21 Yanvar 2026 09:51
150
DÜNYA
A- A+
Ərdoğanla Tramp regional və qlobal məsələləri müzakirə edib

Ərdoğanla Tramp regional və qlobal məsələləri müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Suriyadakı hadisələrin Türkiyə tərəfindən yaxından izlənildiyini, bu ölkənin birliyi, həmrəyliyi və ərazi bütövlüyünün Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə, həmçinin İŞİD-ə qarşı mübarizə və Suriyadakı həbsxanalarda saxlanılan İŞİD üzvlərinin vəziyyəti müzakirə edilib. Prezident Ərdoğan qeyd edib ki, inkişaf etmiş, terrordan azad və dinc Suriya bütün regionun sabitliyinə töhfə verəcək.

Telefon danışığı zamanı Qəzza məsələsinə də toxunulub. Prezident Ərdoğan Qəzzada sülhün bərqərar olması istiqamətində səylərin davam etdiyini, Türkiyənin bu məsələdə ABŞ ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirəcəyini bildirib və Qəzza Sülh Şurasına dəvətə görə Trampa təşəkkür edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 5 faiz artıb  

11:26
21 Yanvar

İctimai şuranın üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar  

11:12
21 Yanvar

Qaradağda yivli top mərmisi aşkarlanıb

10:43
21 Yanvar

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib  

10:34
21 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Yanvar

Xankəndidə və Kərkicahanda yolların buz bağlaması səbəbindən köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edilib

10:31
21 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:16
21 Yanvar

Səhiyyə Nazirliyi: Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər müxtəlif xəsarətlər alıb  

10:15
21 Yanvar

Azərbaycan Trampın Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq dəvətini qəbul edib  

10:14
21 Yanvar

“Bloomberg”: Rusiya qızılın qiymətlərinin artmasından 216 milyard dollar qazanıb

10:13
21 Yanvar

Keçmiş məcburi köçkün: Xankəndiyə qayıdış həm sevinc, həm də minnətdarlıq hissi doğurur  

10:12
21 Yanvar

Rübabə Abbasova: Uzun illər Xankəndidə yaşamışıq  

10:11
21 Yanvar

ABŞ NATO məsləhət qruplarındakı iştirakını azaldacaq  

10:00
21 Yanvar

Trampdan Ermənistan–Azərbaycan danışıqları barədə: Bu, böyük bir sülh oldu

09:59
21 Yanvar

Keçmiş məcburi köçkün: Xankəndiyə böyük bir sevinc və minnətdarlıq hissi ilə qayıdırıq  

09:58
21 Yanvar

Amerikalı ekspert: “Qara Yanvar” Sovet İttifaqının süqutuna səbəb olması baxımdan həm də ABŞ üçün vacibdir  

09:58
21 Yanvar

Xankəndiyə köçən sakin: Uzun illərdən sonra vətənə qayıtmaq böyük bir xoşbəxtlikdir  

09:57
21 Yanvar

Xankəndi şəhərinə ilk köç karvanı yola salınıb  

09:56
21 Yanvar

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

09:55
21 Yanvar

Ərdoğanla Tramp regional və qlobal məsələləri müzakirə edib

09:51
21 Yanvar

Ağsu dolaylarında qar və buzlaşma: hərəkət çətinləşib

09:45
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!