Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir
Türkiyə ilə aqrar sahədə əməkdaşlıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər baxımından da çox əhəmiyyətlidir.
Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinin sualına cavabında Türkiyədə səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Nazirin sözlərinə görə, aprelin 18-də Ankara şəhərində imzalanan kənd təsərrüfatı sahəsinə dair sənəd Qarabağ və Şərqi Zəngəzur üçün xüsusi önəm kəsb edir.
“İmzalanan sənəd Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə elmi təcrübə mübadiləsini nəzərdə tutur. Bununla yanaşı, erməni işğalının nəticələrini hər birimiz yaxşı bilirik. Bu baxımdan Türkiyə ilə imzalanan sənəd Qarabağ və Şərqi Zəngəzur üçün xüsusilə lazımlı sənəddir”, - deyə nazir vurğulayıb.
Kənd təsərrüfatı sahəsində elmi tədqiqatların əhəmiyyətinə də diqqət çəkən Məcnun Məmmədov bildirib ki, təcrübə mübadiləsi hər iki qardaş ölkənin aqrar sahəsinin inkişafına xidmət edir.
İqlim dəyişikliyinin aqrar sahəyə təsiri ilə bağlı sualı da cavablandıran kənd təsərrüfatı naziri deyib: “Müasir dövrdə araşdırma mərkəzləri olmadan kənd təsərrüfatında məhsuldarlıqdan bəhs etmək mümkün deyil. Əfsuslar olsun ki, iqlim dəyişikliyinin bütün miqyasını, nəticələrini bu gün müəyyən edə bilmirik. Aqrar sektorun elmə əsaslanaraq inkişafı ölkələrimiz üçün vacib amildir”.
Qeyd edək ki, bu gün Ankarada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi və İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...
02 May
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...
02 May
"Media haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
02 May
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsin...
02 May
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanun...
02 May
"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsi...
02 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
02 May
Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May
Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
01 May
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!