31 Dekabr 2023 10:30
1213
CƏMİYYƏT
A- A+
İkinci Qarabağ müharibəsinin yaddaqalan anları

İkinci Qarabağ müharibəsinin yaddaqalan anları

 

Hərbçilər söz vermişdilər ki...

 

Hələ 44 günlük Vətən müharibəsi başlamazdan əvvəl tez-tez cəbhə xəttinə olan ezamiyyətlərimiz zamanı ön mövqelərdə dayanan hərbçilərlə görüşüb söhbət edirdik. Onlarla daha çox illərdən bəri erməni işğalında qalmış torpaqlarımızın azad ediləcəyi gündən, gələcək döyüşlərdən danışırdıq. 
Üz-gözündən qəhrəmanlıq yağan zabit və əsgərlərimiz qəyiyyətlə deyirdilər ki, əgər torpaqlarımızın azadlığı uğrunda müharibə başlayarsa, erməni qəsbkarlarını məğlubiyyətə uğradacaqlar. Nəyin bahasına olursa-olsun, ərazilərimizi erməni işğalçılarından azad edəcəklər. Daim ürəklərini göynədən, ağrıdan şəhidlərin qisasını düşməndə qoymayacaqlar. Səngərlərdə başlarının üstündən asdıqları üçrəngli bayrağımızı uğurlu döyüşlərdən sonra böyük sevinc içində Qarabağda dalğalandıracaqlar. Hərbçilərimizdən qürur dolu bu sözləri eşitdikcə ürəyimiz dağa dönürdü. İnanırdıq ki, onlar verdikləri sözə mütləq əməl edəcəklər.
Düşmənin törətdiyi təxribat nəticəsində 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Azərbaycan Ordusunun vətənpərvər, torpağına ürəkdən bağlı olan gənc zabit və əsgərləri yurdumuzun azadlığı uğrunda döyüşlərə atıldılar. Əks-hücum əməliyyatlarında böyük hünər göstərərək erməni işğalçılarına sarsıdıcı zərbələr endirdilər. Düşmən bu cür güclü əks-hücumlar qarşısında tab gətirə bilməyərək geri çəkildi. 
Azərbaycan əsgəri müharibə başlamazdan əvvəl verdiyi sözə, içdiyi hərbi anda sadiq qalaraq torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşdu. Ordumuzun şəxsi heyəti 44 gün ərzində Azərbaycan xalqına qələbə sevinci yaşatdı. Hərbçilərimiz öz müqəddəs vəzifələrini yüksək səviyyədə yerinə yetirdilər. Səngərlərdə başlarının üstündən asıb saxladıqları üçrəngli bayrağımızı böyük vüqarla həm mədəniyyət beşiyimiz olan Şuşada, həm də işğaldan azad etdikləri başqa şəhər və kəndlərimizdə dalğalandırdılar.

 

Bayrağımız - qürurumuz, şərəfimiz...

 

Üçrəngli bayrağımız hamımızın, hər birimizin qüruru və şərəfidir. Buna görə də onu daim başımızın üstündən asır, qarşısında diz çökür, öpüb gözümüzün üstünə qoyuruq. 
Qarabağ uğrunda döyüşlər başlanan gündən ordu hissələrinə dəstəyini nümayiş etdirən gənc vətənpərvər oğul və qızlarımız şəhərimizin küçələrini üçrəngli bayrağımızla, qələbəyə çağıran plakat və şüarlarla bəzədilər. Maşınların üstündə, marketlərin, kafe və restoranların, müəssisələrin qarşısında, binaların eyvanlarında üçrəngli bayrağımız dalğalandı. Bayraq qələbəmizin simvoluna çevrilmişdi. Kiçikyaşlı uşaqlar da fərəhlə, gülə-gülə, sevinə-sevinə küçələrdə əllərində bayraq gəzdirirdilər. 
Gənclər və İdman Nazirliyi AFFA ilə birlikdə paytaxt sakinlərinə 1000-dən artıq bayraq, "Biz bir yerdə güclüyük!" sözləri yazılmış gödəkçələr hədiyyə etmişdi. Bütün bunlar çox qürurverici və sevindirici idi. Rəhbər-xalq-ordu birliyinə, qələbəmizə gedən yollar üzümüzə geniş açılmışdı. Müharibənin başladığı ilk günlərdən inanırdıq ki, şəhərlərimizin küçələrində qaldırılan bu bayraqlar yaxın vaxtlarda işğaldan azad olunacaq ərazilərdə də əzəmətlə dalğalanacaq. 
Şükürlər olsun ki, 44 gün davam edən uğurlu döyüşlərdən sonra ümidlərimiz çiçək açdı, arzularımız ünvanına yetişdi. Bayrağımız Azərbaycanın cəsur zabit və gənc əsgərlərinin qəhrəmanlığı sayəsində bir-birinin ardınca azad olunan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında və başqa bölgələrdə dalğalandı. 

