23 Yanvar 2025 16:11
694
DÜNYA
A- A+
İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub

İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub


“Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub və onların da hamısı uğursuz olub”.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, son üç il ərzində ölkədə dörd uğursuz çevriliş cəhdi olub və hər dörd halda xarici, o cümlədən ABŞ-dan maliyyə dəstəyi aşkar edilib. Donald Tramp administrasiyasının bu məsələni nəzərdən keçirməsi vacibdir: “Biz bu məsələləri dəfələrlə gündəmə gətirmişik və Prezident Trampın xarici yardım proqramlarını 90 gün müddətinə dayandırmaq qərarını alqışlayırıq. Bu, sübut edir ki, Gürcüstana ayrılan bəzi vəsaitlər düzgün istiqamətdə istifadə olunmayıb və müəyyən dairələr tərəfindən ölkədə sabitliyi pozmaq üçün xərclənib”.

Baş nazir əlavə edib ki, Gürcüstanın milli maraqlarının qorunması üçün hər hansı xarici müdaxilənin mənbəyindən asılı olmayaraq qarşısı alınmalıdır.


“Gürcüstan öz suverenliyini qorumağa borcludur. İstər ABŞ, istərsə də digər ölkələrdən gələn vəsaitlər ölkəmizin daxili işlərinə müdaxilə üçün istifadə olunursa, buna qarşı sərt tədbirlər görülməlidir. Prezident Trampın qərarı göstərdi ki, ABŞ vəsaitlərinin bir qismi digər ölkələrin daxili işlərinə müdaxilə üçün yönəldilib. Biz dəfələrlə qeyd etmişik ki, Gürcüstanın maraqları hər şeydən önəmlidir və heç bir xarici güc bizim daxili işlərimizə təsir etməməlidir”, – deyə Baş nazir vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

Qədimdən qədim yeni gün

08:45
13 Mart

Ermənistan geosiyasi dönüş nöqtəsindədir

08:40
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!