İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün bu təşkilata mayın 18-də birlikdə müraciət edəcəklər.
AZƏRTAC Avropa KİV-nə istinadla xəbər verir ki, bunu İsveçin Baş naziri Maqdalena Andersson Finlandiya Prezidenti Sauli Niiniestö ilə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzvlük prosesini əl-ələ verərək keçmək qərarına gəliblər.
Bu gün səhər Finlandiya parlamenti ölkənin NATO-ya daxil olması barədə müraciət edilməsini dəstəkləyib. Həmçinin İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Şimali Atlantika Alyansına qoşulması haqqında müraciəti imzalayıb.
NATO-ya yeni üzv qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, onun razılığından sonra üzvlük barədə müqavilə milli səviyyədə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunmalıdır.
Lakin indiki halda Türkiyə İsveç və Finlandiyanın təşkilata daxil olmasının əleyhinədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkələr terrorçuları ekstradisiya etməkdən boyun qaçırıb və Ankaraya qarşı sanksiyalar tətbiq edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yanındayıq, Türkiyə!
25 Iyun
"Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haq...
25 Iyun
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haq...
25 Iyun
Eyni kökə və tarixə söykənən dostluq
25 Iyun
"Bir amalın iki qolu… Azərbaycan-Türkiyə"
25 Iyun
Azərbaycan-Türkiyə qardaşlığı bəşəri sərvət olan "Yaşıl Vətən"in keşiyində!!!
25 Iyun
"Azərbaycan" qəzetinin əməkdaşına Prezident mükafatı təqdim edildi
25 Iyun
Qlobal bəla ilə qətiyyətli mübarizə
25 Iyun
Gəncənin su və yol problemləri paralel həll olunur
25 Iyun
ADAU-da bağçılıqla bağlı konfrans keçirilmişdir
25 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Zəfərin təməli

Azərbaycan bölgədə təhlükəsizlik sisteminin ən mühüm tənzimləyici amilidir

İlham Əliyevin sərkərdəliyi ilə zəfər qazandıq, indi isə himayəsiylə rahat həyat yaşayırıq...

Qətiyyətli siyasətin təcəssümü

Mütərəqqi islahatlar uğurlu nəticələr verir

“Cənub qaz dəhlizi"nin genişləndirilməsi əhatəli dialoq tələb edir

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!