08 Mart 2024 08:45
804
CƏMİYYƏT
A- A+
Gənclərin qazandığı uğurlar Azərbaycanın işıqlı sabahından xəbər verir

Gənclərin qazandığı uğurlar Azərbaycanın işıqlı sabahından xəbər verir

 

Gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir. Bu gün onlar ölkə həyatının bütün sahələrində çalışır və üzərlərinə düşən tapşırıqları layiqincə yerinə yetirirlər. Harada çalışmalarından asılı olmayaraq həmişə böyük uğurlar qazanırlar. Çox sevindiricidir ki, gənclərimizin səsi, sorağı dünyanın ən aparıcı elm və təhsil ocaqlarından gəlir.  Onların qazandığı ürəkaçan uğurlara əsaslanıb deyə bilərik ki, Azərbaycanın sabahı daha işıqlı və nurlu olacaq.
Biologiya elminə yeni töhfələr verən, bu sahəyə yeniliklər gətirən gənclərimizdən biri də Nərgiz Kamal qızı Bayramovadır. Söhbət zamanı öyrəndik ki, o, 
4 avqust 1990-cı ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından biologiyaya böyük maraq göstərdiyinə görə ixtisas seçimində çox fikirləşmədən bu sahəyə üstünlük verib. Söhbətimiz zamanı Nərgiz Bayramova  biologiyaya olan dərin maraq və sevgisindən söz açdı. Dedi ki, bu sahəni seçməyində 4 il Bakı Slavyan Universitetinin humanitar liseyində təhsil almağının böyük rolu oldu: - Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Biologiya və gigiyena" ixtisası üzrə bakalavr, 2014-cü ildə "İnsan və heyvan fiziologiyası" ixtisası üzrə magistratura pilləsini bitirmişəm. 2016-cı ildə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun "Bitki fiziologiyası" ixtisası üzrə doktoranturasına qəbul olmuşam. Tədqiqat işim "GLRaV-3 patogenezi zamanı üzüm bitkisində fizioloji və anatomik dəyişikliklərin tədqiqi" mövzusuna həsr olunmuşdu. 2018-ci ildə ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna köçürülmüşəm. 2017-ci ildən təhsillə paralel olaraq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlamışam. Hazırda həmin laboratoriyada elmi işçi vəzifəsində çalışıram. Akademik İradə Hüseynovanın rəhbərliyi altında 13 noyabr 2023-cü ildə "Bitki fiziologiyası" ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyim dissertasiya işinin müdafiəsi keçirilmişdir. Ali Attestasiya Komissiyası Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm. Tədqiqat işimdə ilk dəfə olaraq Azərbaycanda üzüm bitkisinin yarpaqlarında  GLRaV-3  virusu ilə induksiya olunan fizioloji, biokimyəvi, anatomik və ultrastruktur cavab reaksiyaları kompleks şəkildə tədqiq edilmiş, həmçinin 2016-2022-ci illər üzrə ölkə ərazisində bu virusun yayılma dinamikası öz əksini geniş şəkildə tapmışdır. 
Tədqiqat işimin nəticələri yerli və xarici jurnallarda çap olunan 10 məqalədə (o cümlədən Physiological and Molecular Plant Pathology (İF-2.747), Indian Journal of Science and Technology ("Web of Science" elmi məlumat bazasına daxildir) və 20 tezisdə öz əksini tapmışdır. Tədqiqatımın nəticələri "Dayanıqlı İnkişaf üçün Fotosintez Tədqiqatları" mövzusunda Beynəlxalq konfransda (Puşino, 2016),  Biofizika və Molekulyar biologiya üzrə Gənclərin XVIII Qış Məktəbində (Qatçina, 2017), "Fotosintez və Dayanıqlı İnkişaf üçün Hidrogen Enerjisinin Tədqiqi" mövzusunda 10-cu Beynəlxalq konfransda (Sankt-Peterburq, 2019), həmçinin digər beynəlxalq və yerli konfranslarda məruzə edilmişdir. 2016-cı ildə elmdə fərqləndiyimə görə AMEA-nın fəxri fərmanına, 12-22 fevral 2018-ci il tarixlərində Pakistanın Karaçi şəhərində keçirilən hematologiya üzrə 5-ci Beynəlxalq təlimdə iştirak etdiyimə görə fərqlənmə sertifikatına layiq görülmüşəm.
Nərgiz Bayramova elmi işlərlə yanaşı, institutun ictimai həyatında da fəal iştirak edir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, AMEA GAMŞ-nin Biologiya və Tibb elmləri bölməsinin elmi katibidir. 2023-cü il 21-24 iyun tarixlərində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində keçirilən Ümumrusiya Gənc alim və tələbə elmi cəmiyyətinin "Müasir dövrün gənci" adlı XI qurultayının iştirakçısı olub. 
Elm sahəsində qazandığı uğurlara əsaslanıb deyə bilərik ki, bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər və elm siyasətinin bacarıqlı bir nümayəndəsi kimi Nərgiz Bayramova bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, ona bəslənən  etimadı əməli işləri ilə doğruldacaq. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:19
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:19
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

01:15
25 İyul

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:14
25 İyul

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:13
25 İyul

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:13
25 İyul

"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:12
25 İyul

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:10
25 İyul

"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:09
25 İyul

Kraudfandinq haqqında 

01:06
25 İyul

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

01:05
25 İyul

"Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə

01:04
25 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair Tələblər”də və 2023-cü il 18 aprel tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nda dəyişiklik edilməsi barədə

01:03
25 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə” 2022-ci il 29 yanvar tarixli 38 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:02
25 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nda və 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:00
25 İyul

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:59
25 İyul

İşğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunun və ştat vahidlərinin təsdiq edilməsi haqqında

00:58
25 İyul

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:56
25 İyul

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

00:55
25 İyul

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

00:54
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!