24 İyun 2025 08:20
394
DÜNYA
A- A+
İsrail-İran müharibəsi: proqnoz vermək mümkünsüz olur

İsrail-İran müharibəsi: proqnoz vermək mümkünsüz olur


Xəbər verildiyi kimi, iyunun 22-nə keçən gecə ABŞ ordusu İranın nüvə proqramının üç obyektinə zərbələr endirib. B-2 Spirit bombardmançı təyyarələri uranın zənginləşdirilməsi üzrə Fordo zavoduna 13,6 tonluq GBU-57  bunkerəleyhinə 12 bomba ilə hücum edib. Daha 2 belə bomba Natanz obyektinə atılıb. 

Təyyarələr İran səmasına daxil olmamışdan əvvəlsə sualtı qayıqlardan Natanz və İsfahan obyektlərinə 30 Tomaqavk qanadlı raketi buraxılıb. ABŞ strateji təyyarəsinin xaricdən İranın Fordodakı əsas nüvə obyektinə uçması havada yanacaq doldurma da daxil olmaqla 37 saat çəkib.

ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinin məhv edildiyini bildirib. Amerika lideri  İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib. O, bu barədə "Truth Social" hesabında paylaşım edib:  "Hakimiyyət dəyişikliyi" terminini işlətmək siyasi baxımdan korrekt deyil. Lakin əgər hazırkı İran rejimi ölkəni yenidən qüdrətli etməyə qadir deyilsə, o zaman rejim niyə də dəyişilməsin?" 

Vitse-prezident Cey Di Vens isə ABC News telekanalına bildirib ki, "Birləşmiş Ştatlar münaqişənin uzanmasında maraqlı deyil. Bu, bütün Yaxın Şərqdə tamamilə fəlakətli hərbi münaqişəyə səbəb olacaq". Zərbələri qiymətləndirərək, o, əməliyyatın Tehranın nüvə proqramının inkişafını "əhəmiyyətli dərəcədə gecikdirdiyi" fikrini ifadə edib. Lakin onu da deyib ki, ABŞ İranın bütün nüvə infrastruktur obyektlərinin tamamilə məhv edilməsini 100 faiz əminliklə təsdiq edə bilməz.

Bunun fonunda Tehran İranın nüvə proqramlarını davam etdirəcəyini açıqlayıb. İran tərəfi  ABŞ-nin zərbələrini təsdiqləyərək obyektlərə ciddi ziyan dəydiyini təkzib edib. İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi "Təsnim" agentliyinə deyib: "Onlar bilməlidirlər ki, bu sənayenin bizim ölkədə kökləri var və onları məhv etmək mümkün deyil. Təbii ki, biz zərər çəkmişik, lakin nüvə sənayesi bununla ilk dəfə qarşılaşmır".

Yeri gəlmişkən bildirək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarından sonra radiasiya səviyyəsinin artmasına dair heç bir dəlil tapmadığını açıqlayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi də ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda ABŞ-nin İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlıq ifadə olunub. "Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - deyə bəyanatda qeyd edilib.

BMT-nin Baş katibi Antonio Quterreş hadisəni təhlükəli eskalasiya və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid adlandıraraq deyib: "Bu münaqişənin mülki əhali, region və dünya üçün fəlakətli nəticələrlə tezliklə nəzarətdən çıxması riski artır". O, BMT-yə üzv dövlətləri "xaos spiralından" qaçmaq üçün münaqişənin dinc yolla həllinə kömək etməyə çağırıb: "Hərbi həll yoxdur. İrəliyə aparan yeganə yol diplomatiyadır. Yeganə ümid sülhdür".

30 raket və 80-ə qədər itki - bu, bazar günü İranın İsraili atəşə tutmasının nəticələridir. İsrail hərbi komandanlığının məlumatına görə, raket və qəlpələrin vurulması ilə bağlı məlumat ölkənin 10-dan çox yerində qeydə alınıb. Bildirilib ki, Hayfada hava hücumundan müdafiə və xəbərdarlıq sistemində nasazlıq yaranıb. Təl-Əvivdə qorunan otaqlar istisna olmaqla, iki bina tamamilə dağılıb. Daha bir neçəsi partlayış dalğası nəticəsində zərər görüb.

