23 May 2025 01:04
1809
Qanunlar
A- A+
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 132, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 9; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 13-cü maddənin 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"5. İstehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.";

1.2. 18.0.5-ci maddəyə "yayıcısı" sözündən sonra ", rəqəmsal platforma təsirçisi" sözləri əlavə edilsin.

Maddə 2. "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 488) 15-1.2.1-ci maddəsinə "səhifəsində" sözündən sonra "və rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda" sözləri əlavə edilsin.

Maddə 3. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70 (Cild I); 2024, № 6 (I kitab), maddə 642, № 7, maddə 775) 16-1.4-cü maddəsinə "istehsalçısına" sözündən sonra ", rəqəmsal platforma təsirçisinə" sözləri əlavə edilsin.

Maddə 4. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I); 2024, № 4, maddə 365, № 5(I kitab), maddə 489, № 6 (I kitab), maddələr 630, 631, 642, № 7, maddə 775) aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilsin:

"1.4. Bu Qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil edilir.";

4.2. 2-ci maddə üzrə:

4.2.1. 2.0.2-ci maddəyə "agentinin" sözündən sonra ", rəqəmsal platforma təsirçisinin" sözləri əlavə edilsin;

4.2.2. 2.0.4-cü maddəyə "agenti," sözündən sonra "rəqəmsal platforma təsirçisi," sözləri əlavə edilsin;

4.2.3. 2.0.11-ci maddəyə "göndərişləri" sözündən sonra ", mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər" sözləri əlavə edilsin, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.12-ci və2.0.13-cü maddələr əlavə edilsin:

"2.0.12. reklam daşıyıcısı olan rəqəmsal platforma - reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri;

2.0.13. rəqəmsal platforma təsirçisi - maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs.";

4.3. 4-cü maddə üzrə:

4.3.1. 4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"4.3. İstehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.";

4.3.2. 4.7-ci maddənin birinci cümləsində "Dövlət dili haqqında" sözləri "Azərbaycan Respublikasında dövlət dili haqqında" sözləri ilə əvəz edilsin;

4.3.3. aşağıdakı məzmunda 4.10-cu və  4.11-ci maddələr əlavə edilsin:

"4.10. Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir.

4.11. Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.";

4.4. 7.1.10-cu maddəyə "agenti," sözündən sonra "rəqəmsal platforma təsirçisi," sözləri əlavə edilsin;

4.5. 8.1-ci maddədə "yaxud "reklam hüququ əsasında" sözləri ", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" sözləri ilə əvəz edilsin;

4.6. 14.1.3-cü maddədə ", faks," sözü "və" sözü ilə əvəz edilsin;

4.7. 22.1-ci maddənin birinci cümləsində "və ya "reklam hüququ ilə" sözləri ", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" sözləri ilə əvəz edilsin;

4.8. aşağıdakı məzmunda 26-1-ci maddə əlavə edilsin:

"Maddə 26-1. Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam

26-1.1. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi ilə müşayiət olunmalıdır.

26-1.2. Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.

26-1.3. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:

26-1.3.1. hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

26-1.3.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

26-1.3.3. əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).

26-1.4. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:

26-1.4.1. özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;

26-1.4.2. reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.

26-1.5. Bu Qanunun 26-1-1 - 26-1.4-cü maddələrində nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.";

4.9. 27.2.1-ci maddəyə "səhifəsində" sözündən sonra "və rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda" sözləri əlavə edilsin;

4.10. 29.1-ci maddənin ikinci hissəsinə "yayıcısına," sözündən sonra "rəqəmsal platforma təsirçisinə," sözləri əlavə edilsin;

4.11. 32.3-cü maddəyə "yayıcısı" sözündən sonra ", rəqəmsal platforma təsirçisi" sözləri əlavə edilsin;

4.12. 33-cü maddə üzrə:

4.12.1. adına "Maliyyə," sözündən sonra "o cümlədən" sözləri, "investisiya" sözündən sonra ", ödəniş" sözü əlavə edilsin;

4.12.2.33.1-ci maddəyə "investisiya" sözündən sonra ", ödəniş" sözü əlavə edilsin;

4.12.3. 33.2-ci maddədə "Bu xidmətlərin" sözləri "İnvestisiya xidmətlərinin"sözləri ilə əvəz edilsin;

4.13. aşağıdakı məzmunda 33.5-ci maddə əlavə edilsin:

"33.5. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu Qanunun 33.1-ci və 33.4-cü maddələrində göstərilən məlumatların qeyd edilməsi mümkün olmadıqda, reklam istehlakçısına həmin məlumatlarla tanış olmaq imkanı yaradılmalı və bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.";

4.14. 39-cu maddə üzrə:

4.14.1. 39.1-ci maddəyə "reklam yayıcısı" sözlərindən sonra ",rəqəmsal platforma təsirçisi" sözləri əlavə edilsin;

4.14.2. 39.2-ci maddəyə "reklam istehsalçısı," sözlərindən sonra "rəqəmsal platforma təsirçisi," sözləri əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

16:59
16 Mart

SOMDA-nın əməkdaşları peşə bayramını qeyd ediblər

16:58
16 Mart

Peter Siyyarto: Ukrayna “Drujba” kəməri ilə bağlı görüşdən imtina edib

16:57
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!