Əbədi ehtiramın təcəssümü
Ötən əsrin 90-cı illərinin əvvəllərində xarici havadarları tərəfindən silahlandırılan Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi.
1992-ci il martın 24-də təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı, bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi. BMT də işğalçı Ermənistana təzyiq göstərə bilmirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra edilmədi. Bu beynəlxalq təşkilatın edə bilmədiyini Azərbaycan Ordusu silahla, döyüşlə həll etdi...
Ermənistan işğal müddətində Azərbaycana qarşı irimiqyaslı təxribatlar törədirdi. Azərbaycan Ordusunun hissələri bu təxribatların qarşısını qətiyyətlə alırdı. Ermənistan 2016-cı ilin aprelində də belə bir təxribat törətmək istədi. Bu təxribatın da qarşısı alındı. Əks-hücum əməliyyatı ilə Lələtəpə kimi mühüm strateji yüksəklik də daxil olmaqla min hektarlarla ərazi işğaldan azad edildi. Güman etmək olardı ki, bu məğlubiyyət Ermənistanın danışıqlar prosesinə razılaşmasına vasitə olacaq. Lakin belə olmadı. Bəşəriliyə düşmənçilik xisləti Ermənistanı yenə işğalçı mövqeyində saxladı.
Ermənistan 2020-ci il sentyabrın 27-də böyük təxribatlar törətmək niyyəti ilə ərazilərimizə hücum etdi. Bu hücum işğala yeni cəhd idi. Bu hücum erməniliyin qudurğanlığı idi. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti ilə əks-hücum əməliyyatı başladı. Bu, Azərbaycanın ədalətli müharibəsi idi.
Azərbaycan Ordusu Ermənistanın işğal müddətində yaratdığı, möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın etdi. Müharibənin gedişində şəhərlərimizə artilleriya və raket zərbələri endirən ermənilər Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu azaltmaq istəsələr də, buna nail ola bilmədilər. Ermənistan da, onun havadarları da Azərbaycan Ordusuna müqavimət göstərə bilmədilər.
Prezident İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edildi. Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsini sonlandırdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu, Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi idi.
44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalına son qoydu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi: "Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik".
Bu sözlər Ermənistanı da, onun havadarlarını da üçtərəfli bəyanatlara ciddi əməl etməyə vadar etməlidir. İstər Azərbaycanın apardığı "Qisas" əməliyyatı, istərsə də bu ilin sentyabrında baş verən döyüşlər, onların nəticələri Ermənistanı davamlı sülh müqaviləsi bağlamaq haqqında düşündürməlidir.
İkinci Qarabağ müharibəsi və onun nəticəsi təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, aparılan islahatlar ordumuzu bu səviyyədə formalaşdırıb.
İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş taktikası dünyanın aparıcı dövlətlərinin hərbi ekspertlərini, analitiklərini maraqlandırır, heyrətləndirir. Azərbaycan Ordusunun döyüşləri də, qazandığı Zəfər də dünyanın müxtəlif ali hərbi məktəblərinin dərsliklərinə salınıb, bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Hərbi Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Bunlar Azərbaycan Ordusuna ehtiramın təzahürüdür...
Anım günü torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanların bir daha xatırlanması günüdür...
Biz şəhidlərimizi Anım günündə ehtiramla anırıq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May
Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
01 May
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində
01 May
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb
01 May
Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb...
01 May
“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda...
01 May
Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüsta...
01 May
Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi
01 May
NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bi...
01 May
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub...
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!