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 10 min israilli evsiz qalıb və onlar hazırda 71 hotel və digər müvəqqəti yaşayış yerlərində yerləşdiriliblər. Nazirliyin məlumatına görə, Təl-Əviv, Herzliya, Bat Yam, Raanan, Rehovot, Aşkelon, Hayfa, Qüds, Petah Tikva və Netanyada İranın zərbələri nəticəsində dağılmış evlərdən vətəndaşlar təxliyə edilib.

Öz növbəsində İranın "Fars" xəbər agentliyi Tehranın şimal-qərbində və şərqində yerləşən bölgələrə raket və pilotsuz uçuş aparatlarının hücum etdiyini bildirib. Məlumata görə, paytaxtın şimalında elektrik yarımstansiyası sıradan çıxıb və elektrik enerjisinin verilişində lokal fasilələr yaranıb. Bununla belə, İran Elektrik Şəbəkəsi Şirkəti vəziyyətin nəzarət altında olduğunu bildirib. 

Bu arada Rusiya Prezidenti Vladimir Putin Moskvada İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Bu barədə Kremlin Mətbuat xidmətinin yaydığı məlumata görə, V.Putin İrana endirilən zərbələri pisləyib. "İrana qarşı tamamilə əsassız təcavüzün heç bir əsası yoxdur", - Rusiya prezidenti Kremldə keçirilən görüşdə deyib. V.Putin həmçinin qeyd edib ki, Moskva ilə Tehran arasında "uzunmüddətli, yaxşı, etibarlı münasibətlər" var və Rusiya "İran xalqına yardım göstərmək üçün" səy göstərir.

Öz növbəsində Əraqçi deyib ki, İrana zərbə endirən İsrail və ABŞ-nin "aqressiv hərəkətləri tamamilə qanunsuzdur, beynəlxalq qaydaları və beynəlxalq normaları pozur. "Biz indi suverenliyimizi və ölkəmizi müdafiə edirik və müdafiəmiz qanunidir".

Rusiyanın İran-İsrail münaqişəsində İrana hərbi və digər yardımlar göstərməyə hazır olması İran tərəfinin Moskvada hansı xahişlə çıxış etməsindən asılı olacaq. Bunu "Kommersant"ın sualını cavablandıran Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kreml sözçüsü Rusiyanın İrana hava hücumundan müdafiə sistemləri, məsələn, S-300 və ya S-400 kompleksləri verməyə hazır olub-olmadığı sualına cavab verməyib. Son məlumata görə, iyunun 23-də İranın Fordodakı nüvə obyekti yenidən vurulub. Bu barədə "Əl-Cəzirə" bildirib. Obyektə yeni zərbələrin endirilməsi Qum vilayalətinin böhranla mübarizə təşkilatının sözçüsü Morteza Heydəri tərəfindən təsdiqlənib. Lakin o, hücuma kimin cavabdeh olduğunu açıqlamayıb. Heydəri qeyd edib ki, ərazidəki mülki vətəndaşlar üçün təhlükə yoxdur.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

21:19
12 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:08
12 İyul

Azərbaycan-Suriya münasibətlərində yeni səhifə açılır  

20:36
12 İyul

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

20:26
12 İyul

Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir  

19:38
12 İyul

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir 

18:47
12 İyul

Bu gün Bakının 549 küçəsi yuyulub

18:39
12 İyul

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:13
12 İyul

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

18:04
12 İyul

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb  

17:47
12 İyul

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

17:41
12 İyul

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib

17:00
12 İyul

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının ilk sammiti Şahdağ Turizm Mərkəzində təşkil olunub YENİLƏNİB

16:58
12 İyul

SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

16:43
12 İyul

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib

15:35
12 İyul

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB

15:19
12 İyul

Azərbaycanlı səyyah: bu günədək işğaldan azad olunan ərazilərə 500-dən çox beynəlxalq səyyah səfər edib

14:49
12 İyul

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

14:03
12 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur  

14:01
12 İyul

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib

14:00
12 İyul

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB

13:25
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!