25 Aprel 2024 08:10
195
SİYASƏT
A- A+

Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur

 

"Qərb dünyasında Azərbaycana qarşı qərəzli iddialar səngimək bilmir. Bu qərəzin arxasında dayanan, digər bir sıra ölkələrin də fikirlərini dolaşdıraraq onları ölkəmizin üzərinə qaldırmaq üçün əlindən gələni əsirgəməyən Fransa Azərbaycanla münasibətlərində açıq düşmənçilik mövqeyi tutub. Azərbaycan da Fransanın riyakar davranışlarını qətiyyətlə cavablandırır".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat bildirib ki, Fransanın qərəzli münasibəti, ölkəmizin ərazi bütövlüyünə hörmət qoymaması, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətində atılmış ilkin addımları, eyni zamanda Paşinyanın Azərbaycanla bağlı dediyi müsbət fikirləri qəbul etməməsi təəssüf doğurur. Bu, 30 illik işğal dövründə də işğalçını müdafiə edən Parisin əsl simasını bir daha ortaya çıxarır, Azərbaycan-Fransa münasibətlərinə ciddi ziyan vurur.
Deputat söyləyib ki, Fransanın dünyada müxtəlif millətlərə qarşı amansız olması, qan tökməsi, onları əsarət altına alması Azərbaycan tərəfindən ifşa olunub: "Dünya hələ də Afrikada və digər bölgələrdə, Fransanın müxtəlif ölkələrin və xalqların hüquqlarını pozmasına şahidlik edir. Azərbaycan da Fransaya qarşı müstəqillik mücadiləsi aparan müstəmləkələrə öz dəstəyini əsirgəmir. Əlbəttə ki, bu, Parisi daha da aqressivləşdirir və onun ölkəmizə qarşı əsassız hücumlarını intensivləşdirir.  Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev də belə ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayıb. Dövlət başçısı bildirib ki, biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik".
Razi Nurullayevin sözlərinə görə, bu gün müstəmləkəsinə çevirdiyi ölkələrin haqq-hüququnu pozan Fransanın Cənubi Qafqazda Azərbaycanı deyil, məhz işğalçı Ermənistanı dəstəkləməsi təəccüblü deyil.  "Ona görə də Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın ölkəmizlə sülh sazişi bağlamasına razı ola bilmir. Burada əsas səbəblərdən biri də Parisin regionda hərbi mövcudluğa nail olmaq istəyidir. Bu, artıq açıq-aşkar düşmənçilikdir. Fransa özünü guya demokratik və dünyanın ən varlı, ən böyük ölkələrindən biri hesab edir. Lakin beynəlxalq hüququ tapdalamaq bu ölkə üçün su içmək qədər asandır. Bu, fransız xalqı adına yaraşmır. Erməni diasporunun ciddi təsirinə məruz qalmış Fransa hökumətinin yanlış siyasi xətti öz xalqını ermənilərin badına verir", - deyə müsahibimiz qeyd edib.
Bu ədalətsizliklərin hər birinin Fransa prezidenti Emmanuel Makron və onun komandasından qaynaqlandığını deyən deputat əlavə edib: "İnkar oluna bilməz ki, Makronun və onun bir neçə komanda üzvünün Azərbaycana və Türkiyəyə, eləcə də müsəlman dünyasına nifrəti var. Ümid edirəm ki, Fransada Makron hakimiyyəti başa çatdıqdan sonra iki ölkə arasındakı münasibətlər yaxşılaşacaq, əlaqələr Azərbaycan və Fransa xalqlarının maraqlarına xidmət edəcək. Çünki Makronun bu davranışları, daha dəqiq desək, şəxsi qərəzi dövlətçilik adına yaraşmır".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video