Əhalinin siyahıyaalınması perspektivləri müəyyənləşdirmək üçün atılan zəruri addımdır
Prezident İlham Əliyevin "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli fərmanına əsasən, bu il oktyabrin 1-dən əhalinin siyahıyaalınmasına start verilmişdir.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bu məsələ ilə bağlı keçirilən mətbuat konfransında siyahıyaalınmanın 1-10 oktyabr 2019-cu il tarixlərində keçiriləcəyi barədə məlumat verdi. Siyahıyaalma başlamazdan əvvəl komitənin təsdiq etdiyi plana uyğun olaraq bütün hazırlıq işləri tam başa çatdırılmışdır.
Siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planlar tərtib edilmiş, 50-yə yaxın metodoloji və köməkçi sənədlər hazırlanmış, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın işində 19 dövlət qurumu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə müəyyən məsələlər razılaşdırılmışdır. Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunmuş, ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünmüşdür.
Siyahıyaalınmada xüsusi diqqət ayrılan sahələrdən biri də əhalinin məlumatlandırılmasıdır. Bu ilin aprel ayından başlayaraq təşviqat xarakterli plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilmiş, videoçarxlar televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanmaqdadır. Eyni zamanda, siyahıyaalınmanın işıqlandırılmasına KİV-nin, fərdi jurnalistlərin böyük bir qismi cəlb edilmiş, hətta Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə cari il iyulun 18-də müsabiqə elan edilmişdir.
Ölkəmizdə keçirilən növbəti siyahıyaalınma barədə Azərbaycan Prezidentinə məlumat verən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov siyahıyaalınmanın keçirilməsi zərurətinin son illər insanların yaşayış, mənzil şəraitində çox ciddi irəliləyişlərin baş verməsi və miqrasiya proseslərindəki müəyyən dəyişikliklərdən doğan zərurətlə bağlı olduğunu bildirmişdir: "Bütün bunlar nəzərə alınaraq keçirilən bu siyahıyaalmanın nəticəsində insanların rifah halında, onların gəlir mənbələrində, mənzil-məişət şəraitində baş verən dəyişikliklərlə yanaşı, əhalinin ailə tərkibi, ev təsərrüfatlarının tərkibi, hər bir şəxs barədə toplanılan məlumatlar ölkədə həm daxili, həm xarici miqrasiya proseslərinə, eyni zamanda, insanların məşğulluq statusuna, onların gəlir mənbələrinə, təhsil səviyyəsinə dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaq”.
Sonuncu siyahıyaalınmanın əvvəlkilərindən fərqi ilk dəfə olaraq sosial statusla bağlı məsələlərin siyahıyaalınmaya daxil edilməsidir. Bu siyahıyaalınmada strateji yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı suallar da nəzərə alınmışdır.
Həmçinin Əmək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq sorğu vərəqəsinə işçi və potensial işçi qüvvəsini, əhalinin məşğulluğunu, işsizliyini və s. məqamları müəyyən edən bir sıra suallar da daxil edilmişdir. Əvvəlki siyahıyaalmadan fərqli olaraq, sorğu vərəqəsinə ilk dəfə daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.
Beləliklə, siyahıyaalma başa çatdıqdan sonra toplanan bütün məlumatlar siyahıyaalma qrupuna təhvil veriləcək, elektron məlumat sisteminə daxil edildikdən sonra isə proqram təminatı vasitəsilə məntiqi analiz ediləcək. Bu məlumatların emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr edilərək istifadəçilərə çatdırılması gələn ilin sonuna nəzərdə tutulub.
Prezident İlham Əliyev bu tədbirin nəinki Azərbaycan, bütün ölkələr üçün xüsusi önəm daşıdığını vurğulaşmışdır: "Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir”.
Dövlət başçısı onu da qeyd etmişdir ki, müstəqillik dövründə Azərbaycan əhalisinin təxminən 3 milyon artması həm ölkəni, həm də mövqelərimizi gücləndirir. Beləliklə, Azərbaycan qarşıya çıxan yeni çağırışlara daha mükəmməl cavab vermək imkanlarını qazanır. Ölkəmizdə gedən proseslərin ciddi nəzarətdə olmasına və daim izlənməsinə baxmayaraq, 10 gün ərzində keçirilən siyahıyaalma prosesi başa çatdıqdan sonra iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı daha yeni və ətraflı məlumatlar əldə ediləcək. Siyahıyaalma gələcək inkişafın və çoxsaylı məsələlərin planlaşdırılmasını asanlaşdıracaq, islahatların daha davamlı olmasına, sosial layihələrin isə daha mükəmməl icrasına zəmin yaradacaq.
Bahadur İMANQULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!