazit kardiologiya xidməti göstərməkdir. Ona görə də əsaslı təmirdən sonra 100 çarpayılıq bu müalicə ocağının çoxprofilli xəstəxana kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Tibbi heyətə gəldikdə isə, həkim və orta tibb işçiləri Bakıda və xarici ölkələrdə təhsil almış peşəkar kadrlardır. İndi əminliklə demək olar ki, Bakıda, Mərkəzi Klinikada icra olunan bütün tibbi prosedurlar - diaqnostik və müalicə işləri Gəncə xəstəxanasında da uğurla icra olunur. Artıq iki gündür ki, burada açıq ürək əməliyyatlarına başlanılmışdır və bütün əməliyyatlar uğurlu keçmişdir. Üç gün ərzində müraciət edən 100-dən artıq xəstədən 14-də uğurlu əməliyyat aparılmışdır. Bu gün də bu əməliyyatlar davam etdirilir və söz yox ki, bu bir başlanğıcdır. Gələcəkdə bu növ əməliyyatların sayı da artırılacaqdır. Mərkəzi Klinikada aparılan əməliyyatların Gəncə xəstəxanasında da icra edilməsi o deməkdir ki, artıq Gəncədə dünya standartlarına uyğun, təbabətin tələblərinə cavab verən mərkəz yaradılmışdır.
Söhbət zamanı region üçün çox böyük əhəmiyyət daşıyan bu xəstəxanada ürək-cərrahiyyə və invazit kardiologiya şöbələrinin açılmasında böyük əməyi olan Prezidentin Xüsusi Tibbi Xidmətinin rəisi, akademik Cəmil Əliyevə minnətdarlıq edən Kamran Musayev vaxt məhdudluğu olduğunu bildirərək, növbəti ürək əməliyyatına başladı. Vaxtdan istifadə edib əməliyyat olunacaq bir neçə xəstə ilə söhbət etdik. Hamısı nikbin idi. Tovuz rayonundan Vüsal Qurbanov, Ağcabədi rayonundan Gəray Həsənov və başqaları uzun illər ürək ağrılarından əziyyət çəkdiklərini, lakin Bakıya getmək imkanlarının olmadığını bildirərək belə bir şöbənin açılmasında əməyi olanlara minnətdarlıqlarını bildirdilər.
Gəncə xəstəxanasının baş həkimi Musa Abbasov dedi ki, bu, hələ başlanğıcdır. Sağlıq olsun, Mərkəzi Klinikanın Gəncə xəstəxanasının kollektivi etimadı layiqincə doğruldacaqdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!