05 Noyabr 2025 09:05
9244
Səhiyyə
A- A+
Həyatdan zövq alan insanlar daha uzunömürlü olurlar

Həyatdan zövq alan insanlar daha uzunömürlü olurlar


Zamanı saxlamaq mümkün deyil. İllər keçdikcə saçlarımız ağarır, addımlarımız yavaşıyır, orqanizmimiz dəyişir. Bu dəyişikliklərlə yanaşı, beynimiz də qocalır. Unutqanlıq, diqqət dağınıqlığı, düşüncə ləngliyi artıq yaşlanmanın əlamətlərinə çevrilir. Üstəlik, bu proses düşündüyümüzdən daha erkən başlayır.

Doğuşdan etibarən DNT həm xarici, həm də daxili təsirlərə məruz qalır. Uşaqlıq və yeniyetməlik dövrlərində orqanizm bu zərbələri asanlıqla dəf edir. Lakin zaman keçdikcə hüceyrələrdəki təmir mexanizmləri zəifləyir və xüsusilə 50 yaşdan sonra bu zədələrin bərpası çətinləşir. Alimlərin hesablamalarına görə, genetik kodları hüceyrələrdə saxlayan 46 xromosomun hər birində hər gün ən azı 2 trilyondan çox DNT qırılması baş verir. 

Bu yalnız hüceyrələrin təbii çoxalması zamanı baş verən pozulmalardır. Yaşlandıqca qırılma səbəbləri artır. Qəbul edilən qida, nəfəs aldığımız hava və ya dəri vasitəsilə bədənimizə daxil olan kimyəvi toksinlər, təbii şüalanma, kompüter tomoqrafiyası, hətta hava limanlarında təhlükəsizlik dəhlizlərindən keçərkən məruz qaldığımız rentgen şüaları DNT-ni zədələyir. Daha pisi isə odur ki, bu zədələri bərpa edən ferment sistemləri də bizimlə birgə qocalır və zəifləyir.

Almaniyalı tədqiqatçılara görə, ribosom DNT-si insan bədənində cinsi yetkinlik dövrünə qədər aktiv şəkildə işləyir. Lakin yetkinlikdən sonra bu mexanizmin fəaliyyəti azalır və bu da qocalma prosesini molekulyar səviyyədə işə salır.

Rusiya Elmlər Akademiyasının Seçenov Universitetinin mütəxəssisləri isə hesab edirlər ki, insan orqanizmində qocalma prosesi hüceyrə səviyyəsində 25 yaşdan etibarən başlayır. Məhz bu yaşdan ürək-damar sistemi, şəkərli diabet və piylənmə kimi xroniki xəstəliklərin təməli qoyulur. Adətən, problemlər 40 yaşdan sonra üzə çıxır, lakin onların səbəbləri çox vaxt gənclik illərində formalaşır.

Həyat keyfiyyətinə təsir edən əsas amillər fiziki aktivlik, iş və istirahət balansı, düzgün qidalanma və yuxu rejimidir. Müasir dövrdə fasiləsiz informasiya axını, ekran qarşısında uzun müddət qalmaq və yuxusuzluq beynin bərpa gücünü azaldır. Orqanizm istirahət etmədikcə, bərpa prosesləri də dayanır.

Bununla belə müasir elmdə həm fiziki, həm də zehni qocalmanı yavaşlatmaq üçün müxtəlif üsullar, texnologiya və müalicələr var. Təəssüf ki, onların əksəriyyəti bizi yalnız xaricdən gənc göstərir. Halbuki beynin və bədənin gənc qalması üçün ən təsirli vasitə gündəlik sadə vərdişlərdir. İlk növbədə, hər bir insanın yaşamaq üçün motivasiyası olmalıdır. Mütəxəssislərin fikrincə, məqsədi olan və həyatdan zövq almağı bacaran insanlar daha uzunömürlü olurlar. Bunda sosial əlaqələr də böyük rol oynayır. Tədqiqatlar göstərir ki, yaxın münasibətləri olan insanlar tənha yaşayanlardan 20 faiz daha çox yaşayırlar. Yeni insanlarla tanışlıq, söhbət və ünsiyyət beyində yeni neyron əlaqələri yaradır. Bu səbəbdən dostlarla görüşmək, ailə ilə vaxt keçirmək, ictimai fəaliyyətlərə qoşulmaq çox vacibdir.

