16 Mart 2026 16:59
173
DÜNYA
A- A+
Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

İran müharibəsinin uzanması fonunda ABŞ Prezidenti Donald Tramp bildirib ki, boğazdan faydalanan insanların orada pis proseslərin baş verməməsini təmin etməyə köməklik göstərməsi tamamilə doğru addımdır.

AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdən imtina etdikləri təqdirdə “çox pis bir gələcək” ilə üzləşə biləcəkləri barədə xəbərdar edərək, onları Avropanın əsas dəniz dəhlizini yenidən açmaq üçün Amerikanın səylərini dəstəkləməyə çağırıb.

Tramp bazar günü “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Körfəzdən neft daşımalarından faydalanan ölkələr su yolunun təhlükəsizliyini təmin etməyə kömək etməlidir.

ABŞ və İsrail ötən ayın sonlarında İrana qarşı müharibəyə başlayıblar və bu, Tehranın regional qisasına səbəb olub. İran rejimi buna cavab olaraq Hörmüz boğazını bağlamaq üçün hərəkətə keçib və onun bu addımı neftin qiymətlərini qaldırıb. Tehran Trampa və İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı kütləvi iqtisadi təzyiq yaratmağı hədəfləyir.

Tramp daha sonra bildirib: “Boğazdan faydalanan insanların orada pis proseslərin baş verməməsini təmin etmək üçün köməklik göstərməsi tamamilə doğru addımdır. Əgər cavab verilməsə və ya mənfi cavab verilsə, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün heç də yaxşı olmayacaq”.

ABŞ lideri müttəfiqlərin mina gəmiləri kimi dəniz aktivlərinə töhfə verə biləcəyini deyib v əlavə edib ki, Avropanın ABŞ ilə müqayisədə daha çox gəmisi var. O, Vaşinqtonun hansı yardımı gözlədiyi sualına cavabında qeyd edib ki, Körfəzdə kömək etməyi gözlədiyi ölkələr Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyadır.

Bu sözlər Trampın NATO-ya qarşı uzun müddətdir davam edən tənqidini yenidən canlandırır. O, ABŞ-nin Ukrayna məsələsində Avropa müttəfiqlərinə kömək etdiyini və indi də qarşılığında dəstək gözlədiyini iddia edərək bildirib: “Biz çox mehriban olmuşuq”.

Avropa hökumətləri Trampın boğazın yenidən açılmasına kömək etmək üçün davamlı təzyiqinə ehtiyatlı reaksiya veriblər. Almaniyanın xarici işlər naziri Yohann Vadeful Aİ-nin dəniz missiyasının genişləndirilməsinin təhlükəsizliyi yaxşılaşdıracağına çox şübhə ilə yanaşdığını bildirib.

Aİ xarici işlər nazirləri bazar ertəsi günü Brüsseldə bir araya gələrək Aİ xarici siyasət rəhbəri Kaya Kallasın blokun dəniz missiyasına əlavə gəmilər göndərmək təşəbbüsünü müzakirə edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

16:59
16 Mart

SOMDA-nın əməkdaşları peşə bayramını qeyd ediblər

16:58
16 Mart

Peter Siyyarto: Ukrayna “Drujba” kəməri ilə bağlı görüşdən imtina edib

16:57
16 Mart

Ekspert: Qlobal geosiyasi gərginliklər fonunda Azərbaycanın tranzit və logistika rolu sürətlə artır  

16:56
16 Mart

Xocavənd rayonunda bağçılıq təsərrüfatına baxış keçirilib

16:56
16 Mart

Aİ müharibədən zərər çəkmiş Yaxın Şərq regionu üçün 458 milyon avroluq humanitar yardım ayırıb

16:41
16 Mart

Qvineyalı nazir: Ölkəmizdə “ASAN xidmət” modelinin tətbiqi bizi çox həvəsləndirir  

16:33
16 Mart

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə  

16:18
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərinin Baş planı ilə tanış olublar

16:09
16 Mart

Azərbaycan və Çin münasibətlərinin dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib

16:01
16 Mart

Starmer: Müttəfiqlərlə Hörmüz boğazının açılması üçün plan hazırlanır 

15:54
16 Mart

Ötən həftə 323 mina və 724 partlamamış hərbi sursat zərərsizləşdirilib 

15:49
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!