13 Sentyabr 2023 19:11
937
Elm və texnika
A- A+
“iPhone 15” təqdim olundu

“iPhone 15” təqdim olundu

 

Bu gün “Apple” şirkəti “iPhone 15” smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya “iPhone 15”, “iPhone 15 Plus”, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” modelləri daxil olublar.
“iPhone 15” və “iPhone 15 Plus” modellərinin ekranları “Dynamic Island” çıxıntısını əldə ediblər. Digər bir yenilik isə “iPhone 15” smartfonlarında “Lightning” girişindən imtina edilməsi olub. O, USB-C ilə əvəz edilib. Yeni modellər ikitərəfli şarj texnologiyasının dəstəyinə sahibdirlər. Yəni istifadəçi yeni smartfonlar vasitəsilə “AirPods” qulaqcıqlarını şarj edə bilər.
“iPhone 15” 6.1 düym OLED Super Retina XDR ekran, “iPhone 15 Plus” isə 6.7 düym OLED Super Retina XDR ekran ilə təchiz olunub. Sözügedən smartfonların ekranlarının maksimal parlaqlıq səviyyələri HDR kontentin əks olunması rejimində 1600 nit, Günəş şüaları altında isə 2000 nit təşkil edir. “Ceramic Shield” adlı qoruyucu şüşə ilə əhatə olunan ekranların dəstəklədikləri təsvir yenilənməsi göstəricisi 60 Hz təşkil edir.
“iPhone 15” və “iPhone 15 Plus” “iPhone 14 Pro” mdoellərinin sahib olduqları “A16 Bionic” prosessorunu əldə ediblər. Smartfonlar üstəlik keçən ilki “iPhone 14 Pro” modellərində olan 48 MP-lik əsas arxa kameranı da əldə ediblər. Bu kamera 2 qat zoom ilə fotolar və 4K keyfiyyətində videolar çəkə bilir və bu zaman çəkilən kontentlərin keyfiyyətləri itmir. Yeni modellərin kameralarında yeni portret rejimini reallaşdırıb. Bundan sonra istifadəçi kameranı hansısa şəxsə fokuslasa, avtomatik olaraq portret rejimi aktivləşəcək. İkinci arxa kamera ilə ön kamera 12 MP-likdir.
Bütün “iPhone 15” modelləri keçən ilki “iPhone 14” modelləri kimi peyk rabitəsi üzərindən təcili yardım funksiyasını dəstəkləyirlər. Üstəlik bu funksiya yeni smartfonlarda, həmçinin yol-nəqliyyat xidmətlərinə müraciət imkanını da əldə edib və daha çox ölkədə işə salınıb. “iPhone 15” və “iPhone 15 Plus” modellərinin satışlarına 22 sentyabrda start veriləcək. “iPhone 15”in qiyməti 799 dollardan, “iPhone 15 Plus”ın qiyməti isə 899 dollardan başlayacaq.
Keçən ilki “iPhone 14 Pro” modelləri ilə müqayisədə “iPhone 15 Pro” modellərində əsas yenilik onların gövdələrinin titan materialdan hazırlanmasındadır. Üstəlik “iPhone 15 Pro Max” modeli 5 qat zoom özəlliyinə sahib kameranı da əldə edib. “iPhone 15 Pro”nun dizayn özəlliyi ondan ibarətdir ki, yeni smartfonlarda səssiz rejimə keçid düyməsi “action” düymə ilə əvəz edilib. Bundan sonra istifadəçi həmin düyməyə müxtəlif əməliyyatları təyin edə biləcək. “Action” düyməyə uzun müddətli klikləmə smartfonu həmişəki kimi səssiz rejimə keçirəcək. Lakin tək klikləməyə müxtəlif əməliyyatları təyin etmək mümkündür.
“iPhone 15 Pro” modeli 6.1 düym OLED Super Retina XDR ekran, “iPhone 15 Pro Max” modeli isə 6.7 düym OLED Super Retina XDR ekran ilə təchiz olunub. Hər iki ekranda təsvir yenilənməsi göstəricisi 120 Hz təşkil edir. “iPhone 15” və “iPhone 15 Plus” modellərindən fərqli olaraq, “iPhone 15 Pro” modelləri “A17 Bionic” prosessoru vasitəsilə çalışırlar. O, bazarın ilk 3 nanometrlik mobil prosessorudur və özündə 19 milyard tranzistoru birləşdirir.
Hər iki smartfon 48 MP + 12 MP + 12 MP üçlü arxa kamera ilə təchiz olunub. Lakin “iPhone 15 Pro”nun 12 MP-lik telekamerası 3 qat zoom özəlliyinə sahib olduğu halda “iPhone 15 Pro Max”ın 12 MP-lik telekamerası 5 qat zoom özəlliyinə sahibdir. Üstəlik “iPhone 15 Pro Max”ın kamerasında smartfon bazarındakı ən təkmilləşdirilmiş stabilizasiya sistemi istifadə edilir. Yeni smartfonlardakı 48 MP-lik kamera daha çox işığı uda bildiyi üçün yaxşı işıqlandırılmamış mühitdə daha keyfiyyətli fotoların çəkilməsini təmin edir. İşığın həddindən artıq az olduğu mühitdə isə sözügedən kamera 24 MP-lik keyfiyyətində fotolar çəkir.
“iPhone 15 Pro” modellərində olan USB-C girişi USB 3.0 standartlıdır. Bu isə o deməkdir ki, “iPhone 15 Pro” modellərində məlumatların USB-C üzərindən ötürülməsi saniyədə 10 Gbit sürətlə reallaşdırılacaq. “iPhone 15 Pro” modelləri də 22 sentyabrda satışa çıxacaqlar. “iPhone 15 Pro”nun qiyməti 999 dollardan, “iPhone 15 Pro Max”ın qiyməti isə 1199 dollardan start götürəcək.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhlükəsizlik kəməri həyat qurtarır

10:49
11 Aprel

Odessa dron hücumuna məruz qalıb, ölənlər var  

10:41
11 Aprel

ABŞ nümayəndə heyəti də İslamabada gedib

10:35
11 Aprel

“Anadolu Ankası – 2026” təlimində tapşırıqlar uğurla icra olunub  

10:26
11 Aprel

ABŞ Prezidenti İranla qarşıdan gələn danışıqlarda əsas tələbini açıqlayıb

10:13
11 Aprel

“Artemis II” missiyası Aya uçuşunu başa vuraraq Yerə qayıdıb

10:01
11 Aprel

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

09:43
11 Aprel

Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq

09:34
11 Aprel

Xəzərdə zəlzələ olub

09:12
11 Aprel

CNN: İran və ABŞ həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparacaqlar  

09:01
11 Aprel

Bilmək istəyirəm

08:50
11 Aprel

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

08:45
11 Aprel

Bakının anası - İçərişəhər

08:40
11 Aprel

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

08:35
11 Aprel

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

08:30
11 Aprel

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

08:25
11 Aprel

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

08:20
11 Aprel

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!