18 Aprel 2024 08:25
193
SİYASƏT
A- A+

Fransanın acizliyi

 

"Fransanın Azərbaycandakı səfirini geri çağırması bu ölkənin acizliyinin göstəricisidir. Fransa doğrudan da özünü təqdim etdiyi kimi böyük dövlətdirsə, belə cılız addımlar atmamalıdır. Parisin bu addımı Azərbaycanla körpüləri yandırmaq cəhdlərindən yalnız biridir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat bildirib ki, qərəzli addımları bu ölkənin iqtisadi maraqlarına da böyük zərbə vura bilər. Fransa qəpiyini sayan ən xəsis dövlətlərdən biridir. Bu, Ukraynaya yardım məsələsində də özünü açıq-aydın göstərir. 
"Parisin bu davranışı onun cılızlığının göstəricisi olmaqla yanaşı, həm də Azərbaycanın cavab addımlarına reaksiyasıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Fransanın Afrikada və digər bölgələrdə yürütdüyü neokolonializm siyasətinə qarşı prinsipial mövqe ortaya qoyub. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi işlər, təbii ki, Fransanın sarsılmasına təsirsiz ötüşməyib. Bundan başqa, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin Fransa kəşfiyyatının pozucu əməllərinin qarşısını alması və Parisin böyük bir casus şəbəkəsini ifşa etməsi Hayastanın "böyük bacı"sına çox ağır zərbə olub. Sözügedən casus şəbəkəsinin təkcə Azərbaycanda deyil, digər ölkələrdə də fəaliyyətinin ortaya çıxması bu ölkənin nüfuzuna xələl gətirib. Təsadüfi deyil ki, ifşadan sonra Fransa prezidenti ölkəsinin kəşfiyyat xidmətinin rəhbərini vəzifəsindən kənarlaşdırıb", - deyə müsahibimiz söyləyib.
Fransanın məhz bütün bunların qarşılığında belə cılız addım atdığını vurğulayan Sahib Aliyev bu məsələnin həm də başqa tərəfinə diqqət çəkib. Bildirib ki,  Fransanın səfirini geri çağırması ilə ölkəmizdə "fəallıq" göstərən 5-ci kolon təmsilçilərinin Qərblə yaxınlıqları, onların tapşırığı ilə hərəkət etmələri və aprelin 21-də keçirməyi planlaşdırdıqları mitinq arasında bir əlaqə mövcuddur. Müsahibimiz hesab edir ki, bu, Brüssel görüşündə kollektiv Qərb adlandırılan yırtıcıların birgə planlarının tərkib hissəsidir. 
Deputatın sözlərinə görə, Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbə ilə daha da möhkəmlənən xalq-hakimiyyət birliyinin regionda sabitliyin formalaşmasında mühüm rol oynadığı heç kəsə sirr deyil: "Lakin bir sıra qüvvələr, eləcə də Fransa şanlı qələbəmizi həzm edə bilmir, itirməyə heç nəyi qalmayan əqidəsizləri yeni qarşıdurmaya sövq etməklə mövcud sabitliyi pozmaq istəyir. Eyni zamanda Brüsseldəki gizli anlaşmaya uyğun olaraq özünü küskün və incik göstərməyə çalışır. Halbuki Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirir".
Sahib Alıyev vurğulayıb ki, Fransanın bu zəifliyini görən bir sıra riyakar və qərəzli dövlət və təsisatlar da Parisin əli ilə Ermənistanı militarlaşdıraraq, revanşistləri yeni toqquşmalara sürükləməyə çalışırlar. Çünki bu gün Cənubi Qafqazda siyasi və hərbi mövcudluğa nail olmaq təkcə Fransanın deyil, bir neçə dövlətin xam xəyalıdır.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video