Keçmiş hərbi xuntanın revanş cəhdi Paşinyanı qorxuya salıb
Ermənistanda ictimai-siyasi müstəvidə son vəziyyətin təhlili Sarkisyan-Koçaryan koalisiyası ilə Nikol Paşinyan iqtidarı arasında daha böyük qarşıdurmanın olacağını göstərir.
Müharibədki məğlubiyyətdən sonra Ermənistanda keçmiş hakimiyyətin nümayəndələri indiki baş nazirə qarşı şiddətli hücuma başlayıblar. Onlar Paşinyanı hakimiyyətdə olduğu son iki il yarım müddət ərzində Qarabağa dair "nəsə gizli plan qurmaqda” günahlandırır və yekunda təslimolma aktını imzaladığına görə ona satqın, xain damğası vururlar. Bununla da sabiqlər, əslində, uzaqgedən məqsədlər güdərək yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürlər.
Yerevana qarşı müqavimət və itaətsizlik planı
Əvvəlki illərin təcrübəsini nəzərə alaraq keçmiş hərbi xunta Qarabağ ermənilərinin dəstəyinin onlar üçün həyati əhəmiyyət kəsb etdiyini yaxşı başa düşür. Bu mənada onların hərbi cinayətkarlar olan keçmiş hərbçilərlə əlaqələri genişləndirməsi, intensivləşdirməsi heç də təsadüfi xarakter daşımır.
Əsas niyyət Yerevanda iqtidara qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, güc yolu ilə hakimiyyəti qəsb etməkdir. Paşinyanın isə bunlara sərt formada müqavimət göstərməsi reallıqdır və bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi deməkdir.
Ermənistanın baş naziri sosial şəbəkə hesabında yazıb ki, hələ 2011-ci ildə Kazanda hazırlanan razılaşmaya görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu keçid (son olmayan) status və gələcəkdə referendum qarşılığında verməyə hazır idi. Şuşa məsələsi isə 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərində müəyyənləşdirilmişdi. Bu sənədə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 1988-ci ildəki nisbətdə olmalı idi: "Bütün bunlarla 2018-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra tanış oldum. Nə edə bilərdim? Xalqa müraciət edib, "Dostlar, vəziyyət belədir, ya Qarabağın statusu olmadan yeddi rayondan imtina edirik, ya da müharibə olacaq” deyə bilərdim. Onda insanlar nə deyəcəkdilər? Onlar vətənlərini müdafiə edəcəkdilər. Müharibə başlayacaqdı və elə alınacaqdı ki, müharibəni Ermənistan başladıb. "Əraziləri qaytarırıq” desəydim, bu dəfə insanlar "Nikol xaindir” deyəcəkdi və yenə müharibə başlayacaqdı”.
Baş nazirin sözlərinə görə, məsələni danışıqlar yolu ilə iyuldakı gərginlik və sentyabrdakı müharibə aralığında həll etməyə çalışsaydı ondan qoşunların geri çəkilməsi üçün xüsusi qrafik tələb olunacaqdı. Buna razı olduğu təqdirdə isə yenə xain adlandırılacaq və yenə müharibə başlayacaqdı.
Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib. O, N.Paşinyanı "həyasızcasına yalan danışmaqda” ittiham edib. Bildirib ki, hələ 12 oktyabrda Paşinyana təklif edib ki, Rusiya prezidenti Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin: "Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq o bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”.
Onun sözlərinə görə, 19-20 oktyabr danışıqlarında da Paşinyan Rusiya liderinin təklifindən imtina etdi və bu, Putin üçün anlaşılmaz idi: "Amma bu gün o, həyasızcasına yalandan deyir ki, Putin onun cavabını "məntiqli” adlandırıb”. E.Şarmazanov 19 oktyabr görüşündə Hadrut və Şuşa haqda heç bir müzakirə getmədiyini də xatırladıb.
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
N.Paşinyanın anti-Rusiya mövqeli olması məlumdur. Məsələ ondadır ki, bu şəxsin bütün fəaliyyəti müddətində antirus mövqeyi əsas xətt olub. Dəfələrlə ölkənin Rusiyadan həddən ziyadə asılılığını qabardıb. Pik nöqtə isə onun rəhbərlik etdiyi blokun Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Gömrük İttifaqından çıxması barədə hazırladığı qanun layihəsi olmuşdu. Elə bunu nəzərə alan qüvvələr də onu hakimiyyətə gətirmişdilər. İndi isə müharibədəki məğlubiyyəti fonunda rusiyameyilli qüvvələr onu hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vasitələrə əl atırlar.
Ermənistan prezidenti Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşdə bildirib ki,belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb olan hökumət getməlidir. O, bu dövrdə konstitusiyanı dəyişdirərək referendum keçirmək lazım olduğunu da əlavə edib. Sarkisyan hesab edir ki, parlament, hökumət və prezident institutu arasında tarazlıq olmalıdır: "İnanıram ki, parlament ölkəsi olaraq qalsaq da, prezident xalq tərəfindən seçilməlidir. Ölkəmizdə bütün postlar parlament tərəfindən təyin olunur, amma tarazlıq haradadır?”
Ermənistan prezidenti hesab edir ki, ölkədə böhranın olub-olmadığı meydandakı etirazçıların sayı ilə qiymətləndirilə bilməz: "Meydanda, ümumiyyətlə, kimsə olmasaydı, bu, heç bir böhranın olmadığı demək olardı? Ətrafa baxın, hamımız böhran vəziyyətindəyik. Bu, bir ölkənin və ya bir dövlətin deyil, bir millətin - insan hüquqları, psixoloji, maliyyə, iqtisadi, humanitar böhranıdır. Bütün ermənilər Qarabağa qayıdacaq? Bəziləri Ermənistanda qalacaq, kim onların qayğısına qalacaq?”
Göründüyü kimi, mövcud durumdan istifadə edən Sarkisyan-Koçaryan tərəfdarlarının revanş istəyi vəziyyəti daha da gərginləşdirməkdədir. Ermənistanın daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan insanların sayı getdikcə artır, bundan istifadə edən müxalifət isə öz proqramını səssizcə və planlı şəkildə təkmilləşdirir.
Baş nazirə "sürprizlər” hazırlanır
"4rd.am” saytı yazır ki, N.Paşinyan hakimiyyəti günbəgün öz mövqelərini və sosial dayaqlarını itirir. Bildirilir ki, müxalifət hakimiyyətin mövqelərini düşünüldüyündən daha sürətlə sıradan çıxaracaq. Məlumata görə, əvvəlki rəhbərliyin nümayəndələri - söhbət təkcə Respublikaçılardan deyil, həm də Koçaryan qanadından gedir - Paşinyana ciddi "sürprizlər” etməyi planlaşdırırlar. Nəşr yazır ki, bu sürprizin hansı format və növdə olacağını öyrənə bilməyiblər, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir. Belə vəziyyətdə hər şey Paşinyandan asılıdır: əgər o, ciddi islahatlar apara və məyusluq çarxını dayandıra bilsə, müxalifət istəyinə çatmayacaq. Əks təqdirdə, biz Ermənistanda növbəti sarsıntılar və siyasi özbaşınalığın şahidi olacağıq.
Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir. Hələ ki, bu ölkə sonu görünməyən siyasi böhrana qədəm qoyur.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qərb Gürcüstanı Ukraynaya çevirmək niyyətindədir
05 May
Qlobal əməkdaşlığın Bakı platforması
05 May
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!