Davamlı öyrənmək də beynin gəncliyini qorumağın əsas şərtlərindəndir. Beyni aktiv saxlamaq üçün yalnız bildiklərimizi təkrarlamamalı, həm də yeni hobbi, dil, musiqi aləti və səyahətlərlə öyrənmə prosesini gücləndirməliyik. Elmi tədqiqatlar sübut edib ki, mütəmadi olaraq öyrənən insanlar yaddaş itkisinə daha davamlı olurlar.

Stres həyatın bir hissəsidir. Bədənimiz qısamüddətli stresli vəziyyətləri idarə edə bilir. Problem, stres xroniki hala gələndə başlayır. Zamanında onun fərqinə varıb, gün ərzində istirahətə vaxt ayırmalı, nəfəs məşqləri və zehinlilik (mindfulness) texnikalarından istifadə edilməlidir. Qısamüddətli stres bədənə bəzən xeyir verir: soyuq duş, sauna və ya intensiv fiziki məşq orqanizmdə uzunmüddətli rahatlanma yaradır.

"Fast food" və qablaşdırılmış qidalar təkcə bədəni deyil, beyni də qocaldır. Tərkibində xeyli miqdarda doymuş yağ və şəkər olan bu qidaların uzun illər istehlak edilməsi demans riskini artıra bilər. Balıq, qoz, zeytun yağı, tərəvəz və giləmeyvələr beyinə antioksidant və omeqa-3 yağ turşuları verir. Bu maddələr neyronların qoruyucu qalxanı hesab edilir.

Hər gecə 7-9 saat yatmağa çalışa bilərsiniz, lakin yuxu keyfiyyətiniz zəifdirsə, yorğunluq hissi ilə oyanarsınız. Yuxunun keyfiyyəti, eləcə də müddəti beyin sağlamlığı üçün çox vacibdir. Dərin yuxu zamanı beyin gün ərzində toplanan zərərli zülallardan təmizlənir. Yetərincə yatmayan insanın yaddaşı və diqqəti, araşdırmalara görə, özündən bir neçə il yaşlı beyinlə eyni səviyyədə olur. Qısa və ya fasiləli yuxu bu prosesləri pozur. Zamanla bu, diqqəti cəmləməkdə çətinlik və yaddaş problemlərinə səbəb olur. Mütəxəssislər hər gün eyni vaxtda yatıb-oyanmağa xüsusilə diqqət etməyi tövsiyə edirlər.

Fiziki məşqlər, xüsusilə ürək-damar sistemini gücləndirən fəaliyyətlər beynin gənc qalmasını dəstəkləyir. Bu növ fəaliyyət beyin sağlamlığını dəstəkləyən böyümə hormonlarını artırır. Mütəxəssislər həftədə ən azı 150 dəqiqə ortasəviyyəli hərəkət etməyi tövsiyə edirlər. Hərəkət qan dövranını artırır, stresi azaldır və beyində yeni hüceyrələrin yaranmasına şərait yaradır.

Yaş almaq qaçılmazdır, lakin qocalmaq zəruri deyil. Əgər beyin və bədənimizə qayğı göstərsək, sağlam, enerjili və düşüncəsi iti qalmaq mümkündür. Unutmamalıyıq ki, həyat bizə yalnız bir dəfə verilir. Onu uzun və keyfiyyətli yaşamaq isə öz əlimizdədir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

Bəhreyndə yaşayış binasına İran raketi düşüb, 1 ölü, 8 yaralı var  

14:53
10 Mart

Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunublar

14:52
10 Mart

Dubaydan təxliyə olunan vətəndaş Prezidentə və aidiyyəti qurumlara təşəkkür etdi

14:51
10 Mart

Pakistan və Hindistanda enerji böhranı fonunda bir sıra tədbirlər görülür

14:49
10 Mart

Bernama Azərbaycanın İrana humanitar yardımından yazır

14:31
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb  

14:25
10 Mart

Sabah respublika üzrə pensiyalar qrafikdən əvvəl tam ödəniləcək

14:14
10 Mart

Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılıb

14:12
10 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

13:59
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

13:58
10 Mart

Dünya bazarında qazın qiyməti artır

13:57
10 Mart

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub  

13:55
10 Mart

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

13:51
10 Mart

Böyük Britaniyada uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklif qəbul olunmayıb  

13:44
10 Mart

WSJ: Tramp 2028-ci il üçün xələfini müəyyənləşdirir

13:32
10 Mart

Kardinal: Romadakı iftar mərasimi daha məqbul dünya qurmaq istəyən insanları bir araya gətirib 

13:18
10 Mart

Dövlət büdcəsinin ötən iki ay üzrə icrasında profisit qeydə alınıb

13:12
10 Mart

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb 

13:08
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!