19 Aprel 2024 14:49
175
DÜNYA
A- A+

Maduro: ABŞ-nin sanksiyalarına baxmayaraq neft sənayemiz inkişaf edəcək


ABŞ-nin Venesuelanın neft-qaz sektoruna qarşı sanksiyaları bərpa etməsinə baxmayaraq, bu sahə inkişaf edəcək. "Report"un məlumatına görə, bunu Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Television" telekanalının yayımladığı dövlət neft-qaz şirkəti “Petr leos de Venezuela S.A”nın (PDVSA) işçiləri ilə görüşündə deyib.
"Nə blokada, sanksiyalar, nə də lisenziyalar Venesuelanın neft, qaz və neft-kimya sənayesinin istehsalını dayandıra bilər", - Maduro bildirib. O hesab edir ki, Venesuela 7 il ərzində inkişaf edəcək və qlobal enerji bazarında əsas istehsalçılardan birinə çevriləcək. Maduro ABŞ-nin Venesuela neftinə qarşı sanksiyaları yüngülləşdirən 44 saylı Ümumi Lisenziyanı yeniləməmək qərarına toxunaraq bildirib ki, “PDVSA-nın inkişafı, böyüməsi üçün lisenziyalara ehtiyacı yoxdur və heç kim əsas enerji sənayemizin böyüməsini dayandırmayacaq”.
Prezident deyib ki, Birləşmiş Ştatlar düz bir il əvvəl Venesuela Bolivar Respublikası hökuməti ilə birbaşa, qeyri-rəsmi, gizli danışıqlara başlamaqda israr edib. O qeyd edib ki, Qətər, İtaliya və Meksikada keçirilən danışıqların yeddi raundu zamanı diplomatik münasibətlərin bərpası, miqrasiya məsələləri və sanksiyaların aradan qaldırılması məsələləri müzakirə olunub.
"Bütün görüşlərdə yeganə tələb irəli sürdük - heç bir şərt olmadan, Venesuela cəmiyyətinə qarşı bütün birtərəfli cinayət tədbirlərini, bütün sanksiyaları və blokadaları ləğv etmək", - Maduro bildirib. O, Venesuelanın ABŞ ilə bağladığı müqavilələrin bütün müddəalarını yerinə yetirdiyini vurğulayıb. Maduronun sözlərinə görə, Vaşinqton “heç bir razılaşmanı, xüsusən də Venesuela cəmiyyətinə və iqtisadiyyatına qarşı bütün cinayət sanksiyalarının ləğvi ilə bağlı razılaşmanı yerinə yetirməyib.
O vurğulayıb ki, “heç kim Venesuelanın iqtisadi artımını, xalqın rifahının bərpasını və ölkənin inkişafını təkbaşına dayandıra bilməz”. Maduro aprel ayında yeni xarici investorlarla 20 strateji müttəfiqlik müqaviləsinin imzalanma mərhələsində olduğunu söyləyib. 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video