 

Xalq ordusuna yurdunun xilaskarı kimi baxırdı

 

Vətən müharibəsinin ilk günlərini yaşayırdıq. Həmin günlər hərbi hissələrdən birinə ezam olunmuşduq. Burada böyük canlanma var idi. Ehtiyatdan çağırılan zabit və əsgərlər bu hərbi hissədə formalaşır və bölüşdürülürdü. Cəbhə xəttinə də elə buradan yola salınırdı. 
Döyüşə gedən zabit və əsgərlərin üzü gülürdü. Hiss olunurdu ki, onlar erməni işğalçıları ilə vuruşmağa cəsarətlə, hünərlə gedirlər. Gedirlər ki, torpaqlarımızın azadlığı uğrunda döyüşsünlər, yurdumuzu erməni qəsbkarlarından azad etsinlər, şəhidlərimizin intiqamını alsınlar. 
Döyüşlərə yollanacaq zabit və əsgərlərin qarşısında çıxış etmək, onları sabahkı savaşlara ruhlandırmaq üçün sənət adamları da hərbi hissəyə  gəlirdilər. Ürəyinin hökmü ilə buraya ayaq basan müğənnilər vətənpərvərlik mahnıları oxuyur, hərbi marşlar ifa edirdilər. Hərbi hissənin geniş sıra meydanından ətrafa hissləri coşduran şən, şaqraq mahnıların səsi yayılırdı. Səsində qələbə əzmi, döyüş ovqatı olan Xalq artisti Nurəddin Mehdixanlı da bu sənət adamlarının ön sıralarındaydı. Hərbi hissəyə təkcə sənət adamları deyil, Birinci Qarabağ müharibəsinin veteranları da gəlirdilər. Zamanında müharibənin hər üzünü görmüş veteranlar da zabit və əsgərlər qarşısında çıxış edir, onlara dəyərli məsləhət və tövsiyələr verirdilər.  
Biz də bu qürurverici səhnələri seyr edə-edə cəbhə xəttinə getmək üçün maşın gözləyirdik. Çox keçmədi ki, hərbi yük maşınının gəldiyi barədə məlumat verdilər. Vaxt itirmədən döyüşən oğulların yanına yola düşdük. Ön xəttə ehtiyatdan çağırılan zabit və əsgərlərlə bir yerdə getdik. Düşmənlə vuruşmaq üçün onları da bizim getdiyimiz istiqamətə göndərirdilər. 
Yol uzunu ölkəmizin ikinci böyük şəhəri olan Gəncənin küçələrinin bayraqlarla, Vətənin müdafiəsinə çağıran şüar və plakatlarla bəzədildiyini gördük. Hər addımda qələbə ovqatı hiss olunurdu, zəfər əzmi duyulurdu. Yoldan hərbi maşınların keçdiyini görən şəhər sakinləri bir anlıq ayaq saxlayaraq əllərini başlarının üstündə yelləyərək zabit və əsgərlərlə salamlaşırdılar, onlara uğurlar arzulayırdılar. Qadınlar qollarını qoşalayıb göyə qaldıraraq hərbçilərimizin döyüşlərdən sağ-salamat və qələbə ilə dönmələri üçün Tanrıya dua edirdilər. Məktəbyaşlı uşaqlar bizə hərbi salam verirdilər. Hər addımda hiss olunurdu ki, xalqımız ordusunun yanındadır, hərbçilərə yurdumuzun xilaskarları kimi baxırlar.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!