15 Avqust 2025 19:33
644
DÜNYA
A- A+
Fransada əlcəzairlilərə qarşı səsləndirilmiş irqçi və damğalayıcı fikirlər ciddi rezonans doğurub

Fransada əlcəzairlilərə qarşı səsləndirilmiş irqçi və damğalayıcı fikirlər ciddi rezonans doğurub

Fransanın keçmiş Avropa işləri naziri Noelle Lönuar tərəfindən Fransada yaşayan əlcəzairlilərə qarşı səsləndirilmiş irqçi və damğalayıcı fikirlər ölkə daxilində və beynəlxalq miqyasda ciddi rezonans doğurub.

AZƏRTAC xəbər verir ki, sözügedən açıqlamalar Fransız-Əlcəzair münasibətlərindəki gərginlik fonunda baş verir və bir neçə hüquqi və vətəndaş cəbhəsindən etirazlara səbəb olub.

"Fransada milyonlarla əlcəzairli var ki, onlar vağzallarda, metroda, küçədə və ya istənilən yerdə bıçaq çıxara bilərlər və ya avtomobillə insan kütləsinə hücum edə bilərlər", - deyə Noelle Lönuar “Cnews” kanalında yayımlanan "L’Heure des Pros" verilişində deyib. Lakin bu düzəliş cəmiyyəti sakitləşdirməyə kifayət etməyib.

Bu açıqlamalardan sonra, ekoloq deputat Sabrina Sebaihi, “SOS Racisme”, “Union Algérienne” assosiasiyaları, eləcə də bir sıra ziyalı və vətəndaş cəmiyyətləri nümayəndələri tərəfindən Lönuara qarşı bir neçə hüquqi addım atılıb.

S.Sebaihi Paris Prokurorluğuna Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsi əsasında müraciət edərək, bu sözlərin cinayət xarakteri daşıdığını və ictimai nifrətə təhrik olduğunu bildirib.

Əlcəzair diaspor təşkilatı Paris İdarəetmə Məhkəməsinə müraciət edərək, “Cnews” kanalına sanksiya tətbiq edilməsini tələb edib. Onların fikrincə, Lönuarın sözləri irqi ayrı-seçkiliyə, nifrətə və zorakılığa təhrik kimi qiymətləndirilə bilər.

“L’Humanité” qəzetində yayımlanan petisiyada ziyalılar və fəallar Fransa hüquq orqanlarını – Ombudsmanı, ARCOM rəhbərliyini və Paris Prokurorunu bu məsələ ilə bağlı hərəkətə keçməyə çağırıblar: “Əlcəzairliləri təhlükəli şəxslər kimi təqdim etmək kollektiv stiqmatizasiyadır. Bu, milli mənşəyə əsaslanan nifrət nitqidir və milyonlarla insanın ləyaqətinə və hüquq bərabərliyinə zərbə vurur”.

Əlcəzair diaspor təşkilatları keçmiş nazirin “Cnews” kanalının xəbər proqramlarında canlı yayımda Fransız-Əlcəzair ikili vətəndaşlarından rəsmi şəkildə üzr istəməsini, 50 min avro təzminat ödəməsini, ARCOM tərəfindən cərimə olunmasını tələb edirlər. Onların fikrincə, təcili tədbirlər görülməlidir, çünki bu cür çıxışlar ictimai asayişi pozmaq və zorakılığa təhrik etmək riskini artırır.

Noelle Lönuarın sözləri Fransa cəmiyyətində irqçilik, mədəni stereotiplər və ictimai məsuliyyət məsələlərini yenidən gündəmə gətirib. Hüquq-mühafizə orqanlarının və audiovizual tənzimləyicilərin atacağı addımlar ifadə azadlığı ilə nifrət nitqi arasındakı sərhədləri necə qoruduqlarını göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB

18:33
11 İyul

Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib 

18:17
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 

18:16
11 İyul

Bu gün Bakının 544 küçəsi yuyulub

17:57
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!