03 Fevral 2026 12:31
268
CƏMİYYƏT
A- A+
Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Müraciətdə deyilir ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

“Bundan başqa, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur. Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-la razılaşmaq naminə nüvə proqramını dayandırmağa hazırdır  

13:47
03 Fevral

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

13:39
03 Fevral

Yaponiyanın kənd təsərrüfatı məhsullarının ixracı rekord həddə çatıb

13:22
03 Fevral

Pakistanda azı 145 terrorçu zərərsizləşdirilib

12:59
03 Fevral

Fevralda vətəndaşlara səyyar xidmət göstəriləcək ünvanlar açıqlanıb  

12:42
03 Fevral

Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

12:31
03 Fevral

Yaponiya səfiri: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında son dərəcə strateji mövqeyə malik ölkədir  

12:23
03 Fevral

Hindistan iqtisadi əməkdaşlığı kənara ataraq siyasi ambisiyalarla çıxış edir  

12:02
03 Fevral

Amerikalı ekspert: Azərbaycan Sülh Şurasının effektiv fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verəcək  

11:46
03 Fevral

Qətər beynəlxalq mayeləşdirilmiş təbii qaz konfrans-sərgisinə ev sahibliyi edir  

11:41
03 Fevral

Bakıdan Türk dünyasının gələcəyinə: Ortaq əlifba, ortaq dil və böyük türk birliyinin strateji manifesti  

11:38
03 Fevral

Norveçdə monarxiyanın ləğv edilməsi müzakirə olunur  

11:36
03 Fevral

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib  

11:12
03 Fevral

BMT rəsmisi: Şəhərlərin gələcəyini məhz gənclər quracaq

11:01
03 Fevral

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur, külək əsir – FAKTİKİ HAVA  

10:56
03 Fevral

“Politico”: Tramp BMT-nin maliyyə problemini asanlıqla həll edə biləcəyinin deyib  

10:55
03 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:53
03 Fevral

Dünya birjalarında neft ucuzlaşıb

10:43
03 Fevral

BDYPİ-dən sürücülərə çağırış: Piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olun

10:33
03 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub  

10:20
03 Fevral

Dünyada ilk uşaq xərçəngi peyvəndinin sınaqları Avstraliyada başlayır  

10:18
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!