19 Aprel 2024 16:28
268
İQTİSADİYYAT
A- A+

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

 

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının “COP28-in yekunları: infrastruktur, strategiya və bərpa olunan enerjidən istifadəni üç dəfə artırmaq və enerji keçidini sürətləndirmək bacarıqları” mövzusunda keçirilən 14-cü sessiyası çərçivəsində “Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqinin sürətləndirilməsi” mövzusunda iclas keçirilib.

AZƏRTAC-ın BƏƏ paytaxtına ezam olunmuş müxbiri xəbər verir ki, iclasda keçən il COP28 çərçivəsində start verilən Afrikada Bərpa Olunan Enerji Mənbələri üzrə Aktiv Tərəfdaşlığın (APRA) həyata keçirilməsi məsələləri müzakirə edilib.

IRENA Assambleyasının 14-cü sessiyasının sədri, Ruandanın infrastruktur naziri Cimmi Qasorun moderatorluğu ilə keçirilən iclasın əvvəlində IRENA-nın baş direktoru Françesko La Kamera, eləcə də BƏƏ-nin xarici işlər üzrə dövləti naziri Şeyx Şahbut Əl Nəhyan çıxış ediblər.

Zimbabvenin energetika və enerji inkişafı naziri Edqar Moyo APRA üzvlüyünə ayrı-ayrı ölkələr üçün bir format şəklində deyil, Afrika qitəsi ölkələrinin kollektiv səylərinin əks olunması vasitəsi kimi baxmağa çağırıb.

Öz növbəsində, Qananın energetika naziri Herbert Krapa enerji keçidini təmin etmək üçün elektrik şəbəkəsi infrastrukturuna sərmayə qoyuluşunun vacibliyini qeyd edib.

Müzakirələrdə, həmçinin Afrika İttifaqının infrastruktur və enerji üzrə komissarı Amani Əbu-Zaid və Namibiyanın mədən və energetika nazirinin müavini Korneliya Şilunqa iştirak ediblər.

Tədbir geniş diskussiyalarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video