21 Yanvar 2026 11:12
160
CƏMİYYƏT
A- A+
İctimai şuranın üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar  

İctimai şuranın üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar  


Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai iştirakçılığın səmərəliliyini artırmaq məqsədilə nazirliyin Cəzaların icrasına nəzarət baş idarəsinə və İcra xidmətinə baş çəkiblər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Cəzaların icrasına nəzarət baş idarəsində keçirilən görüşdə rəis Anar Qocayev qurumun əsas fəaliyyət sahələri, həyata keçirilən islahatlar, qarşıda duran hədəflər barədə məlumat verib. O, cəza siyasətinin humanistləşdirilməsi, cəza-icra qurumlarının fəaliyyətində tətbiq olunan yeni yanaşmalar, eləcə də məhkumların cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlərdən danışıb.

İctimai şura üzvləri icra xidmətində olublar. Xidmətin rəisi Vidadi Məmmədov qonaqlara icra proseslərində səmərəliliyin və operativliyin artırılması, elektron icra sisteminin təkmilləşdirilməsi, ötən il istifadəyə verilmiş mobil icra tətbiqi, eləcə də elektron hərrac portalı barədə ətraflı məlumat verib. Görüş zamanı islahatların nəticələri, icra prosesində şəffaflıq və effektivliyin artırılması, həmçinin rəqəmsal xidmətlər vasitəsilə vətəndaş məmnunluğunun təmin olunması məsələlərinə toxunulub.

İctimai şuranın üzvləri hər iki qurumda aparılan işləri yüksək qiymətləndirərək gələcək əməkdaşlıq və mütəmadi məlumat mübadiləsinin vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Davosda İsrail Dövlətinin Prezidenti ilə görüşüb  

13:16
21 Yanvar

Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb  

13:16
21 Yanvar

İsrailin Baş naziri Sülh Şurasına qoşulacağını açıqlayıb  

12:55
21 Yanvar

Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq 

12:54
21 Yanvar

ABŞ Prezidenti Azərbaycan Respublikasını Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət edib 

12:53
21 Yanvar

Səhiyyə Nazirliyində beynəlxalq əczaçılıq şirkətinin nümayəndə heyəti ilə görüş olub  

12:53
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

12:51
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

12:48
21 Yanvar

“Qarabağ” – “Ayntraxt” oyununa 26 500 bilet satılıb  

12:32
21 Yanvar

Donald Tramp: Sülh Şurası BMT-ni əvəzləyə bilər  

12:32
21 Yanvar

Zelenski və həyat yoldaşının varidatı açıqlanıb  

12:30
21 Yanvar

Qrenlandiya ABŞ-ın hərbi müdaxiləsinə qarşı hazırlığa başlayıb  

12:27
21 Yanvar

Media: Avropa ABŞ-ı razı salmaq üçün Qrenlandiyadan imtina edə bilər  

12:25
21 Yanvar

Şuşa şəhərinin kommunal xidməti gücləndirilmiş iş rejimində çalışır  

12:23
21 Yanvar

Prezident İlham Əliyev Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb  

12:22
21 Yanvar

ANAMA yanında İctimai şuranın üzvləri ilə görüş olub  

12:19
21 Yanvar

Lerikdə əlverişsiz hava 50-yə yaxın kəndi işıqsız qoyub  

12:18
21 Yanvar

Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb

12:16
21 Yanvar

Trampın olduğu təyyarə elektrik probleminə görə geri dönmək məcburiyyətində qalıb  

12:07
21 Yanvar

Ötən il ixrac olunan neft koksunun dəyəri 4 dəfəyə yaxın artıb  

12:05
21 Yanvar

Ukraynalı ekspert: Prezident İlham Əliyev ukraynalılara dəstəyin vacibliyini sözdə yox, əməldə dəfələrlə sübut edib

12:01
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!