04 İyun 2022 00:24
1175
İQTİSADİYYAT
A- A+
Masallının çiyələk sahələrində məhsul boldur

Masallının çiyələk sahələrində məhsul boldur

 

Masallıda açıq sahələrdə yetişdirilən çiyələyin dəriminə başlanılıb. İki ildir əkilən yeni sortlar xarici bazarlara da çıxarılır.

AZƏRTAC xəbər verir ki, Masallının Şərəfə kənd sakini, fermer Rafət Abbasov uzun illərdir 20 hektar sahədə taxıl, pomidor, çiyələk, sarımsaq və digər kənd təsərrüfatı bitkiləri əkir. Bu il 3 hektar sahədə dadlı, ətirli "Samra" adlanan çiyələk sortu yetişdirib. Bir neçə gündür sahələrdə məhsul yığılır. Fermer deyir ki, "Samra" sortu yaxşı məhsuldardır: "Baxmayaraq ki, mart ayında yağmurlu keçən havalarda selbasmalar oldu, müəyyən qədər sahələrimizə ziyan dəydi. Amma sahəni dirçəldə bildik, lazımi aqrotexniki qulluq elədik. Gördüyünüz kimi, məhsuldarlıq da yaxşıdır".

İki ildir əkilən yeni sortlar artıq xarici bazara çıxış imkanları da yaradıb. Bu mövsüm Rusiya və digər MDB ölkələrinə hələlik parniklərdə yetişdirilən çiyələk göndərilir.

Çiyələk əkini ilə məşğul olan Rafiq Abbasov da eyni sort çiyələk əkib. "Çiyələkdə belə bir xüsusiyyət var. Buna yağış, su, şeh dəydikdə xarici bazara çıxarmaq risklidir. Daxili bazarda isə Bakı ilə yanaşı, bütün bölgələrə göndərilir. Bu gün Bərdəyə, Xaçmaza çiyələk göndərmişəm. Havalar isindikcə çiyələk də böyüyür, dadı, iyi daha yaxşı olur. Xarici bazarlara da məhsul çıxarırıq", - deyə fermer bildirir.

Onun sözlərinə görə, torpağı sevə-sevə əksən, bir ailənin 1 illik dolanışığını torpaqdan çıxarmaq olar. Rafiq Abbasov deyir ki, fermerlərə dövlət tərəfindən lazımi kömək göstərilir. İstər subsidiya, istər becərmə işlərində dəstək verilir.

Elə bu qayğı və dəstək gənc fermer Əmrah Abbasovu da torpağa bağlayıb. O da bir neçə ildir çiyələk yetişdirir: "İlk vaxtlarda əmimlə birgə əkib-becərirdim. Sonra gəlirli sahə olduğu üçün bu işlə özüm tək məşğul olmağa başladım. Keçən il təxminən 1 hektar sahədə əkmişdim. Bu il 2 hektara çatdırmışam. Gəlirli sahədir. Əkin yerini gələn il də artıracağam. Hektara 40-50 ton yaxşı məhsul verir".

Ötən il Masallıda hektara 23 ton olmaqla, 5 min tona yaxın çiyələk tədarük edilib. Builki çiyələk yığımı isə hava şəraitindən asılı olaraq noyabr ayınadək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

“Apple”ın növbəti hədəfi  

20:06
01 İyun

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

19:59
01 İyun

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!