Koronavirus çətin ki, daha geniş yayıla
Bu, insanların vaksinasiya prosesində fəallığından, məsuliyyət daşıdıqlarını unutmamalarından da asılıdır
Yeni növ koronavirus infeksiyasının pandemiyaya çevrilərək dünyada “at oynatması”nın deyəsən ömrünə az qalıb. Son günlərin bu sahədəki statistik göstəriciləri də belə deməyə əsas verir. Doğrudur, dünyanın inkişaf etmiş bəzi ölkələrində hələ pandemiyanı “cilovlamaq” mümkün olmayıb. Lakin onun öldürücülük xarakteri qismən də olsa azalıb. İnfeksionistlər, virusoloqlar da bunun peyvəndlə əlaqədar olduğunu bildirirlər.
Koronavirus əleyhinə peyvəndlərin hazırlanması sahəsində ilklərdən biri bu patogenin zamanla mütləq şəkildə zəifləyəcəyini iddia edir.
Oksford Universiteti və “AstraZeneca” şirkətində peyvəndi yaradan alim hesab edir ki, koronavirus çətin ki, daha ölümcül bir varianta çevrilsin. Zaman keçdikcə bu patogen soyuqdəyməyə bənzər nəyəsə səbəb olacaq. Professor Sara Gilbert ehtimal edir ki, immunitetin təsirindən qaçmaq üçün virusun gedə biləcəyi yerlər o qədər də çox deyil. Lakin o, yenə də yoluxucu olaraq qalacaq: “...Əhali arasında yayıldıqca viruslar zaman keçdikcə daha az virulent olur. COVID-19-un bir şəkildə daha aqressiv olacağını düşünmək üçün heç bir səbəb yoxdur. Koronavirusa səbəb olan SARS-CoV-2 patogeni zamanla geniş yayılan və soyuqdəyməyə səbəb olan digər koronaviruslara çevriləcək. Hazırda planetdə 4 koronavirus aktiv şəkildə yayılır, lakin biz onlar haqqında heç düşünmürük də. SARS-CoV-2 onlardan biri olacaq”.
Daha əvvəl isə ingilis professoru Kris Uitti peyvənd edilməmiş bütün uşaqların istisnasız olaraq gələcəkdə bir anda mütləq koronavirusa yoluxacağını və təxminən yarısının artıq bu xəstəliyi keçirdiyini bildirib.
Pandemiya başlayanda vaksinin ərsəyə gəlməsini böyük səbirsizliklə gözləyirdik. Hazırda müxtəlif peyvəndlər mövcuddur. Həkimlər birmənalı şəkildə deyir ki, peyvənd olunmaq virusdan qurtulmaq üçün yeganə çıxış yoludur. Ölkəmizdə vaksinasiya prosesinin bir neçə aydır həyata keçirilməsinə baxmayaraq, təəssüf ki, hələ də bəzi vətəndaşlar arasında çaşqınlıq və peyvəndlənməyə həvəssizlik müşahidə olunur.
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev deyir ki, bundan əvvəlki dövrlərdə koronavirusa yoluxma sayları artanda statistik olaraq gündəlik rəqəmlərin 4-5 min olacağını gözləyirdik. Lakin hazırda yoluxma sayının 4-5 min arasında olacağı haqqında fikir yürütmək çətindir. Səbəbi odur ki, viruslar mutasiyaya daha meyillidirlər. Mutasiya zamanı sürətlə bölünüb çoxalma, yayılma, faizinin artması kimi xüsusiyyətlər üzə çıxır. Hər mutant növün spesifik xüsusiyyəti olur. “Delta” növünün bir xüsusiyyəti sürətli yayılma qabiliyyətidir. Digər tərəfdən həmin növün klinik gedişatının vətəndaşlar arasında yanlış anlaşılmasıdır: “Belə ki, “Delta” ştamının klinik gedişatı tipik COVID-19 kimi deyil, yəni halsızlıq, əzələ ağrısı, subfebril temperatur -37,1°, -37,2° hərarət yox, əsasən burun, göz axıntıları, göz qızartısı, boğaz ağrısı ilə müşahidə edilir. Həmin əlaməti olanlar onu soyuqdəymə ilə qarışdırır və koronavirusa yoluxduqlarını düşünmürlər. Nəticədə digər insanlarla kontaktı davam etdirir və onları da yoluxdururlar. Birinin 10 nəfəri yoluxdurma tsiklini götürsək, məsələ bir qədər də aydınlaşar. Payız fəsli yuxarı tənəffüs infeksiyalarının aktivləşdiyi bir dönəmdir. Həmin aylarda koronavirusa yoluxma sayında artım da ola bilir, azalma da. Çünki yuxarıda söylənilənlər kimi, insanlar adi qriplə koronavirus xəstəliyini səhv sala bilir”.
Həkimin sözlərinə görə, SARS-CoV-2-yə, yəni yeni növ koronavirusa uşaqların yoluxmadığı deyil, onların xəstəliyi rahat və heç bir klinik şikayət olmadan, 1-2 günlük simptomatik əlamətlərlə keçirdiyi və hospitalizasiyaya ehtiyacının yaranmadığı müşahidə edilir. “Delta” ştamının təhlükəli cəhətlərindən biri uşaqlar arasında sürətlə yayılma, ağciyər, kardiovaskulyar, doğuşdan hər hansı bir patologiyası olanlarda daha ağır gedişata malik olmasıdır. Uşaqlarda immun sistem daim aktiv olduğu üçün böyüklərə nisbətən onun öhdəsindən tez gələ bilərlər. Lakin bu dönəmdə uşaqların pediatr-infeksionist nəzarəti altında olmaları tövsiyə edilir.
Dövlət tərəfindən əhalinin vaksinasiya olunması, sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb, bu gün də pandemiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlər həyata keçirir. Ölkəmizdə vətəndaşların COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasında mühüm işlər görülüb. Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib və bu ilin yanvarından vətəndaşların peyvənd olunmasına başlanılıb. Əhali də bütün görülən işlərə biganə qalmamalı, birgə vətəndaş mövqeyi nümayiş etdirməli, hər zaman olduğu kimi, yenə də dövlətimizin yanında olmalıdır. Çünki biz vətəndaşını düşünən, milli təhlükəsizliyinə önəm verən bir dövlətdə yaşayırıq.
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!